Vasili Razumovski
Vasili İvanoviç Razumovski (rus. Василий Иванович Разумовский; 8 aprel 1857, Yefimovka[d], Buzuluk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 7 aprel 1935[1], Yessentuki, Stavropol diyarı, Rusiya[1]) — rus cərrahı, 1887-ci ildən Kazan Universitetinin professoru, tibb elmləri doktoru, əmək qəhrəmanı, 150-dən çox elmi işin müəllifi. Razumovski Saratov (1909), Tbilisi (1918) və Bakı (1919) universitetlərinin banilərindən biri olmuş, eləcə də Saratov Universitetinin (1909-1912) və Bakı Universitetinin (1919-1920) ilk rektoru vəzifəsini icra etmişdir. 1920-ci ildən sonra vətəni Kazana qayıdan Razumovski yenidən oradakı universitetdə dərs deməyə başlamış və 1930-cu ildə təqaüdə çıxmışdır.
Vasili Razumovski | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
İş yeri | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
8 aprel (22 mart) 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Bululukski dairəsinin Yefimovka kəndində doğulmuşdur. İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu.
1880-ci ildə İmperiya Kazan Universitetinini bitirmişdir.[2] 1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olmuşdur.
1893-cü ildə professor ilk dəfə olaraq Qafqaz Mineralnıye vodiya (Mədən suları) turist kimi gəlib.
1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlamışdır.
1896-1898-ci illərdə Jeleznavodskidə çalışmışdır. Daha sonra Pyatiqorskidə doktor Rjaksinskinin şəxsi klinikasında işləmişdir. Razumovski Rusiya İmperiyası Saratov Universitetinin banilərindən biri və ilk rektoru olmuşdur – 1909-1912-ci illər.[2]
O həmçinin Tbilisi Dövlət Universitetinin (1918) rektoru, habelə Bakı Dövlət Universitetinin ilk rektoru olmuşdur (1919-cü il)
8 Sentyabr 1919-ci il. Azərbaycan Xalq Cumhuriyyəti (Azərbaycan Demokratik Respublikası) hökumətinin sərəncamından: “Universitet komissiyasının yekdil qərarı ilə əməkdar professor Razumovski Bakı Dövlət Universitetinin rektoru, Pataloji Anatomiya üzrə kafedranın professoru Çirokoqorov isə Tibb Fakultəsinin dekanın təyin edilsin”
1920-ci ildən sonra professor Razumovski Saratov Universitetinə qayıdır və 1930-cu ilədən həmin universitetdə çalışır.
1930-cu ildə pedaqoji fəaliyyətinin dayandırıb sırf həkimlik fəaliyyəti və təşkilati işlərlə məşğul olmağa başlayır.
7 aprel 1935-ci ildə Yesentuki şəhərində vəfat etmişdir. Qəbri şəhərin Qardaşlıq qəbiristanlığındadır. 1990-cı illərdə qəbrinin üstündə barelyefi oğurlanmışdır. 2012-ci ildə Saratov Universitetinin təşkilatçılığı ilə barelyef yenidən bərpa edilmişdir.
Ailəsi
Qızı: Sofiya Vasilyevna Razumovskaya Qızı: Yuliya Vasilyevna Razumovskaya
Mükafatları və təltifatları
4-cü dərəcəli Müqəddəs Vladimir Ordeni, 3 və 4-cü dərəcəli Müqəddəs Anna ordeni, İkinci dərəcəli Müqəddəs Stanislav ordeni 1923-cü ildə Əmək qəhrəmanı adına layiq görülmüşdür. 1934-cü ildə RSFSR Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.[2] Leninqrad, Moskva və digər Cərrahiyyə Cəmiyyətlərinin fəxri üzvü olmuşdur. Razumovski Piraqov Həkimlər Cəmiyyətinin aktiv üzvü olmuşdur.
İstinadlar
- Разумовский Василий Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 345-346.