Vasili Blajennı kilsəsi

Qalayanı xəndək kənarında yerləşən Müqəddəs Tanrı anasının şəfaəti kafedralı və yaxud Vasili Blajennı kilsəsi (rus. Собор Покрова Пресвятой Богородицы, что на Рву; Собор Василия Блаженного) — Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir.[3] Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan[4] kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir.[5][6]

Vasili Blajennı kilsəsi
Храм Василия Блаженного
55°45′09″ şm. e. 37°37′23″ ş. u.
Ölkə  Rusiya
Şəhər Moskva
Yerləşir XVI kvartal, Tverskiy rayonu
Aidiyyatı Rus Pravoslav Kilsəsinin Moskva yeparxiyası
Dövlət Tarix Muzeyi
Memar Postnik Yakovlev
Sifarişçi İvan Qroznı
Tikilmə tarixi 1555—1561[1]
Hündürlüyü 47,5 m[2]
Qüllələri 2
Günbəzləri 9
Material kərpic
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt saintbasil.ru
shm.ru/museum/hvb/
Rəsmi adı: Kremlin and Red Square, Moscow
TipiMədəni
Kriteriyai,ii,iv,vi
Təyin edilib1990
İstinad nöm.545
DövlətRusiya
RegionAvropa
Rusiya Federasiyasının milli irsi
Rəsmi adı: Собор Покрова Пресвятой Богородицы на Рву, придел, крыльцо, галереи и колокольня (Храм Василия Блаженного)
İstinad nöm.7710342000
Mühafizə dərəcəsiFederal
Vasili Blajennı kilsəsi (Moskva)
Vasili Blajennı kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlkin taxta kilsə Müqəddəs Üçlüyə həsr edildiyindən, hazırkı bina XVII əsrə kimi adətən Müqəddəs Üçlük kilsəsi adlandırılırdı; o, həm də "Yerusəlim kilsəsi" kimi tanınmışdır ki, bu da, kapellalardan birinin ithafı, həmçinin, Moskva və bütün Rusiya patriarxının Palm bazar günü Uspenskiy kafedralından bu kilsəyə "təmtəraqlı keçidlə" gəlməsi ilə əlaqədardır.[7]

Binanın tonqal alovu kimi səmaya yüksələn quruluşunun Rusiya memarlığında analoqu yoxdur. Dmitri Şvidkovski özünün "Rusiya memarlığı və Qərb" adlı əsərində qeyd edir:

" Bu, digər Rusiya binalarına oxşamır. Bizans incəsənəti ənənəsinin davam etdirildiyi minillik ərzində buna bənzər qəribə, gözlənilməz, mürəkkəd, detallar və çoxobrazlı quruluşların heyranedici incəlik və dəqiqliklə işlənildiyi başqa bir bina yoxdur. [8] "

Kafedral XVII əsr Rusiya milli memarlığının zirvəsi hesab olunur.[9]

SSRİ-də keçirilən dövlət ateizmi siyasətinin tərkib hissəsi kimi kilsə Rusiya Ortodoks cəmiyyətindən alınmış və 1928-ci ildən Dövlət Tarix Muzeyinin tabeliyinə verilmişdir.[10] 1929-cu ildə sekulyarizasiyası tamamilə başa çatmış[10] bina Rusiya Federasiyasının federal mülkiyyətində qalmaqdadır. 1990-cı ildən etibarən kilsə Moskva KremliQırmızı meydanın tərkib hissəsi kimi UNESCO Ümumdünya irsi siyahısına salınmışdır.[11] Qırmızı meydanda mövqeyi və Kremlə yaxın yerləşməsinə görə kilsə bəzən səhvən Moskva Kremlinin tərkib hissəsi kimi qəbul edilir.[12]

Status

Hal-hazırda "Şəfaət kafedralı" — Dövlət tarix muzeyinin filialıdır. Bina Rusiyada UNESCO-nun Ümumdünya Mədəniyyət Mirasları Siyahısına daxildir.

Şəfaət kafedralı — Rusiyanın ən tanınan görməli yerlərindən biridir. Bir çoxları üçün bu tikili təkcə Moskvanın deyil, həmçinin bütün Rusiyanın simvolu hesab olunur. 1931-ci ildə kilsənin qarşısında Kuzma Minin və Dmitri Pojarskiyə həsr olunmuş tunc abidə quraşdırılmışdır (abidə 1818-ci ildən Qırmızı meydanın mərkəzində yerləşirdi)[13].

Tarix

Yaradılma haqqında versiyalar

Qırmızı meydan XVII əsrin əvvəllərində, Blau Atlasından fraqment. Öndə sol tərəfdə üç çadır formalı dama malik binanın yanındakı tikili Vasili Blajenni kafedralıdır.

Şəfaət kafedralı 1555–1561-ci illərdə çar İvan Qroznının sifarişi ilə 1552-ci ilin oktyabr ayının əvvəlində, yəni Bakirənin şəfaəti günündə baş vermiş Qazan şəhərinin işğal edilməsi və Qazan xanlığının məğlub edilməsi şərəfinə inşa edilmişdir.[14].[15] Kilsənin memarının kim olması dəqiq bilinmir.[16] Abidənin yaradıcıları haqqında bir neçə versiya mövcuddur. Versiyalardan birinə görə, kilsənin memarı məşhur Pskov ustası[17] Oruc tutan Yakovlev idi[16][18] (o, həmçinin Barma ləqəbi ilə də tanınırdı)[19]. Digər geniş məlum olan versiyaya əsasən — Barma və Oruc tutan Yakovlev tikintidə birgə çalışmış iki müxtəlif memarlardır; bu versiya hal-hazırda köhnəlmiş hesab olunur. Üçüncü versiyaya görə, kafedral naməlum qərbli Avropa ustası tərəfindən tikilmiş (təxmini olaraq italiyalı memar tərəfindən; Moskva kremlinin tikintilərinin əhəmiyyətli hissəsi fərqli dövrlərdə bir çox Avropalı ustalar tərəfindən inşa olunurdu) və özündə rus memarlığının ənənələrini, həm də İntibah dövrünün memarlığını təkraredilməz şəkildə uyğunlaşdırmağı bacarmışdır (bu versiyanı təsdiqləmək üçün hələ ki, heç bir dəqiq sənədli sübut aşkarlanmayıb).[20][21]

Əfsanəyə əsasən, kilsənin memarları (Barma və Oruc tutan) bu cür tikilini daha heç bir yerdə təkrar inşa edə bilməsinlər deyə, İvan Qroznının əmri ilə kor edilmişdilər.[22][23] Ancaq əgər kafedralın müəllifi Oruc tutan Yakovlevdirsə, o zaman onun çar tərəfindən kor edilməsi qeyri-mümkün idi, çünki Moskva şəhərində aparılan tikinti işlərindən sonra o, bir neçə il ərzində Kazan kremlinin yaradılmasında iştirak edirdi.[24]

Kilsənin özü səma Yerusəlimini simvollaşdırır, ancaq günbəzləri bəzəyən naxışlar və xüsusilə də buradakı rənglərin mənası bu günə kimi həll edilməmiş tapmaca olar qalır. Hələ keçmiş yüzillikdə yazıçı Çayev fərz edirdi ki, kilsə günbəzlərinin rənglərini müqəddəs qəhrəman xoşbəxt Andrey Yurodivinin (Konstantinopollunun) yuxusuyla izah etmək olar — kilsə əfsanələrinə görə, pravoslav dünyasında qeyd olunan Tanrı Anası örtüyünün bayramı məhz bu şəxslə bağlı idi. Onun gözünə səma Yerusəlimi göründü və orada "çoxlu bağlar var idi, onları yüksək, zirvələri titrəyən ağaclar bəzəyirdi… Ağacların bəziləri çiçəkləyirdi, digərləri qızılvari yarpaqlara malik idilər, yeridə qalan başqa ağaclar isə, təsvirəgəlməz gözəlliyi olan müxtəlif meyvələrlə bəzədilmişdi[25].

Kafedral XVI–XIX əsrlərin sonlarında

Kafedralın inşası, Üz salnaməsinə çəkilmiş miniatür, XVI əsr.

1588-ci ildə əsas kafedral binasının yanında Vasili Blajenniyə ithaf olunmuş yeni kilsə tikilmişdir, onun quraşdırılması üçün köhnə kafedralın şimal-şərq hissəsində arka oyuqları quraşdırılmışdır. Memarlıq münasibətində yeni kilsə ayrıca girişə malik sərbəst məbədi təşkil edirdi. XVI əsrin sonunda növbəti yanğın zamanı kilsənin yanmış ilkin örtüyünün əvəzinə fiqurlu makovkalar (günbəz başlıqları) quraşdırılmışdır.[26]

XVII əsrin ikinci yarısında kilsənin xarici simasında əhəmiyyətli dəyişikliklər baş verir; belə ki, yuxarı kilsələri əhatə edən açıq qalereya-seyrəngahlar qübbələrlə örtülmüş, ağ daşdan tikilmiş nərdivanların üstündə isə, çadırlarla bəzənmiş qanadlar (fligellər) quraşdırılmışdır.[27] Xarici və daxili qalereyalar, meydançalar və artırmaların hasarları nəbati ornamentlərlə bəzədilmişdir.[28] Bu yenidənqurma işləri 1683-cü ilə başa çatmışdır və onlar haqqında bütün məlumatlar kafedralın fasadını bəzəyən keramika plitkalarına kitabə şəklində daxil edilmişdir.[29]

1722-ci ildə P. V. Havski kitabda qeyd edir ki, məbəddə on səkkiz kilsə taxtı yerləşmişdi: Müqəddəs üçlük, Yerusəlimə giriş, Müqəddəs Paraskeva, Möcüzə göstərən Nikolay, Vəftizçi İohannın başının kəsilməsi, Varlaam Xunınski, Həvari Andronik, Kiprian və İnustin, Maarifçi Qriqori, Tanrı anasının ətəyini doldurması (Xeyir-dua almış İohannın qalıqları ilə), Böyük Vasili, Feodosiya qadınları, Aleksandr Svirski, Sergiy Radonejski, Misirli Məryəm, Tanrının bütün müqəddəslərə görünməsi və Üç patriarx[30].

