Vasif Osmanov
Vasif Osmanov (tam adı: Vasif Laçın oğlu Osmanov; 11 noyabr 1958-ci il, Hacıhətəmli, İsmayıllı, Azərbaycan SSR – 18 fevral 1994-cü il, Murov dağı yaxınlığı, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun baş-leytnantı
Vasif Osmanov | |
---|---|
Vasif Laçın oğlu Osmanov | |
Şəxsi məlumatlar | |
Doğum adı | Vasif |
Doğum tarixi | |
Doğum yeri |
Hacıhətəmli, İsmayıllı Azərbaycan SSR |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri |
Murov dağı yaxınlığı, Kəlbəcər Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı, Haput |
Atası | Laçın Osmanov |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Baş leytenant |
Həyatı
Erkən illəri
Vasif Osmanov 1958-ci il noyabrın 11-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1976-cı ildə Hacıhətəmli kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1977-1979-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
Təhsili və iş həyatı
Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Kənd Təsərüfatı İnistitutuna qəbul olmuş və 1985-ci ildə həmin institutun mexanikləşdirmə fakultəsini bitirib, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Təhsilini bitirdikdən sonra bir neçə dəfə hərbi təlimlərdə iştirak etmişdir. Vasif Osmanov 1986-cı ildən 1994-cü ilin fevral ayına qədər “Hacıhətəmli” kolxozunun maşın-traktor parkında baş mexanik işləmişdir.
Hərbi illəri və Qəhrəmanlığı
Baş-leytinant Vasif Osmanov 1994-cü ilin əvvəllərində fevral ayının 9-da hərbi xidmətə çağırılmışdı. Bu zaman cəbhədəki uğursuzluqların qarşısını almaq,düşmənin yeni torpaqlarımızı ələ keçirməsinə nəinki imkan verməmək,həm də onu geri oturtmaqla vəzifəsi qarşıya qoyulmuşdur.Bir çox hərbi hissələr kimi, Vasifin başçılıq etdiyi topçular batareyası da operativ olaraq,ön döyüş xəttinə çıxarıldı.Artıq fevralın 11- də, yəni cəbhəyə gəlməsinin ikinci günü Vasif əks-hücüm əmri aldı. O,tabeliyinə verilən bölüyün döyüşçüləri ilə qısa vaxtda tanış oldu və əməliyyat şəraitini öyrəndi.İxtisası tankçı olsa da,topçuluqdan da baş çıxardığını, alovlu bir vətənpərvər,səriştəli zabit olduğunu göstərdi.Murovdağ-Kəlbəcər istiqamətində əks hücum düşmənin irəliləməsinin qarşısını aldı və onun xeyli geri çəkilməsini təmin etdi bu və ondan sonrakı əməliyyatlar qurbansız keçmədi.Vasif Osmanov həmin il fevralın 18-də qəhrəmancasına Şəhid oldu.
Şəhid olduqdan sonra
Fevralın 18-də Şəhid olduqdan sonra bir neçə gün igid zabitin cənazəsini döyüş meydanından çıxartmaq olmur.Lakin əsgərlər sevimli komandirlərinin cənazəsinin düşmən əlində qalmasına razı olmamış,çətinliklə də olsa onun cənazəsini döyüş meydanından çıxartmışdılar.Ünvanı məlum olmadığından 1994-cü il martın 2-sində Gəncə Xeyriyyə Cəmiyyəti tərəfindən Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdi.Ay yarımlıq axtarışdan sonra onun Gəncədə-Şəhidlər Xiyabaninda dəfn edildiyi məlum olmuş və Şəhidin cənazəsi çıxarılaraq doğma kəndi Hacıhətəmliyə gətrilmişdi. 13 aprel 1994-cü il Hacıhətəmli kəndinin həyatında daha bir ağrılı,acılı gün. Həmin gün Hacıhətəmli camahətinin dərdinin üstünə bir dərddə əlavə olundu. Kənd camahəti kəndin onuncu şəhidini, Vətənin igid və mərd oğlu Osmanov Vasif Laçın oğlunu son mənzilə yola saldı.