Vasili Pyatibrat

Vasili Lukiç Pyatibrat (ukr. Василь Лукич П'ятибрат; rus. Василий Лукич Пятибрат; 1 noyabr 1930, Babiçovka[d], Qlobino rayonu[d]) — mühəndis, dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1972–1979), SSRİ sənaye tikintisi nazirinin müavini (1979–1986), SSRİ-nin və RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini (1988–1989, 1989–1990), RSFSR əməkdar inşaatçısı (1991).

Vasili Pyatibrat
ukr. Василь Лукич П'ятибрат
rus. Василий Лукич Пятибрат
2 avqust 1972 9 iyul 1979
ƏvvəlkiQurban Sultanov
SonrakıTofiq Səfərəliyev
bayraq
SSRİ sənaye tikintisi nazirinin müavini
bayraq2
27 iyun 1979 19 avqust 1986
NazirAleksandr Tokarev
Yuri Solovyov
Arkadi Şepetilnikov
bayraq
SSRİ-nin cənub rayonlarında tikinti nazirinin birinci müavini
bayraq2
27 oktyabr 1986 27 iyun 1989
NazirArkadi Şepetilnikov
bayraq
RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini
bayraq2
1989 1990
NazirArkadi Şepetilnikov
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1930(1930-11-01) (93 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Şərəf" ordeni "Oktyabr inqilabı" ordeni
RSFSR əməkdar inşaatçısı "Moskva şəhərinə qüsursuz xidmətə görə" fərqlənmə nişanı

Həyatı

Vasili Lukiç Pyatibrat 1930-cu il noyabrın 1-də Ukrayna SSR-in Poltava vilayətinin Qlobino rayonunun Babiçovka kəndində anadan olmuşdur. Leninqrad Politexnik İnstitutunun Hidrotexniki mühəndislik fakültəsində təhsil almış, 1953-cü ildə buranı bitirdikdən sonra Kuybışev şəhərinə gələrək RSFSR Çay Donanması Nazirliyinin Sualtı Texniki İşlər İdarəsinin qrupunun komandiri olmuşdur.[1]

Vasili Pyatibrat 1960-cı ildən Kuybışev Xalq Təsərrüfatı Şurasının tikinti tresti tikinti-quraşdırma idarəsinin sahə rəisi və baş mühəndisi, 1964-cü ildən SSRİ Sənaye Tikintisi Nazirliyi Orta Volqa Baş Tikinti İdarəsinin 25 nömrəli tikinti-quraşdırma tresti tikinti idarəsinin rəisi, trest müdirinin müavini vəzifələrində işləmişdir.[2] 1969-cu ilin may ayında 25 nömrəli trestin müdiri təyin olunmuş, 3 il 3 ay bu vəzifədə işlədikdən sonra, 1972-ci ilin avqust ayında Azərbaycan SSR sənaye tikintisi naziri vəzifəsinə təyin edilmişdir.[1]

Vasili Pyatibrat 1979-cu ilin iyun ayından[3] SSRİ sənaye tikintisi nazirinin müavini, 1986-cı ilin oktyabr ayından[4] SSRİ-nin cənub rayonlarında tikinti nazirinin birinci müavini vəzifələrində, 1989–1990-cı illərdə RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini, 1990-cı ildən isə RSFSR-in Cənub Rayonlarında Tikinti üzrə Rusiya Dövlət Tikinti-Sənaye Konserni (Rosyuqstroy) idarə heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sonrakı illərdə Moskva Vilayətinin İnkişafı üzrə Dövlət Unitar Müəssisəsinin rəhbəri olmuşdur.[1]

Vasili Pyatibrat 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin VIIIIX çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2] Dəfələrlə Novokuybışev Şəhər Zəhmətkeş Deputatları Sovetinə, Kuybışev Vilayət Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir. "Oktyabr inqilabı" ordeni (1971), "RSFSR əməkdar inşaatçısı" fəxri adı (8 avqust 1991), "Şərəf" ordeni (15 sentyabr 1997), 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (7 avqust 2006), "Moskva şəhərinə qüsursuz xidmətə görə" fərqlənmə nişanı (18 noyabr 2010) ilə təltif edilmişdir.[1]

İstinadlar

  1. "Слово о первых | Пятибрат Василий Лукич". mignsk.ru. 2022-06-21. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-22.
  2. Пјатибрат Васили Лукич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 278.
  3. О назначении т. Пятибрата В. Л. заместителем Министра промышленного строительства СССР // Собрание постановлений правительства Союза Советских Социалистических Республик. № 1. Москва: Управление Делами Совета Министров СССР. 1979 г. С. 376.
  4. О назначении т. Пятибрата В. Л. первым заместителем Министра строительства в южных районах СССР // Собрание постановлений правительства Союза Советских Социалистических Республик. № 2. Москва: Управление Делами Совета Министров СССР. 1986 г. С. 639.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.