1817-ci ildə memar Osip Bove Qırmızı meydanı bərpa edərkən, kafedralın dirək divarını daşla döşəmiş və çuqun hasarını quraşdırmışdır[31] (başlanğıcda Moskva çayı küçəsi boyunca; 1834-cü ildə, Maslyanoy döngəsinin salınmasından sonra — kafedralın cənub tərəfində)[32].

Bərpa işləri

Moskva sammitində iştirak etmək üçün SSRİ-yə səfər etmiş ABŞ Prezidenti Ronald Reyqan və SSRİ Prezidenti Mixail Qorbaçov Qırmızı meydanda Vasili Blajennı kilsəsinin fonunda, 31 may 1988-ci il, Ronald Reyqan Prezident Kitabxanasının arxivi

Taxta Moskvada tez-tez baş verən yanğınlar, Şəfaət kafedralına güclü ziyan vururdu və buna görə də artıq XVI əsrdən başlayaraq binada təmir-bərpa işləri keçirilirdi. Bu cür işlər hər əsrin estetik ideallarına uyğun olaraq dörd əsrdən çox yaşı olan abidənin simasını mütləq dəyişdirirdi. 1737-ci ilin kilsə sənədlərində ilk dəfə olaraq memar İvan Miçurinin adı qeyd olunmuşdur[33]; hələ 1737-ci ildə baş vermiş "Müqəddəs Üçlük" yanğınından sonra, məhz onun rəhbərliyi altında kilsə memarlığının və interyerlərinin bərpası üzrə işlər aparılırdı. Kafedralda növbəti kompleks təmir işləri II Yekaterinanın əmri ilə 1784–1786-cı illərdə həyata keçirilmişdir. Məşhur memar İvan Yakovlev bərpa işlərinə şəxsən rəhbərlik edirdi. 1900–1912-ci illərdə memar S. U. Solovyov kilsənin sonrakı restavrasiya işlərini həyata keçirmişdir. Qısa bir müddətdən sonra, 1920-ci illərdə kilsədə memarlar N. Kurdyukov və A. A. Jelyabujskiy tərəfindən təmir-bərpa işləri aparılmışdır[34].

Sovet illəri. Muzey

1918-ci ildə Şəfaət kafedralı dünya və milli əhəmiyyətli abidə kimi dövlət nəzarətinə alınan ilk mədəniyyət abidəsi olmuşdur.[35] Həmin andan onun muzeyefikasiya işlərinə star verilmişdir. Yaradılmış muzeyin ilk gözətçisi baş kahin (protoiyerey) İoann Kuznetsov oldu. İnqilabdan sonrakı illərdə kilsə fövqəladə vəziyyətdə idi. Bir çox yerlərdə damdan su axırdı, demək olar ki, bütün şüşələr sındırılmışdı, qışda isə binanın daxilinə qar yağırdı. Kafedraldakı nizam-intizamı İoann Kuznetsov təkbaşına saxlayırdı[36].

1923-cü ildə kafedral binasında tarixi-memarlıq muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir.[37] Yeni təsis edilmiş muzeyin birinci müdiri Tarix muzeyinin elmi işçisi Y. İ. Stilin oldu.[38] 21 may tarixində muzey ziyarətçilər üçün açılmışdır. Elə həmin dövrdə də fondların aktiv komplektləşdirməsinə başlanılmışdır.[39][40]

1928-ci ildə "Şəfaət kafedralı" muzeyi Dövlət tarix muzeyinin filialı oldu. Demək olar ki, yüz il boyunca kilsədə aparılan daimi bərpa işlərinə baxmayaraq, muzey həmişə ziyarətçilər üçün açıq olmuşdur.[10] O yalnız bir dəfə, Böyük Vətən müharibəsi zamanı bağlanmışdır. 1929-cu ildə kilsədə bütün ibadət mərasimlərinə qadağan qoyulmuş, qüllələrin içərisindəki zənglər isə çıxardılmışdır. Bərpaçı P. D. Baranovskinin şahidliklərinə əsasən, 1930-cu illərin ortalarında kilsə məhv olmaq təhlükəsi altında idi, lakin xoşbəxtlikdən heç kim onu dağıtmağa qərar vermədi[41]. Müharibədən dərhal sonra kilsənin bərpası üzrə sistematik işlərə başlanıldı və 7 sentyabr 1947-ci ildə yenilənmiş muzey binası Moskvanın 800-illiyinin təntənəli şəkildə bayram edilməsi günü ziyarətçilər üçün yenidən açıldı. Kilsə yalnız Rusiyada deyil, həm də uzaqda, onun hüdudları xaricində geniş şöhrət əldə etmişdir.

1991-ci ildən Şəfaət kafedralı muzeyin və Rus Pravoslav kilsəsinin birgə istifadəsindədir. Kilsədə son restavrasiya işləri 2008-ci ilin sentyabrında tamamlanmışdır.[42] Kilsədə uzun müddətli fasilədən sonra ibadətlər yenilənmişdir.

Memarlıq xüsusiyyətləri

Kolomenskoyedəki Rəbbin yüksəlməsi kilsəsinin kafedralın memarlığına təsir etdiyi ehtimal olunur.[43]

Kafedralın hündürlüyü 65 metrdir. Kafedral kiçik kilsələrdən ibarətdir[18], onların taxtları Kazan üçün həlledici döyüş günlərinə düşmüş bayramların şərəfinə müqəddəsləşdirilmişdir: Müqəddəs Üçlük, Möcüzəyaradan Müqəddəs Nikolayın şərəfinə (daha dəqiq onun Vyatka-Vilikoretskdə yerləşən ikonasının şərəfinə), Rəbbin Yerusəlimə girişi, Məzlum Adrian və Natalyanın şərəfinə (başlanğıcda müqəddəslər Kiprian və İustinanın şərəfinə; 2 oktyabr tarixində qeyd olunurdu), Mərhəmətli müqəddəs İoannın şərəfinə (XVIII əsrə qədər müqəddəs Pavel, Aleksandr və Konstantinopollu İoannın şərəfinə; 6 noyabr tarixində qeyd olunurdu), Aleksandr Svirskinin şərəfinə (17 aprel və 30 avqust tarixlərində qeyd olunurdu), Xutınlı Varlaamın şərəfinə (6 noyabrda və Petrov postunun 1-ci cümə günü qeyd olunurdu), Maarifçi Qriqorinin şərəfinə (30 sentyabr tarixində qeyd olunurdu). Bu səkkiz kilsə (dördü xaçvari düzülmüş, dördü isə onların arasında yerləşən) soğanvari günbəzlə tamamlanmaqla mərkəzdə yerləşən və Tanrı anasının şəfaətinə həsr edilmiş əsas doqquzuncu kilsənin ətrafında formalaşdırılmışdır.[44][45] Bu doqquz kilsə vahid girişə (ilkin planda açıq idi), qalereya və daxili keçidlərə malikdir.[46]

1588-ci ildə Vasili Blajenninin (1469–1552) qalıqlarının dəfn edildiyi kilsənin şimal-şərq hissəsində onuncu kilsə binası inşa edilmişdir.[47] Bu kiçik kilsənin adı gələcəkdə kilsəyə ikinci gündəlik adı bəxş etdi. Vasili Blajennı kilsəsinə birləşən İlk müqəddəs Tanrı anasının doğulması kilsəsində 1589-cu ildə İohann Moskovskiy dəfn edilmişdi (əvvəlcə kilsə Əbanın diz çökməsinə həsr edilsə də, 1680-ci ildə Tanrı anasının doğulmasına həsr edilmişdir. 1672-ci ildə məbəd ərazisində İohann Blajenninin qalıqları aşkarlanmış, 1916-cı ildə isə kilsə Moskva möcüzəgöstərəni İohann Blajenninin şərəfində adlandırılmışdır. 1670-ci illərdə çadırvari zəng qülləsi tikilmişdir.[48]

Günbəzlərin ümumi sayı cəmi 11-dir; onlardan doqquzu (taxtların sayına görə) məbədin üstündə yerləşir: Şəfaətli Məryəm Ana (mərkəzdə), Müqəddəs Üçlük (şərqdə), Rəbbin Yerusəlimə girişi (qərbdə), Maarifçi Qriqori (şimal-qərbdə), Aleksandr Svirski (cənub-şərqdə), Xutınlı Varlaam (cənub-qərbdə), Mərhəmətli İoann (keçm. müqəddəs Pavel, Aleksandr və Konstantinopollu İoannın şərəfinə) (şimal-şərq), Velikoretsli Möcüzəyaradan müqəddəs Nikolay (cənubda), Adrian və Nataliya (keçm. müqəddəs Kiprian və İustinanın şərəfinə) (şimal). Daha iki günbəz Vasili Blajennı kiçik kilsəsinin və zəng qülləsinin üstündə yerləşdirilmişdir.

