Vergi auditi

Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi.

Audit
Audit növləri

Daxili audit
Kənar audit
Vergi auditi
Ətraf mühit auditi
Sosial audit
Yanğınsöndürən auditi
Due diligence

Əsas anlayışlar

Auditor
ƏhəmiyyətlilikRiskSənədləşmə
Audit hesabatı
ISA / FAQ

Audit nəzərdən mühasibat uçotu

Maliyyə hesabatları
Mənfəət və zərər hesabatı
Davamlı olma fərziyyəsi

Maliyyə nəzarəti
Böyük dördlük

Deloitte Touche Tohmatsu
Ernst & Young
KPMG
PricewaterhouseCoopers

Haqqında

Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi.

İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir.

Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür.

Vergi auditinin məqsəd və vəzifələri

İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir. İlkin nəzarətçilər kimi hər şeydən əvvəl müəssisənin mühasibat xidmətinin işçiləri çıxış edə bilər. Bu nəzarət istehsal olunmuş və satılmış məhsulların (işlərin, xidmətlərin) həcminin, maya dəyərinin, mənfəətin, əmlakın dəyərinin, digər vergi- tutma obyektlərinin və büdcəyə ödənilən vergilərin uçotunun dürüstlüyünün, mühasibat (maliyyə) hesabatlarının və vergi bəyannamələrinin keyfiyyətli tərtib edilməsinin təmin edilməsindən ibarətdir.

Vergi orqanları tərəfindən həyata keçirilən nəzarət isə maliyyə nəzarətinin yeni forması olan vergi auditi vasitəsilə həyata keçirilir. Vergi auditi — iqtisadi subyektlərin (sifarişçinin) mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir.

Vergi auditinin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

  • vergi qanunvericiliyinə əməl olunması;
  • vergi və digər məcburi ödənişlərin hesablanmasının düzgünlüyünün yoxlanması;
  • uçotun sistemliliyinin və vergitutma bazalarının formalaşmasının düzgünlüyünün yoxlanması;
  • iK tətbiq edilmiş vergi dərəcələri və güzəştlərinin düzgünlüyünün yoxlanması;
  • tətbiq edilmiş vergi bəyannamələrinin düzgünlüyünün yoxlanması və onlann vergi orqanlarına vaxtında təqdim edilməsi;
  • vergitutma obyektlərinin mühasibat uçotunun qurulması və aparılmasının keyfiyyətinin yoxlanması;
  • ödənilməli olan vergi məbləğlərinin büdcəyə tam və vaxtında köçürülməsinin təmin edilməsi;
  • kriminal hadisələrin mümkün inkişaf yollarının aşkara çıxarılması və onların qarşısının alınması;
  • vergi qanunvericiliyini pozanlara qarşı maliyyə və inzibati sanksiyaların tətbiq edilməsi.

Yuxanda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına geniş səlahiyyətlər və nəzarət tədbirlərinin həyata keçirilməsi üçün böyük imkanlar verilmişdir. Bu nəzarət tədbirlərinə aşağıdakıları aid etmək olar:

  • vergi orqanının məsul işçiləri və vəzifəli şəxsləri tabeçiliyindən və mülkiyyət
  • formasından asılı olmayaraq bütün müəssisələrdə vergilərin hesablanması və
  • ödənilməsi üzrə sənədləri yoxlamaq;
  • sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara
  • daxil olmaq;
  • vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək;
  • yoxlama üçün zəruri olan sənədləri tələb etmək;
  • sənəd və nümunə kimi əşyaları götürmək;
  • zəruri hallarda ekspertiza təyin etmək, tərcüməçi və müşahidəçi dəvət etmək;
  • vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün mütəxxəsislər
  • dəvət etmək;
  • inventarizasiya keçirmək;
  • xronometraj keçirmək və s.

Vergi auditi onun qarşısında qoyulmuş məqsədlərin daha səmərəli yerinə yetirilməsi məqsədilə müxtəlif nəzarət formalardan istifadə edir. Vergi auditi sistemində vergi yoxlamalan (cameral), mərkəzi yer tutmaqla onun həlledici elementi hesab olunur. Vergi yoxlamaları vergilərin tam və düzgün hesablanması üzərində bilavasitə nəzarət etmək imkanı verir. Bu isə vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin onun maliyyə-təsərrüfat fəaliyyətinin faktiki məlumatları.

Vergi auditinin mərhələləri

Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir:

  • müəssisənin vergitutma sisteminin ümumi təhlili və onun elementlərinin
  • nəzərdən keçirilməsi;
  • vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi;
  • vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması;
  • mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası;
  • vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və
  • səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi;
  • iqtisadi subyektin vergi göstəricilərinin ilkin hesablanması.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.