Vasko Nunyes de Balboa
Vasko Nunyes de Balboa (isp. Vasco Núñez de Balboa; təq. 1475[1] – 15 yanvar 1519) — İspaniyalı səyyah və konkistador. Amerikada ilk daimi avropalı şəhərinin əsasına qoymuş və Sakit okean sahillərinə çıxmış birinci avropalı olmuşdur. Mirvari adalarını kəşf etmişdir.
Vasko Nunyes de Balboa | |
---|---|
isp. Vasco Núñez de Balboa | |
Doğum tarixi | |
Doğum yeri | Xeres-de-los-Kabalyeros, Bedaxos, İspaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Akla, Panama |
Vəfat səbəbi | baş kəsmə |
Fəaliyyəti | Səyyah |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
Balboa təxminən 1475-ci ildə Xeres-de-los-Kabalyerosda əsil-nəcabətli bir ailədə dünyaya gəlmişdir. Onun əcdadları İspaniyanın şimal-qərbində yerləşən Balboa qəsrinin sahibləri idi. Onun anası de Badaxos nəslinə aid idi, atası isə Nunyo Arias de Balboa adlı idalqo idi. Vaskonun erkən həyatı haqqında ailədə dörd oğlandan üçüncüsü olmasından başqa az şey bilinir. Yeniyətmə illərində isə o, Don Pedro de Portokarrero adlı əsilzadəyə paj və silahdaşıyan kimi xidmət etmişdir.
Yeni Dünyada
Yeni Dünyaya sıravi bir əsgər kimi, Rodriqo de Bastidasla birgə yollanmış, çox sayda macəra yaşadıqdan sonra Espanyolada (indiki Haiti adası) sahilə çıxmışdır. Ada valisinin Balboanın qaydalara əməl edən bir müstəmləkə sakininə çevirmək cəhdi uğurlu olmamış, vali tərəfindən təqdim edilən "repartimyento" (hindu qullarla birgə ferma) gəlir gətirmədiyindən Balboa fermanı bir neçə ay sonra başlı-başına buraxmış və borclardan yaxasını necə qurtaracağını bilməyəcək qədər pulsuzlaşmışdı. Borclarına görə Espanyoladan çıxmasına icazə verilməsə də, Balboa bir sandıq və ya bir çəllək içərisində adadan yola düşən bir gəmiyə minə bilmişdi. Kapitan Martin Ernandes Ensisonun başçılıq etdiyi gəmi Daryen körfəzinə yollanan ekspedisiya məcbur şəkildə Balboanı da özü ilə götürməli olmuşdu.
Mənbələr
- Stefan Sveyq. "Bəşəriyyətin ulduzlu saatları" (tarixi miniatürlərdə). Bakı, "Qanun" — 2010.
- "100 великих путешественников". Москва, "Вече" — 2003
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.