Vazeh Əskərov

Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru.

Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dillər Universiteti
Université Robert Schuman
Université Marc Bloch
Université de Strasbourg
Fəaliyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru.
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü.
Azərbaycan Fransa Məzunları Assosiasiyasının rəhbəri.
Azərbaycan Savate Federasiyasının vitse-prezidenti
Fəaliyyət illəri Azərbaycan-Fransız Universitetinin icraçı direktoru 2016-2023
Elmi dərəcəsi Tarix üzrə fəlsəfə doktoru
Elmi adı Dosent
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Akademik Palma Ordeni - Zabit dərəcəsi

Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016-2023).[1]

Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015).

Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014).

Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il).

Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi - AAAF (2020)

Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019)

Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti - ASEAF (2005-2012)

13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub.

Həyatı

Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.[2] Bakı şəhəri 89 saylı və 101 saylı məktəbdə təhsil almışdır. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində fransız-ingilis dilləri üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunaraq Strasburq şəhərinə getmişdir. 2003–2004-cü illərdə Beynəlxalq və Avropa hüquq üzrə Şəhadətnamə, 2004-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunmuşdur, 2004–2006-ci illərdə Strasburqun Marc Bloch Universitetinin Dilçilik elmi üzrə Magistr 1 dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2006–2007 illərdə Strasburqun Marc Bloch Universitetində Dilçilik elmi üzrə Magistr 2 dərəcəsi üzrə təhsilini davam etdirmişdir[3]. 2007–2012 illərdə Strasburq Universitetinin Avropada cəmiyyət və mədəniyyət departamentində "Azərbaycanlıların Fransaya mühacirəti: tarix və perspektivlər" mövzusunda üzrə doktorantura təhsili almış və 2012-ci ildə Strasburq Universitetinin Doktoru dərəcəsinə layiq görülmüşdür. Strasburq Universitetinin doktorluq diplomu 2016-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilmiş və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşmüşdür. 18 fevral 2019-cu il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının əsasında Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru, dosent diplomu təqdim edilmişdir

Ailəsi

Ailəlidir, iki övladı var

Təhsili

1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində fransız-ingilis dilləri üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunaraq Strasburq şəhərinə getmişdir. 2003–2004-cü illərdə Beynəlxalq və Avropa hüquq üzrə Şəhadətnamə, 2004-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunmuşdur, 2004–2006-ci illərdə Strasburqun Marc Bloch Universitetinin Dilçilik elmi üzrə Magistr 1 dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2006–2007 illərdə Strasburqun Marc Bloch Universitetində Dilçilik elmi üzrə Magistr 2 dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2007–2012 illərdə Strasburq Universitetinin Avropada cəmiyyət və mədəniyyət departamentində "Azərbaycanlıların Fransaya mühacirəti: tarix və perspektivlər" mövzusunda üzrə doktorantura təhsili almış və 2012-ci ildə Strasburq Universitetinin Doktoru dərəcəsinə layiq görülmüşdür.[4] Strasburq Universitetinin doktorluq diplomu 2016-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilmiş və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşmüşdür. 18 fevral 2019-cu il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının əsasında Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru, dosent diplomu təqdim edilmişdir.[2]

Fəaliyyəti

Əmək fəaliyyəti

Universitetdə tələbə olduğu müddətdə III və IV kurslarda Fransanın Azərbaycandakı səfirliyində müqavilə əsasında işləmiş, Universiteti bitirdikdən sonra 2000–2001-ci illərdə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsində George Sand mərkəzində müdir müavini vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlarda tərcüməçi-menecer kimi fəaliyyət göstərib. 2013-cü ilin əvvəli Azərbaycana qayıtdıqdan sonra Vazeh Əskərov Azərbaycan Dillər Universitetinin Elmi strukturunda "Gənc Tədqiqatçılar Assosiyasına" rəhbərlik etmiş, 2013-cü ilin may ayında rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 2014-cü ilin iyun ayından 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsinin müvəqqəti icra etmiş və bu müddət ərzində bir neçə dəfə rektor vəzifəsinin müvəqqəti icrasını həyata keçirmişdir. 2015-ci il dekabr ayından 2016-cı ilin dekabr ayına qədər yenidən rektor müşaviri vəzifəsini icra etmişdir.[5] Vazeh Əskərov 2016-cı ilin may ayında Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Fransız dili kafedrasının dosenti seçilmişdir. 2016-cı ilin dekabr ayından etibarən Azərbaycan-Fransız Universitetinə UFAZ icraçı direktorudur.[2]

