Venera, Kupid, Folli və Zaman (Bronzino)

Venera, Kupid, Folli və Zaman (həmçinin Venera və Kupidin rəmzi, Veneranın Triumfu) (ing. Venus, Cupid, Folly and Time, it. Allegoria del trionfo di Venere) — 1540 - 1545-ci illərdə florensiyalı Anyolo Branzinonun çəkdiyi alleqorik rəsm əsəri. Əsər hazırda Londonda, Milli Qalereyada sərgilənir.

Venera, Kupid, Folli və Zaman
Allegoria del trionfo di Venere
Venera, Kupid, Folli və Zaman (1540 - 1545)
Venera, Kupid, Folli və Zaman (1540 - 1545)
Rəssam Anyolo Bronzino
Tarixi 1540 - 1545
Üslubu mifologiya rəssamlığı[d]
Ölçüləri 147 sm × 117 sm
Materialı yağlı boya, kətan
Saxlanıldığı yer Milli Qalereya, London
Vəziyyəti Muzeydə sərgilənir
Saytı nationalgallery.org.uk/p…
wga.hu/html/b/bronzino/4…
wga.hu/html/b/bronzino/4…
İnventar nömrəsi NG651
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1546-cı il ərəfəsində Bronzinoya Venera, Kupid, FolliZaman mövzusunda bir əsər yaratmaq tapşırığı verilir. O, bu işdə qərarlılıq göstərə bilmirdi. Çünki mövzu çox çətin, erotik, qaranlıq keyfiyyətlərə malik obrazların yer aldığı və ən əsası onun ustadı Pontoromonun və elə rəssamın öz yaradıcılığnın da aid olduğu Manyerist məktəblə bağlı idi.

Əsərin Toskaniyanın böyük hersoqu I Kozimo və ya Fransisko Salviati tərəfindən Fransa kralı I Fransiskə hədiyyə vermək üçün sifariş edildiyi güman edilir. Corcio Vazari əsərin I Fransiskə hədiyyə edildiyini yazır, lakin kim tərəfindən hədiyyə edildiyini göstərmir. O zaman erotik səhnələrlə zəngin əsərlərə həm məşhur Mediçilər sülaləsi nümayəndələrinin, həm də Fransa aristokratiyasının böyük marağı var idi. Əsərdə olan faktura və sərvətə diqqət ytirilərsə, bu Brozinonun hansısa zadəgan tərəfindən himayə edilməsini deməyə əsas verir. Əsərdə Venera obrazı lüks bir şəraitdə çox qiymətli bir detal kimi təqdim edilib.

Venera və Kupid detalı

Əsərin klaustrofobik ön planında yer alan obrazların bir neçəsinin kimliyi uzun elmi mübahisələrə səbəb olmuşdur. Əsərdə əsas nəzərə çatdırılan mövzuların şəhvət, hiylə və qısqanclıq olduğu izlənməkdədir. İlk dövrlərdə əsər daha çox "Veneranın triumfu" adlandırılırdı. Lakin əsərə verilmiş bu adın dəqiq nə anlam daşıdığını anlamaq çətindir. Əsərdə Kupid öz anası Veneranın yanında, onların sağında isə çılpaq Putto təsvir edilib. Tabloda bütün obrazlar tipik manyerist janr üslubunda təsvir edilib.

Əsərin mərkəzində dayanan iki əsas obrazın atributlarından asanlıqla Venera və Kupid olduğunu müəyyən etmək mümkündür. Məsələn, Venera bir əlində onun üçün xarakterik olan Paris Məhkəməsində əldə etdiyi qızıl almanı, digər əlində isə ox tutmuşdur. Hər iki obraz çılpaqdır və onlar parlaq ağ işıq şüasiyla aydınladılıb. Kupid öz anasının arxasında dayanıb və onu öpür. Təsvirdə ən qəribə cəhətlərdən biri Veneranın dilidir. O, Kupidin ağzının içinə girirmiş kimi görünür. Bu kiçik detal bütün əsərin ən çox mübahisə doğuran hissəsidir. Əsərdə Kupid bütün digər ənənə və təsvirlərin əksinə olaraq uşaq kimi deyil, Venerayla məhəbbətlə məşğul ola biləcək qədər böyük yaşda, Venera isə təxminən onunla eyni yaşlı gənc və gözəl qadın kimi təsvir edilmişdir.

Qoca qarı detalı

Əsərdə Venera ayaqları bir qədər aralı təsvir edilmişdir ki, bu da ola bilsin kupid trəfindən təklif edilmiş cinsi əlaqə təklifinin qəbul edilməsinə işarədir. Göründüyü kimi Venera əlindəki oxu Kupidə tərəf tutmuşdur ki, bu da ola bilsin onların arasında sevgiyə nəzarət edilməsi anlamına gəlir. Sağdakı çılpaq oğlan obrazı cinsi əlaqə astanasında olan Venera və Kupidin üzərinə gül ləçəkləri atır ki, bu da axmaqlıq, zövq və zarafatın rəmzidir. Başqa bir detal, Kupidin əlinin Veneranın sinəsində olması o anlama gəlr ki, "Birini sevdiyiniz zaman əgər dürüst niyyətiniz varsa ehtiyyatlı olun, çünki kimi sevdiyinizi bilmirsiniz".

Puttonun arxasında təsvir edilmiş iri gövdəli, keçəl və saqqallı yaşlı kişi Vaxt babadır[1] və o, sanki tablonun sol tərəfində əlində qum saatı tutmuş naməlum obrazın qolundan tutaraq onu zorla çəkib çıxarmaq istəyir. Yenə də əsərdə hansısa anlaşılmazlıq ortaya çıxır. Belə ki, Vaxt babanın bu hərəkəti nə səbəbə etməsini dəqiq anlamaq mümkün deyil.

Bəzi araşdırmaçılar şərti olaraq Qısqanclıq adlandırdıqları tablonun soltərəfində, aşağıda, saçını yolarkən təsvir edilmiş qoca qadın obrazının Süzənək[1] xəstəliyinin daşıyıcısı olmasını qeyd etmişlər. Tablonun sağ tərəfində təsvir edilmiş qız üzlü Folli, əlində bal şanı tutmuşdur ki, bu da razılıq və fırıldaq əlamətidir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.