Kafedral dəfələrlə bərpa edilmişdir. XVII əsrdə asimmetrik əlavə tikililər, artırmaların üstündə yeni çadırlar[43], soğanvari günbəzlərə mürəkkəb və maraqlı dekorativ emal ornamentləri (əvvəlcə onlar qızıldan idilər) əlavə edilmiş[49], binanın bayırdan və içəridən rəngləməsi həyata keçirilmişdir (əvvəlcə kafedral ağ rəngdə idi).[50]

Əsas, yəni Şəfaət kilsəsinə 1770-ci ildə Kremldə yerləşən Çerniqov möcüzə yaradanlarının sökülmüş kilsəsindən gözəl ikonostat köçürülmüşdür, Yerusəlimə Tanrının girişi kilsəsində isə bir zamanlar Aleksandrov kafedralını bəzəmiş başqa bir ikonostas yerləşir.[51] Kafedralın inqilabdan əvvəlki baş keşişi, protoiyerey İoann Vostorqov 23 avqust (5 sentyabr tarixində) 1918-ci il güllələnmişdi. Bunun nəticəsində kilsə "obnovlençeski" icmasının sərəncamına verilmişdi.

Memarlıq quruluşu

Kafedralın Qırmızı meydandan gündüz və gecə görünüşü

Podklet

Şəfaət kafedralında zirzəmi otaqları yoxdur. Kilsələr və qalereyalar bir neçə otaqdan ibarət olan vahid podklet fundamentində yerləşirlər. Podkletin möhkəm kərpic divarları (divarların qalınlığı 3 metrdən artıqdır) qübbələrlə örtülmüşdür. Otaqların hündürlüyü təxminən 6,5 metrdir. Şimal podkletinin konstruksiyası XVI əsr üçün olduqca unikaldır. Onun qutu formalı və böyük ölçülü qübbəsi dəstəkçi sütunlara malik deyil. Divarlar nəfəslik (rus. Продух) adlanan dar dəliklərlə yarılmışdır[52]. Kərpic kimi "nəfəs alan" tikinti materialı ilə birlikdə, onlar kilsə otaqlarında ilin istənilən mövsümündə xüsusi mikroiqlimini təmin edirlər[53][54].

Əvvəl podkletin otaqları prixoda mənsub olmayan adamlar üçün əlçatmaz idi. Buradakı dərin xəlvəti otaqlar bir zamanlar anbar kimi istifadə olunurdu. Onları qapılarla bağlayırdılar. Bu qapılardan indi yalnız ilmələr saxlanılmışdır. 1595-ci ilə qədər rahiblər podkletdə çar xəzinəsini gizlədirdilər. Həmçinin varlı şəhər sakinləri də bura öz əmlakını gətirirdilər. Podklet mərtəbəsinə yuxarıdakı mərkəzi Şəfaətli İsanın anası kilsəsindən divardaxili ağ daşdan tikilmiş nərdivan vasitəsilə düşürdülər. Onun haqqında yalnız xüsusi şəxslər məlumatlı olurdular. Daha sonra bu dar gediş kərpiclə hörülmüşdür. Ancaq, 1930-cu ilin restavrasiya işləri zamanı gizli nərdivan aşkar edilmişdir.

Podkletdə Şəfaət kafedralının ikonaları saxlanılır. Onlardan ən qədimi — XVI əsrin sonunda xüsusi olaraq Şəfaət kafedralı üçün hazırlanmış və müqəddəs Vasili Blajennıya ithaf olunmuş ikona sayılır. Həmçinin burada XVII əsrə aid edilən "Əlamətdar Məryəm" və "Müqəddəs Məryəmin şəfaəti" adlı iki ikona sərgilənir.[55] "Əlamətdar Məryəm" ikonası kilsənin şərq divarında yerləşdirilmiş başqa bir fasad ikonasının replikasıdır. İkona 1780-ci ildə çəkilmişdir. XVIII–XIX əsrlərdə ikona müqəddəs Vasili Blajennının şərəfinə inşa olunmuş kiçik kilsənin girişi üzərində idi.

Müqəddəs Vasili Blajennı kilsəsi

Sol tərəfdəki kiçik gümbəz Vasili Blajennının məzarını göstərir.

Müqəddəs Vasili Blajennı məzarının üzərində yerləşən aşağı kilsə, əsas kafedral binasına 1588-ci ildə əlavə edilmişdir. Divarda stilləşdirilmiş yazı çar Fyodor İohannın əmri üzrə müqəddəsin övliyalar sırasına keçirilməsindən sonra bu kilsənin tikintisindən bəhs edir. Kub formalı kilsə xaçvari qübbə ilə örtülmüş və kiçik makovkaya malik barabanla tamamlanmışdır. Kilsə örtüyü, kafedral kompleksinə daxil olan yuxarı kilsələrin soğanvari qüllələri ilə vahid stildə yerinə yetirilmişdir[56].


Vasili Blajennının məzarı (solda)
Vasili Blajennı kilsəsinin freskoları (sağda)

Vasili Blajennı kilsəsinin tavan təsvirləri

Yağlı boya ilə işlənmiş divar təsvirləri kilsənin inşasının başlamasının 350 illik yubileyi münasibətilə 1905-ci ildə çəkilmişdir. Gümbəzdə Xilaskar ata, barabanda ilk atalar, künclərdə Deisus (Edessa təsviri, Tanrı anası və Vəftizçi İohann), kənarlara isə yevangelistlər təsvir olunmuşdur. Qərb divarında "Müqəddəs İsanın anasının şəfaəti" adlı məbəd obrazı təqdim edilmişdir. Yuxarı (üst) yarusda çarlıq edən evin müqəddəs himayəçilərinin təsvirləri yerləşir: Fyodor Stratilat, Sələfi İoann, müqəddəs Anastasiya, İrinanın şəhidləri və digərləri. Şimal və cənub divarlarında müqəddəs Vasili Blajennının həyatından səhnələr yerləşdirilmişdir: "Dənizdə qurtuluşun möcüzəsi" və "kürk haqqında Möcüzə". Divarların alt yarusunu dəsmallar şəklində ənənəvi qədim rus ornamentləri bəzəyir[57].

İkonostas 1895-ci ildə memar A. M. Pavlinovun layihəsi üzrə yerinə yetirilmişdir. İkonalar məşhur Moskva ikona çəkəninin və bərpaçı Osip Çirikovanın rəhbərliyi altında yaradılmışdır; "Xilaskarın taxtdı" adlı ikonada müəlliflərin imzası saxlanılmışdır. İkonostas tərkibinə daha erkən ikonalar daxildir: "Smolensk Məryəm Anası" (XVI əsr) və yerli "Kreml və Qırmızı meydanın fonunda müqəddəs Vasili" obrazı (XVIII əsr). Müqəddəs Vasili Blajennı məzarının üzərində ornamentli talvarla bəzədilmiş tağ quraşdırılmışdır. Bu hörmət edilən Moskva ziyarətgahlarından biridir. Kilsənin cənub divarında metal üzərinə həkk edilmiş nadir böyük ölçülü "Vladimir Məryəm Anası Moskva dairəsinin seçilmiş müqəddəsləri ilə birlikdə" və "Bugün şərəfli Moskva qalası parlayır" (1904-cü il) adlı iki ikona quraşdırılmışdır. Kilsənin döşəməsi tölmə Kaslin-çuqun lövhələriylə örtülmüşdür[58].

Vasili Blajennı kilsəsi 1929-cu ildə bağlanmışdı. Yalnız XX əsrin sonunda onun dekorativ interyer tərtibatı bərpa edilmişdi. 15 avqust 1997-ci ildə, yəni Müqəddəs Vasili Blajennının xatirəsi anılan gündə, kilsədə bazar və bayram ibadətlərinin keçirilməsi rəsmən icazə verilmişdir.

Qalereyalar və artırmalar

Bütün kilsələrin ətrafında və kilsənin perimetri boyunca xarici dolama qalereya keçir. İlkin planda həmin qalereya açıq idi. XIX əsrin ortalarında şüşələnmiş qalereya kilsə interyerinin tərkib hissəsinə çevrilmişdir. Tağvari giriş oyuqları xarici qalereyadan kilsələrin arasındakı meydançalara aparır və onu daxili keçidlərlə birləşdirir. Mərkəzdə yerləşən Şəfaətli Məryəm Ana kilsəsini daxili dolama qalereya əhatə edir. Onun qübbələri kilsələrin yuxarı hissələrini gizlədir. XVII əsrin ikinci yarısında qalereya nəbati ornamentlərlə bəzədilmişdir. Daha sonralar kafedralda yağlı boya ilə işlənmiş mövzulu rəsm əsərləri yaradılmışdır; onlar üzərində dəfələrlə yenilənmə və yenidənqurma işləri aparılmışdır. Hal-hazırda qalereyanın divarlarını tempera rəngləməsi bəzəyir. Qalereyanın şərq hissəsində XIX əsrə aid edilən yağ boya ilə işlənmiş rəsm əsərləri — yəni bitki ornamentlərinin fonunda müqəddəslərin təsvirləri dövrümüzə çatmışdır[59].