İctimai-siyasi fəaliyyəti

2003–2013-cü illərdə Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov ictimai fəaliyyət ilə də məşğul olmuş, 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri seçilmiş və həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olmuş, Azərbaycanın Fransa ictimaitinə tanıtdırılmasında əməyini əsirgəməmişdir. Təşkilati fəaliyyət ərzində onlarla bülleten (AZER-İNFO) və Qarabağ həqiqətləri haqqında bir kitabının dərc olunması və Avropalılara çatdırılmasında eləcə də Azərbaycan üçün önəmli olan günlərin təntənəli qeyd olunması üçün müxtəlif mədəni tədbirlər həyata keçirmişdi.[2]

2014-cü ildə Vazeh Əskərovun Fransanın Presses Academiques Francophones (PAF) nəşriyyatında "L’immigration des Azerbaïdjanais"adlı monoqrafiyası, 2016-cı ildə isə eyni nəşriyyatda "Gerondif, Participe present, Adjectif verbal" adlı dərs vəsaiti dərc olunmuşdur.[6][7] 20-ə yaxın elmi məqalənin müəllifi olan Vazeh Əskərov fransızca dərc olunmuş 6 kitabın redaktoru olmuş və bir neçə beynəlxalq konfranslarda iştirak etmiş eləcə də ictimai-siyasi sahələr üzrə 50-ə qədər məqalə və müsahibələri dərc olunmuşdur.[2]

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[8]

Təltifləri

2020-ci ilin 8 yanvar Fransa Milli Təhsil və Gənclər nazirliyinin təqdimatının əsasında Vazeh Əskərov " Akademik palma " ordeninin Zabit dərəcəsi ilə təltif edilmişdir.[9]

2020-ci il 11 noyabr tarixində Fransız Suvenirləri (Souvenirs Français) rəsmi ordeni və diplomu ilə təltif edilmişdir.[10]

2020-ci il 30 dekabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.[11]

2024-cü il 19 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923-2003)" yubiley medalı ilə təltif edilib.[mənbə göstərin]

İstinadlar

  1. Könül Kamilqızı. "Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub" (az.). apa.az. 14 dekabr 2016. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  2. Şahin Sərdarlı. "Azərbaycan-Fransız Universitetinin direktoru: "ADU-nun dünyada və ölkəmizdə böyük işlər görmüş məzunları var" - Müsahibə" (az.). adu.edu.az. 26 niyabr 2018. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  3. Baku TV. "ADNSU-nun yeni rəhbəri məlum oldu" (az.). Youtube.com. 13.07.2023. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
  4. Elnur Eltürk. "Ali Attestasiya Komissiyası tarixində ilk qərar..." (az.). moderator.az. 28 fevral 2016. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  5. "Frankofoniya Universitetlər Agentliyinin təmsilçisi ADU-da" (az.). azertag.az. 11 noyabr 2015. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  6. Əsgər Əliyev. "Fransada gənc azərbaycanlı alimin monoqrafiyası nəşr olunmuşdur" (az.). AzərTAc. 17 fevral 2014. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  7. Afət Sadıqoğlu. "UFAZ-ın direktoruna dosent diplomu təqdim olunub" (az.). xalqqazeti.com. 19 fevral 2019. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  8. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  9. "UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  10. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  11. "Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin bir qrup əməkdaşını təltif edib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.