Vavel kral qəsri

Vavel kral qəsri (pol. Zamek Królewski na Wawelu) — Polşanın Krakov şəhərində Vavel yüksəkliyində ucalan qəsr. 1945-ci ildən başlayaraq Dövlət İncəsənət muzeyi kimi fəaliyyət göstərir.

Vavel kral qəsri
Zamek Królewski na Wawelu
Vavel kral qəsrinin girişi
Vavel kral qəsrinin girişi
Əsası qoyulub 1945
Mövzu İncəsənət muzeyi
Ölkə
Yerləşir Krakov, Polşa
50°03′36″ şm. e. 19°56′14″ ş. u.
wawel.krakow.pl/pl/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Krakov şəhəri orta əsrlərdə bir neçə əsr polyak krallıqlarının paytaxtı olduğu üçün Vavel qəsri bir çox kralların əsas iqamətgahı olub. İlk baxışdan elə də böyük görünməsə də, qəsr neçə yüz illik tarixə malikdir və burada tarixi insanlar yaşayıblar.

Coğrafi yeri

Vavel qəsri Krakov şəhərinin mərkəzindən piyada yolla təxminən 20 dəqiqəlik bir məsafədə, Vistula çayının sahilindəki təpənin üzərində yerləşir. Qəsrdəki qədim tarixi olan yerləri, məzarları, kilsələri, qəsrin otaqlarını ziyarət etmək üçün ən azı beş-altı saat vaxt lazımdır. Kilsələrin çoxunda şəkil çəkmək qadağandır, mühafizəçilər deyir ki, bununla siz insanların ibadətinə mane olursunuz.

Maraqlı faktlar

Qəsrdə Polşa tarixinin bir çox önəmli siyasətçiləri, ziyalıları dəfn olunub. Vavel qəsri bəzi polyak krallarının, polyakların ən sevimli inqilabçı şairi olan Adam Mitskeviçin və təyyarə qəzasında həyatını itirən sabiq prezident Lex Kaçinskinin və onun həyat yoldaşı Mariya Kaçinskinin məzarlarına ev sahibliyi edir. Sabiq prezidentin Vavel qəsrində dəfn olunması bir çox polyakların hələ də narazı qaldığı bir məsələdir. Martin adlı bir polyak gənci deyir ki, Kaçinski kral deyildi, şəxsən o sabiq prezidentin nə üçün burada dəfn olunduğuna bir məna verə bilmir və düşünür ki, bura xalq tərəfindən seçilmiş bir prezident üçün uyğun yer deyil.

Qəsrin aşağısında turistlərin dar pilləkanla enə biləcəyi bir mağara var, buraya "Əjdaha mağarası"deyilir. Mağaranın divarlarından dayanmadan su damcılayır. Onun çıxışında əjdaha heykəli qoyulub. Bu mağara haqqında bəhs edilən nağılda deyilir ki, keçmişdə bir əjdaha su üstündə hər gün bir qız tələb edirmiş. Sonra bir nəfər bu əjdahanı öldürür və kralın qızı ilə evlənir. Maraqlıdır ki, su üstündə oturan əjdaha dünyanın bir çox xalqlarının folklorunda, o cümlədən Azərbaycan folklorunda da var.[1]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.