Vasili Surikov

Vasili İvanoviç Surikov (rus. Василий Иванович Суриков; 24 yanvar 1848, Krasnoyarsk19 mart 1916, Moskva) — rus rəssamı, tarix rəssamlığının görkəmli nümayəndəsi.

Vasili Surikov
rus. Василий Иванович Суриков
Avtoportret, 1879, Tretyakov qalereyası
Avtoportret, 1879, Tretyakov qalereyası
Doğum tarixi
Doğum yeri Krasnoyarsk
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
Milliyyəti rus
Vətəndaşlığı  Rusiya İmperiyası
Fəaliyyəti rəssam
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası[d] (18701875)
Janrlar Tarix rəssamlığı, portret
Stil realizm
Tanınmış işləri Strelets edamının səhəri
Qar şəhərciyinin alınması
Boyar arvadı Morozova
Üzvlüyü
  • İmperator Rəssamlıq Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vasili Surikov 1848-ci ildə Krasnoyarsk şəhərində kazak ailəsində anadan olmuşdur.

1869-1875-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Təhsil illərində tarixi boyakarlığa müraciət etmiş, akademik incəsənətin şərtiliklərindən uzaqlaşmağa səy göstərmişdir[1]. ("Knyaz məhkəməsi", 1874, Tretyakov qalereyası, Moskva). 1877-ci ildən Moskvada yaşamışdır. Müntəzəm surətdə Sibirə səfərə çıxmışdır, Donda (1893), Volqada (1901-1903), Krımda (1913) olmuşdur. 1883-1884-cü illərdə Almaniya, Fransa, Avstriya, 1897-ci ildə İsveçrə, 1900-cü ildə İtaliya, 1910-cu ildə İspaniyaya səyahət etmişdir. Peredvijniklər cəmiyyətinin və Rus Rəssamları İttifaqının üzvü olmuşdur. Surikov özünün ən məşhur əsərləri olan "Strelets edamının səhəri" (1881), "Menşikov Beryozovoda" (1883), "Boyar arvadı Morozova" (1887; hamısı Tretyakov qalereyasındadır) adlı monumental-tarixi tablolarını çəkir.

«Suvorovun Alp dağlarından keçməsi»

Rəssam, əsas iştirakçısı xalq kütləsi olan bu əsərlərdə xalqın gücünü göstərir, qüvvətli xarakterlər yaradır. Surikov novator tipli kompozisiyalarında insan kütləsinin hərəkəti, duyğuların mürəkkəb qamması, hadisələrin dərin daxili mənasını ifadə edir, rənglərin dolğun ahəngkarlığına nail olur, rəng və faktura vasitəsilə obrazın psixoloji xarakteristikasını gücləndirir.

1888-ci ildə arvadı öldükdən sonra Surikov dərin sarsıntı keçirmiş, bir müddət rəssamlıqdan əl çəkmişdir. 1889-1880-cı illərdə Sibirə səfərdən sonra yaratdığı "Qar şəhərciyinin alınması" (1891, Rus muzeyi, Sankt-Peterburq) tablosunda Surikov şən, sağlam və cəsur xalq kütləsinin obrazını ön plana çəkmişdir. 1895-ci ildə çəkdiyi «Suvorovun Alp dağlarından keçməsi» tablosu tarix rəssamlığının görkəmli nümunələrindəndir. İrtica illərində demokratik ənənələrə sadiq qalan Surikov "Stepan Razin" (1903) tablosunu çəkmiş, Puqaçova həsr olunmuş tablo üçün eskiz və rəsm yaratmışdır[2].

Vasili Surikov 19 mart 1916-cə ildə Moskva şəhərində vəfat etmişdir.

Moskva Rəssamlıq Institutuna Surikovun adı verilmiş, Krasnoyarskda ev-muzeyi açılmış və abidəsi (1954, tuncqranitdən) qoyulmuşdur[3].

Əsərləri

Ədəbiyyat

  • М. М. Алленов. «Василий Суриков»
  • Суриков В. И. Альбом. Вступ. ст. Н. Г. Машковцева. М.: 1960
  • Суриков В. И. Альбом. Вступ. ст. Д. Сарабьянова. М.: 1963
  • Суриков В. И. Письма. Воспоминания о художнике. Л.: 1977
  • Г. Васильева-Шляпина «Сибирские красавицы В. Сурикова. Портрет в творчестве художника»// «Иван Федоров». Санкт-Петербург. 2002
  • В. Ануфриева «Отрада суриковская».//«Сибирские промыслы». Красноярск. 2007
  • Аференко В. А. «Суриков в Сухобузимском»//г. Железногорск, 1999
  • Кеменов В. С. «Историческая живопись Сурикова. 1870—1880-е гг.» М.: 1963
  • Машковцев Н. Г. «В. И. Суриков» М.: 1994
  • Евдокимов И. В. Суриков, 1933. — 164 с. (Жизнь замечательных людей)
  • Шанин В. Я. «Суриков, или Трилогия страданий», 2010.
  • Лазарев С. Е. Образ Степана Разина в изобразительном искусстве // Преподавание истории в школе. 2016. № 8. С. 29-34.
  • М.П. Чебодаева Хакасия в творчестве художника В.И. Сурикова.—Санкт-Петербург, 2011. —90 С.

Xarici keçidlər

İstinadlar

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 87.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 88.
  3. Кеменов В.С., Историческая живопись Сурикова. 1870-1880-е гг., М., 1963.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.