Veddlər
Veddlər (sinh. වැද්දා — ˈvædːaː, tam. வேடுவர் — Vēṭuvar) — Şri-Lankanın yerli əhalisidir. Əsasən Şri-Lankanın şərqində yayılmışlar. Sayları 2 500 nəfər təşkil edir.
Ümumi sayı | |||
---|---|---|---|
2500 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Vedd dili | |||
Dini | |||
Dili — Vedd dili Kreol dillərinə daxildir. Sinhal dilləri qrupuna daxildi və qədim dil hesab edilir. Dilin gizlü xüsusiyyətləri vardır. Onlar aradında Buddizm, Hinduizm və ənənəvi ədatlər qrunub saxlanılmışdır.
Üstəlik onlar arasında Animizm, Şamanizm, Maqiya, və aiyin rəqslərinə rast gəlinir.
Etimalogiya
Onları müxtəlif adlarla adlandırırlar. Müxtəlif variantlı adları vardır: veda, veda, veddo, vaedda; sinhalcada väddā, väddō; tamilçə vedan. Sinhalcada vanyalā-ätto adlandırılır ("meşədə yaşayanlar", "meşə adamları", "meşə hakimləri"); bu adı veddlərin özləridə işlədirlər.
Yaşayış yerləri
Onların böyük əksəriyyəti Şri-Lankanın Şərq və Uva vilayətlərində yayılmışdır. Veddarata — "Veddlərin ölkəsi" əsasən Qal-Oya və Madura-Oya çaylarının yuxarı axarlarını adlandırırlar[1]
Yaranmaları
Veddlərin qədim nümayəndələri Cənubi Asiyanın böyük hissəsində yayılmışdılar. B.ə onlar bütün Seylon adası boyunca yayılmışdılar. Sonradan Sinhallar və Tamillər tərəfindən sıxışdırılmışdır. Onlar tarixən Sinhal ordusunda oxçular olması ilə seçilirdilər.
Antropologiyası
Avstralodlər irqinə mənsubdurlat[2][3]. Hindistanın mərkəzi hissəsində yayılmış Bxillərlə yaxınlıqları vardır. Boyları elədə böyük olmur. Orta boyları 1,53 sm-dir.
Sosial quruluşları
Veddlər 9 bir-birinə yaxınlığı ilə seçilən 9 qrupa bölünür: morana, unapana, ruqam, uru, tala, nadutena, kirito, mebille, qama. Hər qəbilənin özünə məxsus toplama meyvə və giləmeyvələri, saxladıqları kənd təsərüffatı canlıları vardır. Hazırda dövlət miqyasında onların asimiliyasi həyata keçirilir.
Çox uşaqlı olurlar. Ərə gedən qızlar ata və analarının yanında qalırlar. Oğlan uşaqları isə yox. Erkən evliliklər geniş yayılmışdır. Qadın və kişilər bərabərdirlər. Onlarda yaxın qoxumlarla evlilik geniş yayılmışdır. Adətləri sadədir. Qadınlara hədiyyə vermək dəbdədir
Təsərüffat
Əsas məşgüliyyətləri yığıçılıq, balıqçılıq və balıqçılıqdır.
Əsas öz əlatləri nizə və oxdur. Onlar şikarlarını bəzən tələlərlə tuturlar. Onlar arasında fil ovuda mövcuddur. Hazırda isə odlu silahlar məşhurlaşdır.
Geyimləri əsasən sarqon və saridən ibarətdir. Qadınlar dizə qədər olan don geyirlər. Geyimlər əsasən pambıqdan hazırlanır.
Qidaları — ov və yığıçılıqda əldə edilənlərlə qidalanırlar.
İstinadlar
- Система родства веддов. Быт, социальные и семейные отношения Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (indolog.ru) (rus.)
- Веддо-австралоидная раса // БРЭ. Т.4. М.,2006.
- Австралоидная раса // БРЭ. Т.1. М.,2005.