Vasyuqan bataqlığı
Vasyuqan bataqlığı — Dünyanın ən böyük bataqlıqlarından biri. Qərbi Sibirdə, Ob və İrtış çayları arasında, əsasən Tomsk vilayətinin daxilində yerləşən Vasyugan düzənliyinin ərazisində yerləşir. Ərazisinin bir hissəsi Novosibirsk və Omsk, Tümen vilayətləri və Xantı-Mansi muxtar dairəsində yerləşir
Vasyuqan bataqlığı | |
---|---|
rus. Васюганские болота | |
Ümumi məlumatlar | |
Sahəsi | 53000 m² |
Yerləşməsi | |
57°34′00″ şm. e. 75°39′00″ ş. u. | |
Ölkə | Rusiya |
|
2007-ci ildən bəri Vasyuqan bataqlıqları UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmaq üçün namizəd olmuşdur[1].
Təsviri
Bataqlığın sahəsi 53 min km² (müqayisə üçün: İsveçrənin sahəsi 41 min km²), qərbdən şərqə qədər uzunluğu 573 km, şimaldan cənuba isə 320 km-dir. Vasyuqan bataqlığı təxminən 10 min il əvvəl yaranmış və bu gündə belə davamlı olaraq artmaqdadır. Son 500 il ərzində müasir ərazilərinin 75% formalaşmışdır. Bataqlıqlar bölgədəki təmiz su mənbəyidir (su ehtiyatı 400 km³). Burada 800 minə yaxın kiçik göl var. Bir çox çaylar bataqlıqlardan qaynaqlanır, xüsusən: Ava, Bakçar, Bolşoy Yuqan, Vasyuqan, Demyanka, İksa, Karqat, Kyunqa , Nyurolka, Kiçik Tartaş, Tartaş, Kiçik Yuqan, Om, Parabel, Parbiq, Tara, Tui, Uy, Çay, Çertal, Çizhapka, Çuzyk, Çulym, Şeqarka, Şiş. Bataqlıqda torfun böyük ehtiyatları var. Tədqiq olunan torf ehtiyatı 1 milyard tondan çoxdur, ortalama meydana gəlmə dərinliyi 2,4 m, ən yüksəyi isə 10 m-dir.
Vasyuqan bataqlığı nadir canlılarında daxil olduğu çoxsaylı faunaya ev sahibliyi edir. Bataqlıqlarda xüsusən şimal maralı, Ağquyruq dəniz qartalı, Çay qaraquşu, şahin yaşayır. Əhəmiyyətli miqdarda sincab, sığın, samur, ağ kəklik, Avropa norkası, adi susamuru və adi Sibir porsuğu yayılmışdır. Nadir və nəsli kəsilməkdə olan bitki növləri geniş ərazini əhatə edir. Yabanı bitkilər geniş yayılmışdır: cır qaragilə, mərcanı, Rubus chamaemorus.
İndi bataqlıq neft və qaz yataqlarının kəşfiyyatı və istismarı ilə əlaqədar olaraq fauna və florası təhlükə altındadır. Bundan əlavə Baykonur kosmodromundan buraxılan vasitələrdən düşən yanmamış heptil qalıqları ərazini çirkləndirir[2].
Yaz aylarında bataqlıqlar, hətta ixtisaslaşmış avadanlıq üçün demək olar ki, keçilməzdir. Neft sahələrinə və kəşfiyyat sahələrinə yük daşınması qışda həyata keçirilir.
Vasyuqan qoruğu
2006-cı ildə Vasyugan yasaqlığı tşkil olunur.
2017-ci ilin sentyabr ayında Tomsk vilayətinin Bakçarski rayonunda, Novosibirsk vilayətinin Ubinski və Şimal bölgələrində yerləşən Novosibirsk vilayətinin ehtiyat və bitişik bataqlıqları əsasında Vasyugan qoruğu formalaşdırılır.
2018-ci ilin iyun ayında o vaxt Kuznetsk Alatau Təbiət Qoruğunun direktoru olmuş Aleksey Vasilçenko Vasyugan qoruğunun rəhbəri təyin edildi və bu andan etibarən hər iki ehtiyatı idarə etmək üçün yeni yaradılan Kuznetsk Alatau və Vasyugan qoruğu Federal Dövlət Büdcə Qurumunun rəhbəri oldu. Vasyugan qoruğunu idarə edən bu idarəetmə qurumunun filialı Tomskda yerləşməsi planlaşdırılır[3][4].
Vasyuqan qoruğunun sahəsi 614,8 min hektardır.
18 dövlət müfəttişinin heyəti ştatına sahibdir - 9 nəfər Novosibirskdən və 9 nəfəri Kemerovo vilayətindən seçilir.
İstinadlar
- UNESCO World Heritage Centre. "The Great Vasyugan Mire - UNESCO World Heritage Centre" (ingilis). whc.unesco.org. 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-17.
- Земцов А. А., Савченко Н. В. "Современное геоэкологическое состояние Васюганского болотного массива" (PDF). // e-lib.gasu.ru. 2013-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-07-08.
- "Информация на сайте Заповедника Кузнецкий Алатау". 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
- "ТАСС: Созданный в Сибири Васюганский заповедник объединили с заповедником «Кузнецкий Алатау»". 2019-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-03.