Vespasian
Tit Flavi Vespasian (17 noyabr 9[4] – 23 iyun 79) — Roma imperatoru, Flavilər sülaləsinin banisi. Yəhudi padşahlığında Roma əleyhinə üsyanı (66-73) yatırmışdı. Vespasian əyalət əyanlarının bir çox nümayəndəsini senata daxil etmişdi. Sələflərindən fərqli olaraq əyalət adamlarına Roma və latın vətəndaşlığı hüququnu daha çox verir, yeni vergilər qoyur, ordunu azaldır, bununla imperiyanın ictimai əsasını möhkəmlədirdi. 72-74-cü illərdə Klavdi tərəfindən Roma əyalətinə çevrilən Anadolu ölkəsi Likiyanın torpaqları Pamfiliya əyalətinə birləşdirmişdi.
Vespasian | |
---|---|
lat. Titus Flavius Vespasianus | |
Roma imperatoru | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (69 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Tit Flavi Sabin |
Uşaqları | |
Ailəsi | Flavilər sülaləsi |
Dini | Qədim Romada din |
Rütbəsi | Leqat |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
- Titus, Flavius Sabinus Vespasianus (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 26.
- Д. К. Тит Флавий Веспасиан (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIII. С. 259–260.
- Domitian (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 8. P. 405.
- https://www.britannica.com/biography/Vespasian.
SƏLƏF Neron |
Vespasian Flavilər sülaləsi |
XƏLƏF Tit |
Vikianbarda Vespasian ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.