Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru.
Vazeh Əskərov | |
---|---|
Vazeh Eldəniz oğlu Əskərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
Azərbaycan Dillər Universiteti Université Robert Schuman Université Marc Bloch Université de Strasbourg |
Fəaliyyəti |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru. Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü. Azərbaycan Fransa Məzunları Assosiasiyasının rəhbəri. Azərbaycan Savate Federasiyasının vitse-prezidenti |
Fəaliyyət illəri | Azərbaycan-Fransız Universitetinin icraçı direktoru 2016-2023 |
Elmi dərəcəsi | Tarix üzrə fəlsəfə doktoru |
Elmi adı | Dosent |
Mükafatları | Akademik Palma Ordeni - Zabit dərəcəsi |
Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016-2023).[1]
Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015).
Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014).
Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il).
Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi - AAAF (2020)
Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019)
Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti - ASEAF (2005-2012)
13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub.
Həyatı
Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.[2] Bakı şəhəri 89 saylı və 101 saylı məktəbdə təhsil almışdır. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində fransız-ingilis dilləri üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunaraq Strasburq şəhərinə getmişdir. 2003–2004-cü illərdə Beynəlxalq və Avropa hüquq üzrə Şəhadətnamə, 2004-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunmuşdur, 2004–2006-ci illərdə Strasburqun Marc Bloch Universitetinin Dilçilik elmi üzrə Magistr 1 dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2006–2007 illərdə Strasburqun Marc Bloch Universitetində Dilçilik elmi üzrə Magistr 2 dərəcəsi üzrə təhsilini davam etdirmişdir[3]. 2007–2012 illərdə Strasburq Universitetinin Avropada cəmiyyət və mədəniyyət departamentində "Azərbaycanlıların Fransaya mühacirəti: tarix və perspektivlər" mövzusunda üzrə doktorantura təhsili almış və 2012-ci ildə Strasburq Universitetinin Doktoru dərəcəsinə layiq görülmüşdür. Strasburq Universitetinin doktorluq diplomu 2016-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilmiş və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşmüşdür. 18 fevral 2019-cu il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının əsasında Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru, dosent diplomu təqdim edilmişdir
Ailəsi
Ailəlidir, iki övladı var
Təhsili
1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində fransız-ingilis dilləri üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunaraq Strasburq şəhərinə getmişdir. 2003–2004-cü illərdə Beynəlxalq və Avropa hüquq üzrə Şəhadətnamə, 2004-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunmuşdur, 2004–2006-ci illərdə Strasburqun Marc Bloch Universitetinin Dilçilik elmi üzrə Magistr 1 dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2006–2007 illərdə Strasburqun Marc Bloch Universitetində Dilçilik elmi üzrə Magistr 2 dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2007–2012 illərdə Strasburq Universitetinin Avropada cəmiyyət və mədəniyyət departamentində "Azərbaycanlıların Fransaya mühacirəti: tarix və perspektivlər" mövzusunda üzrə doktorantura təhsili almış və 2012-ci ildə Strasburq Universitetinin Doktoru dərəcəsinə layiq görülmüşdür.[4] Strasburq Universitetinin doktorluq diplomu 2016-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilmiş və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşmüşdür. 18 fevral 2019-cu il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının əsasında Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru, dosent diplomu təqdim edilmişdir.[2]
Fəaliyyəti
Əmək fəaliyyəti