Mərkəzi kilsəyə aparan naxışlı kərpic girişləri dekoru orqanik şəkildə tamamlayır. Portal öz ilkin görünüşündə saxlanmışdır, burada sonrakı əlavələr nəzərə çarpmır, bu da onun orijinal tərtibatını görməyə imkan yaradır. Qabarıq detallar xüsusi olaraq qəliblənmiş lekal kərpiclərdən döşənmişdir, dayaz dekorlar isə yivli və oyma naxışlarla yerinə yetirilmişdir[60].

Əvvəllər gün işığı seyrəngahda (yəni gəzinti yerində) keçidlər üzərində yerləşdirilmiş pəncərələrdən qalereyaya daxil olurdu. Hal-hazırda kilsənin interyerini XVII əsrə aid edilən və daha əvvəllər xaç gedişləri zamanı istifadə olunan mika fənərləri işıqlandırır. Portativ fənərlərin çoxbaşlı taclamaları kilsənin nəfis siluetini xatırladır[61].

Qalereyanın döşəməsi kərpic materialından "küknarvari" üslubda döşənmişdir. Burada XVI əsrə aid edilən kərpiclər saxlanılmışdır; daha tünd rəngdə olmalarına baxmayaraq, bu kərpiclər müasir bərpa versiyalarından daha möhkəm və ovulmaya qarşı çox dayanıqlıdırlar. Qalereyanın qərb sahəsindəki günbəz əlavə olaraq yastı kərpic tavanla örtülmüşdür. O, XVI əsrdə tavan örtülməsi üçün istifadə olunmuş unikal mühəndislik seçimini nümayiş etdirir: bir çox kiçik kərpic "kesson" (kvadrat) formasında əhəngli məhlulla bərkidilmiş, tavanı bəzəyən tillər isə fiqurlu kərpicin köməyi ilə yerinə yetirilmişdir. Bu sahədə döşəmə "rozetta" formasında olan xüsusi naxışla döşənmişdir, divarlarda isə kərpic hörməsini təqlid edən ilkin rəngləmə yenidən yaradılmışdır. Çəkilmiş kərpiclərin ölçüsü reala uyğundur[62].

İki qalereya kafedralın kiçik kilsələrini vahid ansambl formasında birləşdirir. Dar daxili keçidlər və geniş meydançalar insanda "kilsələr şəhəri" təəssüratını yaradır. Daxili qalereyanın labirintini keçdikdən sonra, kilsənin artırmalarının meydançasına düşmək olar[63]. Onların günbəzləri "çiçəkli xalçaları" xatırladır, xəlvəti və qəliz hörgülər isə ziyarətçilərin baxışlarını özünə cəlb edir. Yerusəlimə Rəbbin girişi kilsəsinin qarşısındakı sağ artırmanın yuxarı meydançasında bir zamanlar giriş hissəni bəzəmiş sütunların və ya sütun əsaslarının qalıqları qorunub saxlanılmışdır. Bu kafedral ithaflarının mürəkkəb ideoloji proqramında kilsənin xüsusi rolu ilə bağlıdır.

Aleksandr Svirski kilsəsi

Aleksandr Svirski kilsəsinin gümbəz altı görünüşü

Cənub-şərqdə yerləşən kilsə müqəddəs Aleksandr Svirski şərəfinə həsr edilmişdir. 1552-ci ildə, Aleksandr Svirskinin xatirə günü (30 avqust) Qazan yürüşünün ən mühüm döyüşlərindən biri — Arski düzündə şahzadə Yapançinin süvarilərinin dəf edilməsi baş vermişdi[64].

Məbəd hündürlüyü 15 metrə yaxın olan dörd kiçik kilsədən birisidir. Onun əsası sayılan dördlük (rus. Четверик) — alçaq səkkizliyə keçir və silindrik baraban və gözəl qübbə ilə tamamlanır. Kilsə interyerinin ilkin siması 1920-ci ildə, eləcə də 1979–1980-ci illərdə həyata keçirilmiş bərpa işləri zamanı konservasiya olunmuşdur: "küknarvari" şəkildə döşənmiş döşəmə, profillənmiş karnizlər, pəncərələrin pilləli pəncərə altıları bərpa obyektlərinin sırasına daxil idi. Kilsənin divarlarını kərpic hörməsini təqlid edən rəsm əsərləri bəzəyir. Günbəzdə "kərpic" spiralı təsvir edilmişdir — bu, bir çox xristian xalqlarının mədəniyyətində əbədiliyin simvolu hesab olunur[65].

Kilsənin ikonostası bərpa edilmişdir. Taxta tirlərin (tyabların) arasında bir-birinə çox sıx şəkildə XVI–XVIII əsrin əvvəlinə aid edilən ikonalar yerləşdirilmişdir. İkonostasın aşağı hissəsini qadın ustalar tərəfindən məharətlə tikilmiş naxışlı asma örtüklər bəzəyir. Məxmər örtüklərdə Qolqof xaçının ənənəvi təsviri yerləşir[66].

Xutınlı Varlaam kilsəsi

Xutınlı Varlaam kilsəsində çar qapısı

Cənub-qərb kilsəsi Müqəddəs Xutınlı Varlaam həsr edilmişdir, çünki, çarın atası III Vasili ölüm qabağı bu müqəddəsin adını götürmüş[67], həmçinin bu müqəddəsin doğum günü olan 6 noyabr çarın Qazan yürüşündən Moskvaya qayıtması ilə üst-üstə düşmüşdür[68].

Bu kilsə, hündürlüyü 15,2 metrə bərabər olan və kafedral kompleksinə daxil olan dörd kiçik kilsədən birisidir. Onun əsası şimaldan cənuba apsidanın yerdəyişilməsiylə cənuba uzadılmış dördlük formasına malikdir. Kilsənin qurulması zamanı bu cür simmetriyanın pozulması, Şəfaətli Məryəm Anaya ithaf olunmuş mərkəzi və kiçik kilsənin arasında keçid qurğusunun ehtiyacıyla həyata keçirilmişdir. Dördlük burada alçaq səkkizliyə keçir. Silindrik işıq barabanı günbəzlə örtülmüşdür. Kilsənin interyerini XV əsrə aid edilən qədim çılçıraq işıqlandırır. Daha yüz il sonra, mahir rus sənətkarları ikibaşlı qartal formasına malik və Nürnberqdə istehsal olunan başqa bir çılçırağı da kilsənin interyerinə əlavə etmişdilər[69].

Tyablolu ikonostas 1920-ci ildə bərpa edilmişdir və XVI–XVIII əsrlərə aid edilən ikonalardan ibarətdir. Kilsə memarlığının əsas xüsusiyyəti, apsidanın yanlış formada yerləşməsidir — məhz bu faktor, Çar darvazasının sağ tərəfə yerdəyişməsinə səbəb olmuşdur. Ayrıca olaraq divardan asılmış "Dyaçok Tarasiyanın xəyalları" (ru) adlı ikona xüsusi maraq kəsb edir. O, XVI əsrin sonunda Novqorod şəhərində hazırlanmışdır. İkonanın əsas süjeti, Xutınlı dyaçokun Novqorod şəhərinə təhlükə yaradacaq müxtəlif fəlakətlərdən — daşqın, yanğın və qırğın barədə səsləndirdiyi öncəgörmələrindən bəhs edir. İkonaçəkən topoqrafiya dəqiqliyi ilə şəhərin mənzərəsini təsvir etmişdir. Qədim Novqorod sakinlərinin gündəlik həyatından bəhs edən balıq ovu, şumlama, eləcə də əkin və səpin səhnələri orqanik şəkildə ikona kompozisiyasına daxil edilmişdir[70][71].

Rəbbin Yerusəlimə girişi kilsəsi

Rəbbin Yerusəlimə girişi kilsəsində çar qapısı

Qərbdə yerləşən kilsə Rəbbin Yerusəlimə girişi bayramının şərəfinə təqdis edilmişdir. Dörd böyük kilsədən biri olan bu kilsə, iki yaruslu, səkkizguşəli nişlərlə əhatə olunmuş dirək formasındadır. Kilsə özünün böyük ölçüləri və dekorativ tərtibatın təntənəli xarakteri ilə fərqlənir[72].

Bərpa işləri zamanı XVI əsrə aid edilən memarlıq bəzəklərinin fraqmentləri aşkar edilmişdir. Onların orijinal görünüşü konservasiya olunmuş, zədələnmiş detallar isə məqsədli şəkildə bərpa edilməmişdir. Kilsədə qədim rəsm əsərləri aşkar edilməmişdir. Divarların ağlığı böyük yaradıcılıq fantaziyasına malik memarlar tərəfindən yerinə yetirilmiş memarlıq detallarını daha da çox vurğulayır. Şimal girişinin üstündə 1917-ci ilin oktyabr ayında divara düşmüş mərminin izi saxlanılmışdır[73].

