Vattalar
Vattalar (rus. ватты, ing. mud flats) (almanca Watt) — dənizlərin ovalıq sahilboyunun qabarma zamanı suyun basdığı və çəkilmə zamanı çılpaqlaşdığı geniş alçaq zolaqlardır. Şimal dənizinin cənub sahilboyunda, Ağ, Oxot və Berinq dənizlərinin, ABŞ-nin Atlantik sahilboylarında Vattalar vardır.[1]
Akkumulyativ formalar, qabarma və çəkilmələrin fəaliyyət müddətinin surəti və qeyri- bərabərliyi sayəsində xırda qumların və lilli gətirmələrin toplanması yolu ilə əmələ gəlir.[1]
Həmçinin bax
İstinadlar
- Əliyeva N. Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.