Vegetarianlıq
Vegetarian (lat. vegeterian) — ət yeməyən insan. "Vegetarian" latın sözü olub "sağlam həyat" mənasını bildirir. Adi halda vegetarianlıq dedikdə heyvan mənşəli məhsullardan - ət, süd, yumurtadan pəhriz etmək nəzərdə tutulur. Bir insanın sadəcə ət məhsullarından çəkinməsi vegetarianlıq deyil. Sırf vegetarianlıq təkcə qida pəhrizi deyil və xüsusi bir həyat tərzindən ibarətdir.
Xüsusiyyətləri
Vegetarianlar öz rasionlarından əti və balığı çıxarırlar və yalnız göyərti, meyvə və südlü yeməklərlə qidalanırlar. Süd məhsullarından istifadə edənlər "laktovegetarian" adlanırlar. Yumurtadan istifadə edənlər isə "ovo-laktovegetarian" adlanırlar. Ciddi, tələbkar vegetarianlar nə yumurta yeyir, nə də süd içirlər. Vegetarianların əksəriyyəti alkoqollu içkilər içməyin və siqaret çəkmənin əleyhinədir.
Qalereya
- Pifaqor, klassik yunan filosofu
- Leonardo da Vinçi, italyan ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı
- Albert Eynşteyn, ABŞ-alman fiziki
- Mahatma Qandi, hindistanlı siyasi xadim
- Corc Bernard Şou, irland yazıçı
- Lev Tolstoy, rus yazıçı
- Əzizə Mustafazadə, azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı
Mənbə
- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 151.