Hal-hazırda mövcud olan ikonostas buradakı kilsəyə 1770-ci ilə, Moskva Kremlindəki müqəddəs Aleksandr Nevski kafedralının ayırd edilməsindən (yəni faktiki olaraq sökülməsindən) sonra daşınmışdır. Dörd yaruslu konstruksiyaya yüngüllük verən ikonostas bəzəkli və incə qalaylı qızıl suyuna salınmış qoyulmalarla bəzədilmişdir. XIX əsrin ortalarında ikonostasa oyma taxta detallar əlavə edilmişdir. Alt sıranın ikonaları Dünyanın yaranmasından bəhs edir.

Rəbbin Yerusəlimə girişi kilsəsində Şəfaət kafedralının ən mühüm relikviyası, yəni XVII əsrə aid edilən "Müqəddəs Aleksandr Nevski həyatda" ikonası saxlanılır. Həmçinin ikonoqrafiya üçün unikal olan bu obraz, Aleksandr Nevski kafedralından vaqe olunduğu ehtimal olunur. İkonanın mərkəzində vəfalı knyaz təsvir olunumuşdur, onun ətrafında isə müqəddəslərinn həyatından, eləcə də möcüzə və tarixi hadisələrdən bəhs edən 33 damğa yerləşdirilmişdir (Neva döyüşü, Xan çadırına knyazın səfəri, Kulikovo döyüşü və s.)[74].

Maarifçi Qriqori kilsəsi

Kafedralın şimal-qərbində yerləşən kilsə Böyük Ermənistanın maarifçisi olmuş müqəddəs Qriqorinin (335-ci ildə vəfat edib) şərəfinə təqdis edilmişdir. O, çarı və bütün ölkəni xristianlığında yönəltmiş və Ermənistanın baş keşişi seçilmişdir. Onun xatirəsi 30 sentyabr tarixində qeyd edilir (yeni hesablamada 13 oktyabrda). Məhz həmin gün, 1552-ci ildə çar İvan Qroznının Qazan xanlığına qarşı həyata keçirdiyi hərbi yürüşün vacib hadisəsi, yəni Qazan şəhərində yerləşən Arsk qülləsinin partlayışı baş vermişdir[75].

Kafedralın kiçik kilsələrindən biri (hündürlüyü 15 m) olan bu kilsə səkkizbucaqlıya keçən dördbucaqlı formasındadır. Onun fundamenti, apsidanın yerdəyişməsi ilə şimaldan cənub istiqamətinə uzadılıbdır. Simmetriyanın pozulması bu kilsə ilə mərkəzi Məryəm Ana kilsəsi arasında keçid təşkil etmək ehtiyacıyla həyata keçirilmişdir. İşıqsaçan baraban zərif qübbə ilə örtülmüşdür.

Kilsədə XVI əsrin memarlıq tərtibatı bərpa edilmişdir: qədim pəncərələr, yarım sütunlar, karnizlər, "küknar" üslubunda yığılmış kərpic döşəmə və s. Memarlıq detallarının gözəlliyini və ciddiliyini daha da vurğulamaq məqsədilə, xarici və daxili divarlar XVII əsrdə olduğu kimi ağardılmışdır. Tyablalı (tyabla — kiçik ikonaların bərkidilməsi üçün istifadə olunan qazıqlı taxta tirlərdir) ikonostas 1920-ci ildə bərpa edilmişdir. O, XVI–XVII əsrlərə aid edilən pəncərələrdən ibarətdir. Daxili sahənin simmetriyasının pozulmasına görə, çar darvazaları sol istiqamətdə yerini dəyişmişdir. İkonostasın yerli sırasında İsgəndəriyyəli patriarx müqəddəs Mərhəmətli İohannın obrazı yerləşir. Onun meydana gəlməsinin əsas səbəbi, zəngin əmanətçi İvan Kislinskinin özünün səmavi himayəçisinin şərəfinə bu kiçik kilsəni təkrar müqəddəsləşdirmək arzusu ilə bağlıdır (1788-ci ildə). 1920-ci ildə kilsəyə onun keçmiş adını geri qaytarmışlar[76].

İkonostasın aşağı hissəsini Qolqof xaçlarının təsviri ilə ipək və məxmər örtüklər bağlayır. Kilsənin interyerini "arıq şamlar" adlandırılan, yəni qədim formalı böyük taxta naxışlı şamdanlar tamamlayır. İncə şamların yerləşdirilməsi üçün, həmin şamdanların yuxarı hissəsinə metal saplaqlar quraşdırılmışdır. Vitrində XVII əsrə aid edilən keşiş geyimlərinin (ibadət libasının) müxtəlif predmetləri, qızılı saplarla tikilmiş xirqə və keşiş cübbəsi nümayiş olunur. XIX əsrdə hazırlanmış və müxtəlif rəngli minayla bəzənmiş çılçıraq kilsənin interyerinə xüsusi gözəllik verirr[77].

Kiprian və İustina kilsəsi

Kiprian və İustina kilsəsinin gümbəz altı görünüşü

Kafedralın şimal kilsəsi rus məbədləri üçün qeyri-adi ithafa malikdir; o, IV-də əsrdə yaşamış xristian məzlumları Kiprian və İustinanın naminə təqdis edilmişdir. Onların xatirəsi 2 oktyabrda (köhnə tarix hesabı ilə 15 oktyabrda) qeyd edilir. 1552-ci ilin məhz həmin günündə çar IV İvanın ordusu hücumla Qazan şəhərini ələ keçirdilər[78].

Bu kilsə, Şəfaət kafedralının dörd böyük kilsəsindən biridir. Onun hündürlüyü — 20,9 metrdir. Yüksək səkkizguşəli sütun işıqsaçan barabanla və üzərində "Yanmaz Kupina" Məryəm Anasının təsviri olan günbəzlə tamamlanmışdır. 1780-ci illərdə kilsədə yağlı boya ilə divar rəsmləri işlənmişdir. Divarlarda müqəddəslərin həyatından olan səhnələr təsvir edilmişdir: alt yarusda — Adrian və Natalya, yuxarıda isə Kiprian və İustina. Onları çoxfiqurlu kompozisiyalar, eləcə də İncilƏhdi-Ətiqdən olan ibrətli hekayələr mövzusunda süjetlər tamamlayır[79].

IV əsr şəhidləri Adrian və Natalinin təsvirlərinin yaradılması 1786-cı ildə kilsəinin adının dəyişdirilməsi ilə əlaqəlidir. Zəngin əmanətçi Nataliya Mixaylovna Xruşşova təmir-bərpa işləri üçün külli miqdarda vəsait bağışlayaraq, onun səmavi himayəçilərinin şərəfinə kilsəni müqəddəsləşdirməyi xahiş edir. Elə həmin dövrdə klassisizm üslubunda qızıl suyuna salınmış ikonostas hazırlanmışdır. O, özündə mahir ağac oymasının çox gözəl nümunəsini nümayiş etdirir. İkonostasın aşağı sırasında Dünyanın yaranmasının (birinci və dördüncü gün) səhnələri təsvir edilmişdir[80].

1920-ci illərdə kilsədə elmi muzey fəaliyyət göstərməyə başlamış və məhz həmin zaman binaya onun ilkin adı qaytarılmışdır. Son dövrlərdə kilsə ziyarətçilər üçün yenilənmiş vəziyyətdə açılmışdır: 2007-ci ildə divarların rəsm əsərləri və ikonostas "Rusiya dəmir yolları" Səhmdar Cəmiyyətinin xeyriyyə dəstəyi ilə bərpa edilmişdir[81].

Velikoretsli Möcüzəyaradan Müqəddəs Nikolay kilsəsi

Velikoretsli Möcüzəyaradan Müqəddəs Nikolay kilsəsinin gümbəz altı görünüşü

Cənub kilsəsi Velikoretsli Möcüzəyaradanın Nikolayının obrazı şərəfinə həsr edilmişdir. Müqəddəsin ikonası "Xlınov na Velikoy" (yəni Velikaya çayı üzərində Xlınov) şəhərində əldə edilmiş və nəticədə "Velikoretski Nikola" adını əldə etmişdir.

1555-ci ildə çar İvan Qroznının əmri ilə möcüzəli ikona Vyatka çayı boyunca xaç gedişiylə paytaxt Moskvaya gətirilmişdir. Böyük mənəvi əhəmiyyətə malik hadisə, Şəfaət kafedralının nəzdində inşa edilən kiçik kilsələrdən birinin ithafını müəyyən etmişdi. Bu kilsə, kafedralın ən böyük kilsələrindən biri hesab olunur; belə ki, onun iki yaruslu və səkkizguşəli sütunu üzərində işıqsaçan baraban və qübbə yerləşir. Onun hündürlüyü — 28 metrdir[82].

1737-ci ildə baş vermiş yanğın zamanı kilsənin qədim interyerinə güclü zərər dəymişdir. XVIII əsrin ikinci yarısı — XIX əsrin başlanğıcında kompleksdə dekorativ və təsviri incəsənətin vahid kompozisiyası yaranır: tam rütbəli ikonaların yerləşdiyi oyma ikonostas, eləcə də divarların və qübbənin monumental süjet rəngləməsi bu dövrə aiddir. Səkkizliyin alt yarusunda obrazın Moskvaya gətirilməsindən bəhs edən Nikonovski salnaməsindən mətnlər və illüstrasiyalar təqdim edilmişdir. Üst yarusda peyğəmbərlərin əhatəsində taxtda əyləşmiş Məryəm təsvir edilmiş, ondan yuxarıda — həvarilər, qübbədə isə Qüdrətli Xilaskarının obrazı yerləşmişdir[83].

