Vedanta
Vedanta (sanskr. वेदान्त, vedāntaIAST, "Vedaların sonu") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Mahiyyətcə vedanta induizmdə bir sıra dini-fəlsəfi ənənələrin ümumi adıdır. Vedanta fəlsəfi təlimi özündən əvvəlki bütün konsepsiyalar da daxil olmaqla 2-ci əsrdə yaranmış "Vedanta sutra"dan başlayır.
Bu məktəb Vedaların fəlsəfi hissəsi kimi tanınan Upanişdanın interpretasiyası kimi qəbul olunur. 3 filisof və 3 interpretasiya mövcuddur:
- Advayta (dualist olmayan yaxud monizm) — filosof Şankarın adı ilə bağlıdır.
- Vişişta Advayta (fərqləndirən monizm) — Ramanudja.
- Dvayta (dualizm) — filosof Madxva.
Advaytada əsas ideya Brahman — əqli olaraq dərk olunmayan son həqiqət, lakin dua və dərin meditasiyalarla dərk olunandır.
Brahman — keyfiyyətsiz, yəni fenomenal aləmin bir hissəsi olmayandır. Yalnız şərtilik çərçivəsində konkret anlayış və keyfiyyət xarakteristikaları nəzərdə tutulur. Beləliklə, şərtilik çərçivəsində anlayışlar vasitəsilə Brahman dərk olunmayandır.
Brahman fiziki formada təzahür edir, lakin özü əbədi və dəyişməzdir. Beləliklə, mütləq reallıq dünya ilə eyniləşdirilir. Deyirlər ki, Brahman olmayan bir şey yoxdur, digər tərəfdən isə elə bir şey də yoxdur ki, o Brahman olsun. Bu ideya qərbi panteizm ideyalarına çox yaxındır.
Aləmdə mövcud nizam — karma, yaxud brahman iradəsi ilə baş verdiyinə aşkar cavab yoxdur.
Şankara deyir:
- Bütün təzahür etmiş fenomenal aləm, Mayyadan (illyuziya) başqa bir şey deyil, yeganə real mövcud varlıq Brahmandır. Bu mənada advayta — monizm ideyasını — vahid və bölünməz reallığı qəbul və təsdiq edir.
Brahmanın dərki yalnız Alı "mən" olan — Atmanın dərki ilə mümkündür.
Nirquna brahman — təmiz Şüur və Saquna Brahman — dərk olunmuş reallığı fərqləndirirlər. Bu ideyalar Kantın fəlsəfəsini xatırladır. Hər iki filosof qavrayışın məhdud olmasını deyir, hər ikisi aləmi (Brahmanı) noumen və fenomenlərə bölür.
Beləliklə, Şinkara dünyanı Ali iradə tərəfindən yaradılmış təkamul edən və dövri olaraq dəyişən bir konstruksiya kimi görür. Digər tərəfdən bu strukturun illyuziya olmasını da anlayır. İnsan həyatı bir yuxuya bənzəyir, yeganə reallıq Brahmandır. İnsan ruhu xarici örtüklərələ (o cümlədən bədənlə) zəncirlənib. Bu örtüklər karma şərtləri ilə tədricən dağılır və nəhayət, insanın əsl mahiyyəti olan Atman aşkarlanır.
Şankara Brahmanın müxtəlif təzahürlərini "səhəng misalı" ilə izah edir. Deyir ki, günəş bir olmasına baxmayaraq su ilə dolu olan müxtəlif səhənglərdə əks olunur.
Şankaranın fikirləri Kantın fikirlərinə uyğun gəlir. Zaman, məkan və səbəb — insan idrakının məhdudluğundan irəli gələn və mahiyyət etibarilə yalnız kateqoiyalardır. Yəni, əsl keyfiyyət xarakteristikaları deyil. Səbəb və nəticənin isə bölünməsini şərti hesab edir, əslində onlar eynidir. Şankaranın Brahman haqqındakı ideyaları Buddizmdə olan Şunya ideyasına oxşamasına görə onu gizli buddist də hesab edənlər var. Lakin, Şinklara özü buddizmi tənqid etmişdir. Məsələn, Buddizmdəki "mən" konsepsiyası onu tamamilə qane etmirdi.
Həmçinin bax
- Veda ədəbiyyatı