Veniamin Krılov

Veniamin Petroviç Krılov (29 sentyabr 192111 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi.

Veniamin Krılov
Veniamin Petroviç Krılov
Ümumi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (76 yaşında) (76 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Karyerası
Klub karyerası[* 1]
1949 SSRİ Krılya Sovetov (Qorkiy) 8 (0)
Məşqçisi olduğu klublar
1959 SSRİ SSRİ (gənclər) məşqçi
1959—1960 SSRİ Neftyannik (Bakı)
1961—1962 SSRİ Torpedo (Qorkiy)
1963 SSRİ Ximik (Novomoskovsk)
1964 SSRİ Şinnik kom. rəisi
1967 SSRİ Torpedo (Moskva) məşqçi
1967—1973 SSRİ Volqa (Qorkiy)
Vyetnam Şimali Vyetnam
1979—1981 SSRİ TOZ (Tula)
Təltif və medalları
Dövlət mükafatı
 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Bioqrafiya

Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir[1][2][3].

Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb[4]. Həmçinin "Spartak" (Daşkənd)[5] və "Dinamo" (Çelyabinsk)[6] klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub[7].

1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb[8].

1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib. 1960-cı ildə "Neftçi" yüksək liqaya daxil olsa da, komanda yüksək liqada uğursuz çıxış edib və sondan bir öncəki pillədə qərarlaşıb. Daha sonra Krılov "Torpedo" (Qorkiy) və "Ximik" (Novomoskovsk) klublarında baş məşqçi vəzifəsində çalışıb.

1964-cü ildə həmin mövsüm Yüksək Liqada çıxış edən "Şinnik" (Yaroslavl) komandasının rəisi vəzifəsində çalışıb. 1967-ci ilin birinci yarısında "Torpedo" (Moskva) klubunda Nikolay Morozovun köməkçisi olub. 1967-ci ilin iyul ayından 1973-cü ilin iyul ayına qədər "Volqa" (Qorkiy) klubunun baş məşqçisi vəzifəsində işləyib. Onun rəhbərliyi ilə komanda ikinci liqada öz zonasında iki dəfə (1971, 1972) üçüncü yeri tutub. 1979—1981-ci illərdə "TOZ" (Tula) klubunda baş məşqçi olub.

Vyetnam müharibəsi zamanı bir müddət Şimali Vyetnam milli futbol komandasına rəhbərlik edib[9].

1980-ci illərin sonunda "Lokomotiv" (Moskva) komandasının rəisi vəzifəsində çalışıb.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.