İkonostas qızıl suyuna salma və yapma çiçək dekoru ilə zəngin bəzədilmişdir. Dar profillənmiş çərçivələrdə yağlı boya ilə işlənmiş ikonalar yerləşir. Yerli sırada XVIII əsrə aid edilən "Möcüzəyaradan müqəddəs Nikolay həyatda" adlı obraz yerləşdirilmişdir. Alt yarus zərxara parçanı təqlid edən levkas üzrə oyma naxışlarla bəzənmişdir.

Kilsə interyerini müqəddəs Nikolayın təsviri və iki portativ ikitərəfli ikona tamamlayır. Keşişlər bayram günləri onlarla kilsənin ətrafında xaç gedişlərini həyata keçirirdilər. XVIII əsrin sonunda kilsənin döşəməsi ağ daşdan olan lövhələrlə örtülmüşdür. Bərpa işləri zamanı döşəmənin ilkin örtüyü hesab olunan bülöv daşlarının fraqmentləri aşkar edilmişdir. Kilsənin hazırkı taxta döşəməsi kafedral üçün unikal tərtibat seçimidir. 2005–2006-cı illərdə ikonostas və kilsənin monumental rəsm əsərləri Moskva beynəlxalq valyuta birjasının birbaşa maliyyə yardımı ilə bərpa edilmişdir[74].

Müqəddəs Üçlük kilsəsi

Şərq kilsəsi Müqəddəs Üçlük şərəfinə həsr edilmişdir. Şəfaət kafedralının qədim Üçlük kilsəsinin bir zamanlar yerləşdiyi ərazidə inşa olunduğu güman olunur. Məhz bu səbəbdən də hazırkı kafedralın adını tez-tez onunla identikləşdirirlər. Kafedralın dörd böyük kilsələrindən biri olan bu kilsə, iki yaruslu və səkkizgüşəli formada olmaqla, işıqsaçan baraban və qübbə ilə tamamlanır. Onun hündürlüyü 21 metrdir. 1920-ci ildə aparılan restavrasiya işləri zamanı bu kilsədə qədim memarlıq-dekorativ tərtibat işləmələri ən dolğun şəkildə həyata keçirilmişdir: səkkizliyin aşağı hissəsinin qövs-girişlərini çərçivəyə salan yarım sütunlar və pilyastrlar, eləcə də dekorativ qayışlı kiçik tağlar bərpa olunmuşdur. Günbəzin yuxarı hissəsində əbədiliyin simvolu hesab olunan kiçik həcmli spiral təsvir olunmuşdur. Divarların və günbəzin ağardılmış hamarıyla həmahəng olan pilləli pəncərə altıları Üçlük kilsəsini xüsusilə işıqlı və təntənəli edir. İşıqsaçan barabanların aşağısındakı divarlarda qolosniki adlandırılan və səsin gücləndirilməsi üçün nəzərdə tutulan gil qablar (rezonatorlar) quraşdırılmışdır. Kilsənin interyerini rus ustaları tərəfindən XVI əsrdə hazırlanmış ən qədim panikadilo (çılçıraq) işıqlandırır[84].

Bərpa tədqiqatları əsasında ikonostasın ilkin və orijinal "tyablalı" (Tyabla — ikonaların bir-birinə çox sıx və möhkəm şəkildə bərkidilməsi üçün istifadə olunan qazıqlı taxta tirdir) forması yenidən restavrasiya edilmişdir. Aşağı çar darvazalarının qeyri-adi forması və üç kanonik rütbəni formalaşdıran üçcərgəli ikonalar (peyğəmbər, Deisus və bayram üçün istifadə olunan) ikonostasın başlıca xüsusiyyətidir. Kilsə ikonostasının yerli sırasında yerləşən və XVI əsrin ikinci yarısına aid edilən "Əhdi-Ətiq Üçlüyü", ən qədim və əziz tutulan ikonalarından biri hesab olunur[85].

Üç Patriarx kilsəsi

Kafedralın şimal-şərqində yerləşən kilsə üç Konstantinopol patriarxının — müqəddəs Pavel, Aleksandr və İohannın şərəfinə təqdis edilmişdir. 1552-ci ildə, yəni Patriarxların xatirə günündə (30 avqustda), Qazan yürüşünün çox vacib hadisəsi baş verir: çar İvan Qroznının ordusu, Krımdan Qazan xanlığına yardım üçün yollanmış tatar şahzadəsi Yapançinin atlı qoşununu tamamilə məhv edir. Bu kilsə, hündürlüyü təxminən 14,9 metr olan kafedralın dörd kiçik kilsələrindən biridir. Dördlüyün divarları rəvan şəkildə alçaq səkkizliyə və silindrik işıqsaçan barabana keçir. Kilsə özünün geniş günbəz və orijinal örtülmə sistemi ilə maraqlıdır; burada "Tayı-bərabəri olmayan Xilaskar" kompozisiyası yerləşdirilmişdir[86].

Divarın səthindəki yağlı boyalı rəsm əsərləri XIX əsrin ortasında yerinə yetirilmişdir və öz süjetlərində kilsənin o dövrdə həyata keçirilmiş ad dəyişikliyini əks etdirir. Maarifçi Qriqori taxtının baş kilsəyə daşınmasıyla əlaqədar, o, Böyük Ermənistanın ən mühüm müqəddəsinin şərəfinə təkrar olaraq təqdis edilmişdir. Divar rəngləmələrinin birinci yarusu müqəddəs Maarifçi Qriqorinin həyatına həsr olunmuşdur, ikinci yarusda isə, Tayı-bərabəri olmayanın Xilaskarın həyat tarixçəsi, onun Kiçik Asiya çarı Avqarın yanına, yəni Edessa şəhərinə gətirilməsi və həmçinin Konstantinopol Patriarxlarının həyatından olan müxtəlif səhnələr təsvir edilmişdir[87].

Beş yaruslu ikonostas həm klassik, həm də yeni barokko elementlərini özündə uyğunlaşdırır. Bu, kafedralın XIX əsrə aid edilən yeganə altar maneəsidir. O, xüsusi olaraq məhz bu kilsə üçün hazırlanmışdır.

1920-ci illərdə kafedralda elmi muzey fəaliyyət göstərirdi və məhz həmin zaman kilsəyə onun ilkin adı geri qaytarılmışdır. Rus messenatlarının ənənələrini davam edən Moskva Beynəlxalq Valyuta Birjasının rəhbərliyi, 2007-ci ildə kilsə interyerinin bərpa edilməsinə yardımçı olmuşdur. Beləliklə, uzun illərdən sonra ziyarətçilər ilk dəfə olaraq kafedral kompleksinin ən maraqlı kilsələrindən birini görə bilmişdilər[88].

Şəfaətli Məryəm Ana kilsəsi

Şəfaətli Məryəm Ana kilsəsinin ikonastası

Kafedralın mərkəzi kilsəsi Şəfaətli Məryəm Ana şərəfinə təqdis olunmuşdur[89]. 14 oktyabrda pravoslav xristianlar X əsrin ortalarında Müqəddəs Andrey və onun tələbəsi Epifaniyaya Şəfaət verən Tanrı anasının görünməsini qeyd edirlər. Həmin hadisə Bizans imperatoru Müdrik Levin hakimiyyəti dövründə Konstantinopol şəhərində baş vermişdir. Bu Bizans üçün olduqça çətin dövrlər idi. İslam dininə itaət edən sarasinlər daim imperiyanı mümkün hücumla hədələyirdilər. Heç bir yerdən kömək gözləməyən yunanlar bir yerdə toplaşaraq, Vlaxern məbədində dua etməyə başlayırlar. 1552-ci ildə, məhz Şəfaətli Məryəm Ana bayramı günündə (1 oktyabr) Qazan xanlığının paytaxtı fəth olunmuşdur. Kilsənin hündürlüyü 47,50 metrdir. Məhz bu kilsəyə görə, Şəfaət kafedralı XVI əsrin sonuna kimi Moskvanın ən hündür tikilisi idi. İki yaruslu səkkizlik və onun üzərində yerləşən dördlük hündür çadırvari qübbə ilə örtülmüşdür[90].

Portalların memarlıq tərtibatı özünün böyük müxtəlifliyi və orijinallığı ilə fərqlənir; onlar muncuq şəklində olan kərpic dekoru, eləcə də kiçik rozetta, pulcuq və romblarla zəngin bəzənmişdir. Çadırın altında və pəncərə oyuqlarının aşağı hissəsində XVI əsrə aid edilən qədim freska yazılarının fraqmentləri aşkar edilmiş və bərpa olunmuşdur. Freska yazıları uzun illər yağlı boya ilə işlənilmiş rəsm əsərlərinin altında gizlədilmişdir. Yalnız 1950-ci illərin sonlarında aparılan restavrasiya işləri zamanı, bütün yazılar yağ qatından təmizlənmişdir. Salnamə kilsə tikintisinin sonunun dəqiq tarixini özündə saxlayır — 29 iyun 1561-ci il.

