Vayxır su anbarı
Heydər Əliyev adına (Vayxır) su anbarı - tikintisi 2005-ci ildə Əkbərov Vəli tərəfindən başa çatdırılmışdır. Onun ümumi sututumu 100 mln m³, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulmuşdur[1].
Vayxır su anbarı | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Şahbuz |
Uzunluğu | 0,55 m |
Həcmi | 0,1 m³ |
Su anbarının layihəsi hələ 1981-ci ildə hazırlanmışdır. 1982-1983-cü illərdə inşaat işlərinə başlanıb. Lakin anbarın tikintisinə uzun illərdiki dayandırılmışdı. [2]
İstinadlar
- "SU ANBARLARI". 2011-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-28.
- Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirə
Vikianbarda Vayxır su anbarı ilə əlaqəli mediafayllar var.
Şəkillər
- Vayxır su anbarının görünüşü
- Vayxır su anbarının sutullayıcı qurğusu
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.