Ventotene
Ventotene (it. Ventotene, lat. Pandataria və ya Pandateria, q.yun. Πανδατερία Pandatōría)[1] — İtaliyada, Apennin yarımadasının qərb sahillərində, Tirren dənizində ada. İnzibati cəhətdən Ventotene adası Latsio regionunun Latina əyalətindəki Ventotene bələdiyyəsinə aiddir.
Ventotene | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
40°47′31″ şm. e. 13°25′31″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci ilin məlumatına görə, Ventotenedə 745 nəfər yaşayır.
Coğrafiyası
Ventotene Pontsa adalarının bir hissəsidir. Ada Qaetadan 21 mil (34 km) məsafədədir. Adanın uzunluğu 3 kilometr (1.9 mil), maksimum eni təxminən 800 metr (2,600 ft) qədərdir. Sahəsi 1,54 km2-dir. Adanın yaranması vulkanik fəaliyyətlə bağlıdır.[2] Ventotene və Santo-Stefano həm quruda, həm də dənizdə qorunan ərazilərə malikdir.
Ədəbiyyatda
Pandateriya Henrik Senkeviçin "Hara gedirsən" romanında "sürgün yeri" kimi qeyd olunur.
İstinadlar
- W. Pape; Gustav Eduard Benseler. Wörterbuch der griechischen Eigennamen (alman). F. Vieweg. 1884. səh. 1121.
- Annamaria Perrotta; Claudio Scarpati; Lisetta Giacomelli; Anna Rita Capozzi. "Proximal facies of a caldera forming eruption: the Parata Grande Tuff at Ventotene Island (Italy)". Journal of Volcanology and Geothermal Research. 1996. 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.