Zəng qülləsi

Alt yarusda yerləşən hərflərin hündürlüyü 98 sm, yuxarı qatda yerləşən hərflərin hündürlüyü isə 56 sm-dir. Hal-hazırda mövcud olan ikonostas barokko üslubunda hazırlanmışdır. İkonalarla birlikdə o, 1770-ci ildə Moskva Kremlində bir zamanlar yerləşmiş və sonralar sökülmüş Çerniqov kilsəsindən buraya köçürülmüşdür. İkonostası burulmuş sütunlar, qızıl suyuna salınmış karnizlər, kokoşniklər və incə qalaylı qoyulmalar bəzəyir[91].

Zəng qülləsi

Şəfaət kafedralının müasir zəng qülləsi daha qədim zəng qülləsinin yerində tikilmişdir. XVII əsrin ikinci yarısına köhnə zəng qülləsi köhnələrək artıq yararsız vəziyyətə düşür. 1680-ci ildə köhnə zəng qülləsi yeni tikili ilə əvəz olundu. Hazırkı zəng qülləsinin fundamenti massiv və hündür dördlük formasındadır, onun üzərində isə açıq meydançalı səkkizlik quraşdırılmışdır. Tağlı aşırımlarla birləşdirilmiş meydança səkkiz sütunla hasarlanmış və hündür çadırvari və səkkizguşəli qübbə ilə tamamlanmışdır. Çadırın tilləri müxtəlif rəngli (ağ, sarı, göy və qəhvəyi) kaşı plitkalarla bəzədilmişdir. Onun hədləri fiqurlu yaşıl kirəmitlə örtülmüşdür. Çadır qübbəsini kiçik soğanaqlı başlıq və səkkizguşəli xaç tamamlayır. Çadırda "eşitmə" adlandırılmış və zəng səsinin gücləndirilməsi üçün nəzərdə tutulmuş kiçik pəncərələr yerləşir. Açıq meydançanın daxilində və qalın taxta tirlərin arka oyuqlarında XVII–XIX əsrlərin görkəmli rus ustaları tərəfindən yaradılmış kilsə zəngləri asılıbdır. 1990-cı ildə, uzun sükut dövründən sonra, onlardan yenidən istifadə olunmağa başlanılmışdır[92].

Ədəbiyyat

  • Гиляровская Н. Храм Василия Блаженного на Красной площади в Москве: Памятник русской архитектуры ХVI—ХVII века. Массовая библиотека. Искусство, город Москва и Ленинград. 1943. səh. 12, [8]. (обл.)
  • Волков А. М. Зодчие: Роман. Послесловие: доктор исторических наук А. А. Зимин; Рисунки И. Година (Библиотечная серия) (100 000). Детская литература, Переизд, Москва. 1986. səh. 384. (1-е издание — 1954)
  • Либсон В. Я., Домшлак М. И., Аренкова Ю. И. и др. "Памятники архитектуры Москвы" (25000). Кремль. Китай-город. Центральные площади - Искусство. 1983: 398-403/страниц=504.
  • Аверьянов К. Главный храм Москвы // Наука в России. 2011. № 4. С. 88 – 95.
  • Лука Евдокимович Белянкин. Историческія записки и свѣдѣнія о Покровскомъ и святаго Василія Блаженнаго соборѣ. Тип. В. Кирилова, 1847.
  • Batalov, Andrey. "O datirovke tserkvi useknovenia glavy Ioanna Predtechi v Dyakovo (О датировке церкви усекновения главы Иоанна Предтечи в Дьякове" (PDF). Materialy i issledovania. Muzei Moskovskogo Kremlya (Материалы и исследования. Музеи Московского Кремля) (Russian). XI. 1998. 2011-07-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  • Brumfield, William Craft. Landmarks of Russian Architecture: A Photographic Survey. Routledge. 1997. ISBN 978-90-5699-537-9.
  • Brunov, N. I. Hram Vasilia Blazhennogo v Moskve (Храм Василия Блаженного в Москве. Покровский собор) (Russian). Iskusstvo. 1988.
  • Buseva-Davydova, I. L. Kultura i iskusstvo v epohy peremen (Культура и искусство в эпоху перемен) (Russian). Indrik. 2008. ISBN 978-5-85759-439-1.
  • Bushkovitch, Paul. Peter the Great: the struggle for power, 1671-1725. Cambridge University Press. 2001. ISBN 978-0-521-80585-8.
  • Colton, Timothy J. Moscow: Governing the Socialist Metropolis. Harvard University. 1998. ISBN 978-0-674-58749-6.
  • Cracraft, James; Rowland,, Daniel Bruce. Architectures of Russian Identity: 1500 to the Present. Cornell University Press. 2003. ISBN 978-0-8014-8828-3.
  • Komech, Alexei I.; Pluzhnikov, V. I., redaktorlar Pamyatniku arhitektury Moskvy. Kremlin, Kitai Gorod, tsentralnye ploschadi (Памятники архитектуры Москвы. Кремль, Китай-город, центральные площади) (Russian). Iskusstvo. 1982.
  • Kudryavtsev, Mikhail. Moskva — trety Rim (Москва — третий Рим) (Russian). Troitsa. 2008. OCLC 291098358. (second edition; first edition: 1991)
  • Moffett, Marian; Fazio, Michael; Wodehouse, Lawrence. A world history of architecture. Boston: McGraw-Hill. 2003. ISBN 978-0-07-141751-8.
  • Perrier, Maureen. The Image of Ivan the Terrible in Russian Folklore. Cambridge University Press. 2002. ISBN 978-0-521-89100-4.
  • Petreius, Peter. History of the Great Duchy of Moscow (История о великом княжестве Московском) (Russian). Rita Print, Moscow. 1997. ISBN 5-89486-001-6. (Original book written in 1615 and printed in Leipzig, in German language, in 1620; translated to Russian in 1847 by Mikhail Shemyakin).
  • Shchenkov, Alexei S.; Andrej Leonidovic, Batalov, redaktorlar Pamyatniki arhitektury v dorevolutsionnoy Rossii (Памятники архитектуры в дореволюционной России) (Russian). Moscow: Terra. 2002. ISBN 5-275-00664-0.
  • Schmidt, Albert J. The architecture and planning of classical Moscow: a cultural history. DIANE Publishing. 1989. ISBN 978-0-87169-181-1.
  • Shvidkovsky, D. S. Russian architecture and the West. Yale University Press. 2007. ISBN 978-0-300-10912-2.
  • Watkin, David. History of Western architecture. Laurence King Publishing. 2005. ISBN 978-1-85669-459-9.

