Veneranın doğulması (Buqro)
Veneranın doğulması (ing. The Birth of Venus, fr. La Naissance de Vénus) — XIX əsr fransız akademik rəssamı Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsərdə Veneranın, ənənəvi şəkildə dənizdən çıxması – doğulması təsvir edilməmiş, onun Kiprdə, Pafos şəhərində, dəniz sahilində balıqqulağından yetgin qadın şəklində çıxması göstərilmişdir. Buqroya görə mövzuya bu cür yanaşma daha doğru idi.
Veneranın doğulması | ||
---|---|---|
La Naissance de Vénus | ||
| ||
Rəssam | Vilyam Buqro | |
Tarixi | 1879 | |
Üslubu | nü, mifologiya rəssamlığı[d] | |
Ölçüləri | 300 sm × 218 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Orse muzeyi | |
Vəziyyəti | Muzeydə sərgilənir | |
Saytı | m.musee-orsay.fr/fr/oeuv… | |
İnventar nömrəsi | RF 253 | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsər 3 metr hündürlüyü, 2,18 metr eni olan kətan üzərində, yağlı boya ilə işlənmişdir. Əsər, kompozisiya quruluşuna görə onunla mövzu baxımından eyni olan Sandro Botiçellinin “Veneranın doğulması” əsərindən daha çox, Rafael Santinin “Qalateyanın triumfu” əsəri ilə oxşarlıq təşkil edir.
Tarixi
Veneranın doğulması əsəri, 1879 - cu il Paris Salonu üçün çəkilmişdir. Həmin il əsər Lüksemburq muzeyi tərəfindən alınmışdır.[1] Hal-hazırda, Buqronun "Veneranın doğulması" əsəri, Parisdəki Orsay muzeyinin daimi kolleksiyasına daxildir.[2]
Mövzu
Əsərin mərkəzində balıqqulağının üstündə (burda balıqqulağı qadın vulvasının metaforik təsviridir[3]) dayanmış çılpaq qadın şəklində ilahə Venera təsvir edilmişdir. Venera obrazını yaradarkən, rəssam Rozali Tobi adlı, əvvəllər də bir çox əsərlərində istifadə etdiyi xanımdan, model kimi istifadə etmişdir.[4] Veneranın üzərində dayandığı balıqqulağı, onun simvollarından biri olan delfinlər tərəfindən çəkilir. Aralarında Kupidon və Psixeyanın da olduğu on beş putti, eyni zamanda müxtəlif nimfa və kentavrlar, Veneranın doğuluşunun şahidi olmaq və bu hadisəni qeyd etmək üçün onun ətrafına toplanmışlar. Bütün puttolardan fərqli olaraq, Veneranın ayağı yaxınlığında dayanmış putto gözlərini ona zilləmişdir. Kentavrlardan ikisi isə balıqqulağı ilə fit çalaraq Veneranın doğulmasını bütün dünyaya xəbər verir.
Tədqiqi
Venera seks, ənənəvi cinsi oriyentasiya (qeyri ənənəvi cinsi oriyentasiyanın simvolu Erosdur), gözəllik, incəlik və təhrik edici qadın gözəlliyinin simvoludur olduğundan, rəssam təsvir etdiyi Venerada bunları göstərməyə çalışmışdır.[3] Venera başını sol tərəfə əymişdir, onun üzündə sakit və həlim ifadə var və bu ifadə ilə o, sanki çılpaq olduğuna görə sıxılmadığını bildirmək istəyir. O, əllərini yuxarı qaldıraraq qəhvəyi saçının bir hissəsini ayırır və bu hərəkəti ilə də sinəsini nümayiş etdirir.[5] Rəssam, Veneranı sol ayağını incə şəkildə, “s” formasında qabağa əymiş və bununla da öz çılpaq vücudu ilə qadın vücudunun gözəlliklərini nümayiş etdirən kimi təsvir etmiş və Venera təsvirinin tam mərkəzində onun ayaqları arasında, qadın cinsiyyət orqanının mümkün qədər erotik üslubda göstərilməsinə diqqət yetirmişdir.[6] Açıq-aşkar seksual görünüşünə rəğmən, Venera baldırlarını birləşdirərək “bakirə effekti” yaratmışdır və bu baxımdan əsər Enqrın “Mənbə” əsərini xatırladır.
Venera və Nimfa
Venera fiquru, Buqronun 1878 – ci ildə (bir il əvvəl) tamamladığı “Nimfalar” əsərindəki nimfa fiqurlarından birinin böyüdülmüş və dəqiqləşdirilmiş formasıdır.[6] “Nimfalar” əsərindəki nimfa fiquru, əsas fiqur olamamaqla yanaşı, daha kiçik və qeyri-dəqiq təsvir edilmişdir. Venera isə öz bədənini sanki daha aşkar şəkildə nümayiş etdirir, onun vücudunun incəlikləri daha aydın nəzərə çarpdırılır və nimfayla müqayisədə daha ağ olan bədəni ilə Venera daha seksual görüntü yaratmağa nail olur.
Nimfanın sinəsi Venera ilə müqayisədə daha böyük və həcmli təsvir edilmişdir. Veneranın isə saçları daha uzun və parlaqdır. Lakin onlar hər ikisi dəsaçlarını eyni şəkildə ayırırlar.
Rəssamın silueti
Əsərin yuxarı sol küncündə buludlar və kölgəlik təsvir edilmiş və bu kölgəlik arasında rəssam gizli rəssam silueti göstərmişdir. Siluet baş, çiyin, qoldan ibarətdir və diqqətli baxışla onun əlində rəssam fırçası tutmasını ayırd etmək mümkündür.[3]
Sərgilər
- Salon de la Société des artistes français, Paris, Fransa, 1879
- William Bouguereau : 1825—1905, Paris, Fransa, 1984
İstinadlar
- "Study of the Head of a Woman for "Offering to Eros"". 11 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 June 2012.
- "Naissance de Vénus". 2016-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-23.
- "William Bouguereau. The birth of Venus. la naissance de Venus c1879". 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2012.
- Thirza Vallois. "Modigliani and His Artist Friends". 3 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2012.
- Similar to Jean Auguste Dominique Ingres' Venus Anadyomène.
- "Venus Anadyomene: The Mythological Symbolism from Antiquity to the 19th Century". 17 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2012.
Ədəbiyyat
- Crespelle Jean-Paul, Les Maîtres de la belle époque, Paris, 1966
- Adhémar Hélène [sous la direction de], Chronologie Impressionniste : 1803—1905, Paris, 1981
- Gaudieri Alexander V. J. — Burollet Thérèse — Atkinson Tracy, William Bouguereau 1825—1905 [cat. exp.], Paris, 1984
- Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du musée du Louvre et du musée d’Orsay, Paris, 1986
- Compin Isabelle — Lacambre Geneviève — Roquebert Anne, Musée d’Orsay. Catalogue sommaire illustré des peintures, Paris, 1990
- Lobstein, Dominique, Les Salons au XIXe siècle. Paris, capitale des arts, Paris, 2006
Həmçinin bax
Xarici keçidlər
- Əsər Orsay Muzeyinin saytında Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine