Vayxırlı Məmmədcəfər
Vayxırlı Məmmədcəfər (XIX əsr, Türkeş, Şahbuz rayonu – XX əsr) — aşıq.
Vayxırlı Məmmədcəfər | |
---|---|
Doğum tarixi | XIX əsr |
Doğum yeri | |
Vəfat tarixi | XX əsr |
Fəaliyyəti | aşıq, şair |
Vayxırlı Məmmədcəfər Vikimənbədə |
Həyatı
Şahbuz rayonunun Tirkeş kəndində anadan olub.[1]
Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb.
Yaradıcılığı
Yaradıcılığının bədii istiqaməti
Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyl etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.[2]
Ədəbiyyat
- Qədimov Ə., Aşıq Məmmədcəfər,Şərq qapısı qəzeti,1977,7 dekabr;
- Azərbaycan folkloru antologiyası.c.1, Naxçıvan folkloru,Bakı.,1994
Xarici keçidlər
Vikimənbədə Müəllif:Aşıq Məmmədcəfər ilə əlaqəli məlumatlar var.
İstinadlar
- Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.
- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 572. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.