Vasili İstratov

Vasili İstratov (rus. Василий Истратов; 30 dekabr 1954, Moskva) — Rusiya dövlət xadimi, diplomat. 2006–2009-cu illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur.

Vasili İstratov
rus. Василий Истратов
29 may 2006 24 fevral 2009
PrezidentVladimir Putin
Dmitri Medvedyev
ƏvvəlkiAleksandr Bloxin
SonrakıVladimir Doroxin
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Moskva, RSFSR, SSRİ
Təhsili MDU
Fəaliyyəti diplomat
Elmi fəaliyyəti
Elmi dərəcəsi tarix elmləri namizədi

Həyatı

Vasili İstratov 1954-cü il dekabrın 30-da Moskva şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmin universitetin aspiranturasını bitirmişdir. Fransızingilis dillərini bilir. Tarix elmləri namizədidir.

2009-cu ildən sonra — Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus Teymur Əhmədov adına "AzNar" QSC-nin direktorlar şurasının üzvüdür.[3] "Rus dünyası" Fondunun icraçı direktorunun birinci müavinidir.[4]

Şəxsi həyatı

Evlidir, bir qızı var.

Diplomatik rütbəsi

  • 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi (7 noyabr 1997).[5]
  • 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi (17 dekabr 2008).[6]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.