Venera Abbasova
Abbasova Venera Vaqif qızı (1 sentyabr 1978, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycan aktrisası.
Venera Abbasova | |
---|---|
Venera Vaqif qızı Abbasova | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktrisa |
Həyatı
Venera Abbasova 1978-ci il sentyabr ayının 1-də Sumqayıt şəhərində doğulub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsini bitirib.[1] 2000-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi çalışıb. Bir müddət Səməd Vurğun adına Rus Dram Teatrında çalışdıqdan sonra yenidən 2014-cü ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirmişdir.
Teatrda əsas rolları
- Rəqqasə - ("Tıq-tıq xanım", Abdulla Şaiq)
- Sara - ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev)
- Rəqqasə - ("Aydın", Cəfər Cabbarlı)
- Qaraçı - ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq)
- Rəqqasə - ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı)
- İspan ördəyi - ("Çirkin ördək balası", Hans Xristian Andersen)
- Tülkü - ("Biri vardı, biri yox", Əjdər Ol)
- Xanım Qrenberq - ("Uzuncorab Peppi", Astrid Lindqren)
- Kəniz - ("Leyli və Məcnun", Məhəmməd Füzuli)
- Gülşad - ("Məlikməmməd", Azərbaycan xalq nağılı)
- Qrafinya Albalı kiçik bacı - ("Çipollino", Canni Rodari)
Filmoqrafiya
- Biz qayıdacağıq (film, 2007)
- Bir anın həqiqəti (film, 2003)
İstinadlar
- "Kulisin əməkdaşının pyesi tamaşaya qoyulacaq" (az.). 1 sentyabr 2015. İstifadə tarixi: 2016-10-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.