Vasili Nikolski

Vasili Alekseyeviç Nikolski (rus. Василий Алексеевич Никольский; 3 (15) mart 1882, Şuya, Vladimir quberniyası[d]3 aprel 1967, Bakı) — Azərbaycan-sovet opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1934).

Vasili Nikolski
Vasili Alekseyeviç Nikolski
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti opera müğənnisi, teatr aktyoru
Təhsili
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1934 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni  — 1938

Həyatı

Aydın və ifadəli bas səsi olan müğənni Vasili Alekseyeviç Nikolski Rusiyanın İvanovo vilayətinin Şuya şəhərində doğulub. Moskva konservatoriyasını 1907-ci ildə bitirib. Ali təhsil alandan sonra Moskvanın, Kiyevin, Odessanın, Tiflisin opera teatrlarında işləyib. 1919-cu ildə Bakıya gəlib və 1952-ci ilə qədər ADOBT-nın solisti olub.

Vasili Nikolski Bakı teatrında Həsən kişi, Aslan şah ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), İbrahim xan ("Koroğlu", Üzeyir bəy Hacıbəyov), Bəhram ("Şahsənəm", Reynqold Qlier), Pimen və Boris Qodunov ("Boris Qodunov", Modest Musorqski), Susanin, Ruslan ("İvan Susanin" və "Ruslan və Lüdmila", Mixail Qlinka), Don Bazilio ("Sevilya bərbəri", Coakkino Rossini), Koçubəy ("Mazepa", Pyotr Çaykovski), Nilakanta ("Lakme", Leo Delib), Dəyirmançı ("Su pərisi", Aleksandr Darqamıjski), Qalitski ("Knyaz İqor" Aleksandr Borodin), Mefistofel ("Faust", Şarl Quno), Lindor ("Hofmanın nağılları", Jak Offenbax), German, Henri: ("Tanqayzer" və "Leonqrin", Rixard Vaqner), Sen Bari ("Qu qenotlar", Cakomo Meyerber), Çub ("Traviata", Cüzeppe Verdi), Famusov və Skalozub ("Ağıldan bəla", Boris Zeydman) Qaspar ("Kornevil zəngləri", Rober Plaket), Knyaz Quda ("Demon", Anton Rubişteyn), Stansiya nəzarətçisi ("Stansiya nəzarətçisi", Vladimir Kryukov) partiyalarını ifa edib. 1941-ci ildən 1962-ci ilə qədər müəyyən fasilələrlə konservatoriyada pedaqoji fəaliyyət göstərib.

Mükafatları

Filmoqrafiya

Ədəbiyyat

  • Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. НежинСярев. М.: Советская энциклопедия. 1965. 1152 стб. 40 500 экз.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. 622 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.