İstinadlar

  1. Popova, Natalia. "St. Basil's: No Need to Invent Mysteries". Moscow, Russia: Ria Novosti. 12 July 2011. 12 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2015.
  2. http://www.saintbasil.ru/en/expo.html.
  3. "Cathedral of the Protection of Most Holy Theotokos on the Moat". Moscow Patriarchy. 12 July 2011. 18 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2015.
  4. Brunov, p. 39
  5. Brunov, p. 27
  6. Kudryavtsev, p. 11
  7. Komech, Pluzhnikov p. 402
  8. Shvidkovsky 2007, p. 126
  9. Shvidkovsky 2007, p. 140
  10. "Pokrovsky Cathedral (in Russian)" (Russian). State Historical Museum, official site. 2010-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2015.
  11. "Kremlin and Red Square, Moscow (WHS card)". UNESCO. 22 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2009.
  12. "St. Basil's Cahtedral". about.com guide. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2015.
  13. "Памятник Минину и Пожарскому". 2005-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2005-05-06.
  14. La première mention authentique de la construction de l'édifice date de l'automne 1554. Il est dit qu'en premier lieu se trouvait une cathédrale en bois. Cette cathédrale n'est restée qu'à peine plus de six mois avant d'être démontée en 1555 pour laisser place à la construction de la cathédrale en pierre que nous connaissons aujourd'hui. Émission culturelle russe présentant le documentaire Развенчание легенды (ru) Arxivləşdirilib 2015-10-04 at the Wayback Machine
  15. Kudryavtsev, p. 72
  16. Shvidkovsky 2007, p. 139
  17. Brumfield, p. 94
  18. Komech, Pluzhnikov p. 399
  19. "List of federally protected landmarks". Ministry of Culture. 1 June 2009. 27 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2015.
  20. James Stuart Bell; Jeanette Gardner Littleton. A Cup Of Comfort For Devotional for Mothers. Adam's media. 2007. səh. 253.
  21. Olsen, Brad. Sacred Places Europe: 108 Destinations. CCC publishing. səh. 155.
  22. Perrier, pp. 96–97
  23. Watkin, p. 103
  24. Abidələrin federal qeydiyyatı siyahısında qeyd eidlir ki, Postnik Yakovlev və İvan Şiryay Kazan Kremlinin (1555–1568) memarıdırlar.
  25. Чаев. О русском старинном церковном зодчестве//Древняя и Новая Россия, 1875. № 6. Сс. 142–144.
  26. Buseva-Davudova, p. 29
  27. Brunov, supplementary volume, p. 121
  28. Brunov, supplementary volume, p. 123
  29. Komech, Pluzhnikov p. 403
  30. "«Семисотлетие Москвы, или Указатель источников к её топографии и истории за семь веков»". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-02.
  31. Schenkov et al., p. 72
  32. Памятники архитектуры, 1983
  33. Schenkov et al., p. 70
  34. Зодчие Москвы времени эклектики, модерна и неоклассицизма (1830-е — 1917 годы): илл. биогр. словарь / Гос. науч.-исслед. музей архитектуры им. А. В. Щусева и др. М.: КРАБиК. 1998. səh. 102/320. ISBN 5-900395-17-0.
  35. Colton, p. 111
  36. "San basilio ritornò nella lista dei monumenti di stato a metà degli anni Trenta del Novecento" — Colton, p. 269.
  37. Colton, p. 220
  38. Akinsha et al., p. 121
  39. Colton, p. 269
  40. Pokrovsky sobor (Покровский собор). Soviet Academy of Architecture. 1941.
  41. "Журнал Нескучный сад". 2012-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-03.
  42. "Pridel Hrama Vasilia Blazhennogo otkryvaetsa posle restavratsii (Придел Храма Василия Блаженного открывается после реставрации)" (Russian). RIA Novosti. 25 September 2008. 15 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2015.
  43. Komech, Pluzhnikov p. 400
  44. Brumfield, p. 95
  45. Shvidkovsky 2007, p. 128
  46. Brunov, p. 109
  47. Brumfield, p. 96
  48. Brunov, p. 43
  49. Brunon, pp. 53, 55
  50. Brumfield, p. 100
  51. Brunov, p. 114
  52. Якобсон А. Л. Закономерности в развитии раннесредневековой архитектуры. Л.: Наука. 1983. С. 3.
  53. Сизов Б. Т. Наблюдения за температурно-влажностным режимом собора Рождества Богородицы Ферапонтова монастыря // Реставрация, исследование и хранение музейных художественных ценностей. Реф. сб. Вып. 2, М.: Информкультура, 1982.
  54. Богословский В. Н., Сизов Б. Т. Принципы выбора параметров температурно-влажностного режима древних зданий, обеспечивающих их сохранность // Научные исследования в области охраны памятников. Варшава, 1988. səh. С. 297—301.
  55. Brunov, p. 113
  56. "Девять тайн собора Василия Блаженного". ВЕСТИ.ru. 4 июня 201316:37. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  57. Комплексные исследования в Андрониковом монастыре и исследования в районе храма Василия Блаженного. В кн.: Археологические открытия 2001 года. Изд-во: «Наука», М., 2002.
  58. Памятники архитектуры Москвы: Кремль. Китай-город. Центральные площади. М.: Искусство, 1982.
  59. "Prächtige Zwiebeltürme: die Basilius-Kathedrale in Moskau". Kirchengucker.de. 2015-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  60. Щенков А. С. Проблемы традиционной формы в современном храмостроении в России.// Храмостроительство в России. Традиции и современность. Тезисы докладов конференции. Научная библиотека диссертаций и авторефератов. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  61. Вильям Брумфилд (Перевод с английского Леонида Яковлева). "Центр всей России: Красная площадь и Храм Василия Блаженного – Собор Покрова-на-Рву". 08.02.2015 / 07:33. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  62. Berthold Seewald. Massenmoerder erbaute Basilius Kathedrale. Die Welt. 12.07.11. 2020-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  63. Шернин М. Д. Взаимодействие традиционной (средневековой) схемы росписи православного храма и современных построек.// Пятые академические чтения. Ур. отд. РААСН, 2000 г. səh. С. 61-66.
  64. Шевелев И. И. Принцип пропорции: о формообразовании в природе, мерной трости зодчего, архитектурном образе, двойном квадрате и взаимопроникающих подобиях. -М. 1986.
  65. Христианство. Энциклопедический словарь: в 3-х томах. М. Научное изд-во Большая Российская Энциклопедия, 1995 г.
  66. Успенский Л. А. Московские соборы 16 века и их роль в церковном искусстве// Философия русского религиозного искусства 16-20 вв. Антология. М., 1993. - С. 329343.
  67. Poco prima della sua morte, il Gran Principe Basilio, padre di Ivan, accettò la tonsura di un monaco in nome di Barlaam. La connessione tra quest'evento e la chiesa di San Barlaam non è comunque ancora stata confermata.
  68. Литвина А. Ф., Успенский Ф. Б. Выбор имени у русских князей в X-XVI вв. səh. С. 197.
  69. Удралова Н. В. Некоторые направления в русской монументальной храмовой живописи второй половины 19 начала 20 в.// Памятники русской архитектуры и монументального искусства. Столица и провинция. -М.: Наука, 1994 г. səh. С. 205-219.
  70. Таруашвили JI. И. Эстетика архитектурного ордера. М.: ГНИМА им. Щусева, 1995 г.
  71. Трубецкой Е. Н. Три очерка о русской иконе: Умозрение в красках. Два мира в древнерусской иконописи. Россия в ее иконе. М., 1991 г.
  72. Стороженко Т.Л. Архетипическая традиция в истории художественной культуры: на материалах языческой и христианской Руси. Автореф. дис. канд. искусствоведения. -Спб., 1997 г.
  73. Степанян С Г. Формирование интерьера с учетом особенностей поведения и восприятия человека, на материалах исследования вестибюлей, фойе и кулуаров зрелищ. Автореф. дис. канд. психолог, наук. М., 1984 г.
  74. Современное храмоздательство: проблемы и первый опыт: Материалы «круглого стола по вопросам храмового строительства в Издательском отделе Московского Патриархата. Журнал Московской Патриархии. 1990. - №5. səh. с. 26-27.
  75. Иконников А. В. Символика православного храма в образной структуре русского города.// Храмостроительство в России. Традиции и современность. Тезисы докладов конференции. -М.: РААСН, 1996 г.
  76. Долгов А. В., Лупарев А. В. Применение метода масштабной ординации для архитектурной реабилитации типовой 121-й серии крупнопанельных жилых домов.// Пятые академические чтения. Екатеринбург: Ур. отд. РААСН, 2000 г. səh. С. 50-60.
  77. Бусева-Давыдова И. Л. Представление о символике храма в культуре Древней Руси (по письменным источникам).// Храмостроительство в России. Традиции и современность. Тезисы довладов конференции. - М.: РААСН, 1996 г.
  78. Вениамин, Архиепископ Нижегородский и Арзамасский. Новая скрижаль или Объяснение о Церкви, о Литургии и о всех службах и утварях церковных. Репринтное издание М.: Русский Духовный Центр, 1992 г.
  79. Бетин П.В. Об архитектурной композиции древнерусских высоких иконостасов.// Древнерусское искусство. Художественная культура Москвы и прилегающих к ней княжеств. М.: Наука, 1970 г. səh. С. 41-57.
  80. Бобров Ю. Г. Основы иконографии древнерусской живописи. Спб.: Мифрил, 1995 г. səh. 256 с.
  81. Бондаренко И. А. Черты иерархии в древнерусской градостроительной традиции.// Традиции и новаторство в градостроительстве Российской Федерации. Под ред. Н. Ф. Гуляницкого. -М„ 1986. səh. С.58-63.
  82. Орлова М. А. О приемах украшения цокольных частей интерьеров древнерусских храмов и их происхождении. Автореф. дис. канд. искусствоведения. М., 1984 г.
  83. Попадюк С. С. Проблемы воссоздания памятников архитектуры (церковь Флора и Лавра на Мясницкой)// Храмостроительство в России. Традиции и современность. Тезисы докладов конференции. - М.: РААСН, 1996 г.
  84. Кольцова Т.М. «Небо» и его росписи в деревянных культовых памятниках Русского Севера. Канд. дис. Л. 1989 г.
  85. Каргер М.К. К вопросу об убранстве интерьера в русском зодчестве домонгольского периода. Труды Всероссийской академии художеств. Т. 1 М. Л. 1947 г.
  86. Аверинцев С. С. Золото в системе символов ранневизантийской культуры В кн.: Византия, южные славяне и Древняя Русь. Западная Европа. М., 1973. səh. с 43-52.
  87. Брайцева О. И. Некоторые особенности ордерных композиций в русской архитектуре. Архитектурное наследство. №18. - 1969. səh. С. 45-60.
  88. Гинзбург М. Я., Ворошилин С. И. Ритм в архитектуре. М., 1923 г.
  89. A popular explanation of Mokeev's theory, in Russian: Mokeev, G. Ya. "Moskva — pamyatnik drevnerusskogo gradostroitelstva (Москва — памятник древнерусского градостроительства)". Nauka i Zhizn. September 1969. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08. (#apostrophe_markup)
  90. Bajkał. Szlak transsyberyjski. Przewodniki Bezdroży. Bezdroża. Gliwice, 2012-05-17. səh. 141. ISBN 978-83-246-4947-1. (#accessdate_missing_url)
  91. Зодчие Москвы времени эклектики, модерна и неоклассицизма (1830-е — 1917 годы): илл. биогр. словарь / Гос. науч.-исслед. музей архитектуры им. А. В. Щусева и др. КРАБиК. 1998. səh. 102/320. ISBN 5-900395-17-0.
  92. Moskwa. Moskwa krok po kroku. Przewodniki Wiedzy i Życia. Hachette Polska. Warszawa, 2009. səh. 108. ISBN 978-83-7575-619-7. (#accessdate_missing_url)

Xarici keçidlər

П: «Moskva»
П: «Rusiya»
Sələfləri 
Böyük İvan Zəng Qülləsi
(60 m)
Moskvanın ən hündür binası
65 m
1561—1600
Xələfləri 
Böyük İvan Zəng Qülləsi
(81 m)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.