Veniamin Mayorov
Veniamin Stepanoviç Mayorov (rus. Вениамин Степанович Майоров; 16 sentyabr 1930, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycanın mənzil-kommunal təsərrüfatı naziri (1980–1992), Azərbaycan SSR Ali Sovetinin VI–XI çağırış deputatı.
Veniamin Mayorov | |
---|---|
rus. Вениамин Степанович Майоров | |
Azərbaycan Respublikasının mənzil-kommunal təsərrüfatı naziri | |
5 fevral 1991 – 26 noyabr 1992 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Sücəddin Abdullayev |
Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri | |
27 mart 1980 – 5 fevral 1991 | |
Əvvəlki | Əli Topçiyev |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini | |
1969 – 1980 | |
Sədr | Ramazan Abdullayev Aydın Məmmədov |
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrinin müavini | |
1965 – 1969 | |
Sədr | Əli Kərimov |
Azərbaycan Partiya-Dövlət Nəzarəti Komissiyası sədrinin müavini | |
1963 – 1965 | |
Sədr | Əli Kərimov |
1961 – 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1930 (93 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
Veniamin Stepanoviç Mayorov 16 sentyabr 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, buranı dağ-mədən mühəndisliyi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə "Leninneft" neft-qazçıxarma idarəsinin 11 saylı mədənində neftçıxarma operatoru kimi başlamışdır. Sonrakı illərdə neftçıxarma üzrə usta köməkçisi, ərazi müdiri, böyük mühəndis, sahə müdiri vəzifələrində çalışmışdır.[1]
Veniamin Mayorov 1961-ci ildə Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1963-cü ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrinin müavini (1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini) təyin edilmiş və bu vəzifədə 1969-cu ilədək çalışmışdır. 1969–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti (1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti) İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur.[2]
1980-ci ildə Veniamin Mayorov Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilmiş və bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Azərbaycanda Rus İcması yaranandan (1993-cü ildən) burada sədr müavini, paralel olaraq 1997-ci ildən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışmışdır.[3]
Veniamin Mayorov 1959-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, altı çağırış (6–11-ci çağırış) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd, Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.[2] "Qırmızı əmək bayrağı" ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.[3] 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə[4] layiq görülmüş, 15 sentyabr 2020-ci ildə isə "Şöhrət" ordeni ilə mükafatlandırılmışdır.[5]
İstinadlar
- "Майорову Вениамину Степановичу - 90!". novoye-vremya.com (rus). 2020-09-15. 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
- Мајоров Вениамин Степанович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 233.
- Георгий Заплетин; Гюльнара Ширин-заде. Русские в истории Азербайджана (rus). Баку: Ганун. 2008. səh. 228–230.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 dekabr 2004. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
- "V.S.Mayorovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 15 sentyabr 2020. 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.