Universitetdə tələbə olduğu müddətdə III və IV kurslarda Fransanın Azərbaycandakı səfirliyində müqavilə əsasında işləmiş, Universiteti bitirdikdən sonra 2000–2001-ci illərdə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsində George Sand mərkəzində müdir müavini vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlarda tərcüməçi-menecer kimi fəaliyyət göstərib. 2013-cü ilin əvvəli Azərbaycana qayıtdıqdan sonra Vazeh Əskərov Azərbaycan Dillər Universitetinin Elmi strukturunda "Gənc Tədqiqatçılar Assosiyasına" rəhbərlik etmiş, 2013-cü ilin may ayında rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 2014-cü ilin iyun ayından 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsinin müvəqqəti icra etmiş və bu müddət ərzində bir neçə dəfə rektor vəzifəsinin müvəqqəti icrasını həyata keçirmişdir. 2015-ci il dekabr ayından 2016-cı ilin dekabr ayına qədər yenidən rektor müşaviri vəzifəsini icra etmişdir.[5] Vazeh Əskərov 2016-cı ilin may ayında Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Fransız dili kafedrasının dosenti seçilmişdir. 2016-cı ilin dekabr ayından etibarən Azərbaycan-Fransız Universitetinə UFAZ icraçı direktorudur.[2]
İctimai-siyasi fəaliyyəti
2003–2013-cü illərdə Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov ictimai fəaliyyət ilə də məşğul olmuş, 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri seçilmiş və həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olmuş, Azərbaycanın Fransa ictimaitinə tanıtdırılmasında əməyini əsirgəməmişdir. Təşkilati fəaliyyət ərzində onlarla bülleten (AZER-İNFO) və Qarabağ həqiqətləri haqqında bir kitabının dərc olunması və Avropalılara çatdırılmasında eləcə də Azərbaycan üçün önəmli olan günlərin təntənəli qeyd olunması üçün müxtəlif mədəni tədbirlər həyata keçirmişdi.[2]
2014-cü ildə Vazeh Əskərovun Fransanın Presses Academiques Francophones (PAF) nəşriyyatında "L’immigration des Azerbaïdjanais"adlı monoqrafiyası, 2016-cı ildə isə eyni nəşriyyatda "Gerondif, Participe present, Adjectif verbal" adlı dərs vəsaiti dərc olunmuşdur.[6][7] 20-ə yaxın elmi məqalənin müəllifi olan Vazeh Əskərov fransızca dərc olunmuş 6 kitabın redaktoru olmuş və bir neçə beynəlxalq konfranslarda iştirak etmiş eləcə də ictimai-siyasi sahələr üzrə 50-ə qədər məqalə və müsahibələri dərc olunmuşdur.[2]
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[8]
Təltifləri
2020-ci ilin 8 yanvar Fransa Milli Təhsil və Gənclər nazirliyinin təqdimatının əsasında Vazeh Əskərov " Akademik palma " ordeninin Zabit dərəcəsi ilə təltif edilmişdir.[9]
2020-ci il 11 noyabr tarixində Fransız Suvenirləri (Souvenirs Français) rəsmi ordeni və diplomu ilə təltif edilmişdir.[10]
2020-ci il 30 dekabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.[11]
2024-cü il 19 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923-2003)" yubiley medalı ilə təltif edilib.[mənbə göstərin]
İstinadlar
- Könül Kamilqızı. "Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub" (az.). apa.az. 14 dekabr 2016. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
- Şahin Sərdarlı. "Azərbaycan-Fransız Universitetinin direktoru: "ADU-nun dünyada və ölkəmizdə böyük işlər görmüş məzunları var" - Müsahibə" (az.). adu.edu.az. 26 niyabr 2018. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
- Baku TV. "ADNSU-nun yeni rəhbəri məlum oldu" (az.). Youtube.com. 13.07.2023. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
- Elnur Eltürk. "Ali Attestasiya Komissiyası tarixində ilk qərar..." (az.). moderator.az. 28 fevral 2016. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
- "Frankofoniya Universitetlər Agentliyinin təmsilçisi ADU-da" (az.). azertag.az. 11 noyabr 2015. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
- Əsgər Əliyev. "Fransada gənc azərbaycanlı alimin monoqrafiyası nəşr olunmuşdur" (az.). AzərTAc. 17 fevral 2014. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
- Afət Sadıqoğlu. "UFAZ-ın direktoruna dosent diplomu təqdim olunub" (az.). xalqqazeti.com. 19 fevral 2019. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
- "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
- "UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
- "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
- "Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin bir qrup əməkdaşını təltif edib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.