Vayots Dzor mərzi

Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir.

Vayots Dzor mərzi
Gerb
Gerb

39°45′ şm. e. 45°30′ ş. u.


Ölkə
İnzibati mərkəz Keşişkənd
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 2.308 km²
Əhalisi
Əhalisi
  • 49.000 nəf. (2019)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu AM-VD
Poçt indeksi 3601–3810
Rəsmi sayt
Vayots Dzor mərzi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərz ölkənin cənub-şərqində keçmiş YeğeqnadzorƏzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir.

Ümumi məlumat

7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə YeğeqnacorVayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır.[2]

Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.

Yaşayış məntəqələri

44 yaşayış məntəqəsindən ibarət olan Vayots dzor mərzində bu məntəqələrdən 3-ü şəhər, 41-i isə kənddir.[3]

Şəkil Şəhər (qəsəbə) Mərz Salınıb Sahəsi (km2) Əhalisi (2011 göst.)
Cermuk Vayots dzor 13-cü yüzillik 5 5,200
Vayk Vayoc dzor ? 3 5,900
Yeğeqnadzor Vayots dzor 5-ci yüzillik 6 8,200

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.