Vasif Allahverdiyev
Vasif Kərim oğlu Allahverdiyev (16 oktyabr 1963, Naxçıvan) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2010), Azərbaycan Respublikasının xalq artisti (2019), professor (2016), prezident mükafatçısı (2019), bəstəkar, tarzən, pedaqoq.
Vasif Allahverdiyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1963 (60 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pedaqoq |
Mükafatları |
Həyatı
Vasif Kərim oğlu Allahverdiyev 16 oktyabr 1963-cü il Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. Vasifin atası Kərim Allahverdiyev mühəndis idi. 60-70 ci illər Azərbaycan inşaat sektorunun dinamik artımında Kərim Allahverdiyevin də payı vardır. Kərim müəllimin Gəncə alüminium zavodu, Qaradağ sement zavodu, Lənkəran konserv zavodu eləcə də Naxçıvan televiziya ötürücü mərkəzinin televiziya və radio yayım ötürücülərinin ötürücü antenalarının (teleqüllə) quraşdırılmasında yüksək xidmətləri olmuşdur. Kərim Allahverdiyev əməyinin qarşılığını alaraq, Heydər Əliyev tərəfindən əməkdar inşaatçı fəxri adına layiq görülmüşdür.
Vasif ilk musiqi təhsilini Sumqayıt şəhər 2 nömrəli uşaq musiqi məktəbində almışdır. Burada o, bu gün də ehtiramla xatırlayıb, minnətdar olduğu sevimli müəllimi Əlislam Aslanoğludan tarın sirlərini öyrənir. Qeyd etmək lazımdır ki, ilk dəfə tarda çalmağı ona dayısı Naxçıvan Muxtar Respublikasının tanınmış tarzəni, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tağı Tağıyev öyrətmiş və hər zaman gənc bəstəkara öz dəstəyini göstərmşdir. Tağı Tağıyev adı Allahverdiyevlər ailəsində təkcə qohumluq əlaqələrinə görə deyil, eyni zamanda bu şəxsiyyət, ailədə böyüyən iki gənc musiqiçinin - Vasif, Ceyhun Allahverdiyevlərin yaradıcılıq həyatında mühim və müstəsna yeri, xidmətləri olmuş, daim qürurla yada saldıqları ilk müəllimləri kimi hörmətlə qəbul etdikləri ziyalıdır.
Məktəb illərində bir sıra müsabiqə və festivallara qatılmış, dəfələrlə laureat adına layiq görülmüşdür. Təhsilini müvəffəqiyyətlə başa vuran Vasif, 1979 cu ildə Naxçıvan musiqi texnikumuna tar ixtisası üzrə qəbul olur. Bir il təhsil aldıqdan sonra təhsilini 1980 cil ildə Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirir. Texnikumda təhsil alan Vasif, eyni zamanda fakultativ olaraq Vasif Adıgözəlovun sinifində bəstəkarlıqla da məşğul olur. 1983 cü ildə buranı fərqlənmə ilə bitirən gənc musiqiçi elə həmin il, Üzeyir Hacıbəyov adına Azərbatycan Dövlət Konservatoriyasına daxil olur. Vasif konseravotoriyada bəstəkarlıq üzrə hər zaman hörmətlə xatırladığı müəllimi, Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi olan bəstəkar İsmayıl Hacıbəyovdan, tar ixtisası üzrə isə dəyərli müəllimi Afət Novruzovdan dərsi alır. Azərbaycan bəstəkarlıq məktəbinə nəzər saldıqda böyük əksəriyyət bəstəkarlarımız sənət karyerasına tar ilə gəlmiş, lakin heç bir Azərbaycan bəstəkarı tar ixtisası üzrə ali təsil almamışdır. Vasif Allahverdiyev Azərbaycan bəstəkarları arasında ilk bəstəkardır ki, O, məhs tar ixtisası üzrə ilk ali təhsil almışdır. Vasif 1983 cü ildə Konservatoriyanın tar ixtisasına daxil olmuş, 1984-86 ci illərdə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmış, sovet ordusunun sıralarında qulluq etmişdir. 1986 cı ildə geri dönüb təhsili davam etdirmiş, iki il sonra 1988 ci ildə bəstəkarlıq fakultəsinə keçid alan Vasif, 1992 ci ildə bəstəkarlıq, 1994 cü ildə isə tar ixtisası üzrə bu ali ocağı müvəffəqiyyətlə bitirmişdir. Bəstəkarlıq üzrə təhsilini 1992 ci ildə başa vuran Vasif, öz istəyi ilə Naxçıvana ezam olunmuş, müəllimlik fəaliyyətinə başlayaraq elə gəldiyi gündən nəzəriyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır (eyni zamanda qiyabi olaraq tar ixtisası üzrə təhsilini Bakıda davam etdirmişdir). Bəstəkar burada yaşadığı dövrdə yetişdirdiyi tələbələri ilə yanaşı özünün də, yaradıcılıq yolunu cızır. Naxçıvan musiqi həyatına töhfələrini verməklə bərabər, burada o, tələbələrlə təkcə müəllimlik fəaliyyəti ilə deyil, həm də konsert tədbirlərin keçirilməsində də, mühim xidmətlər göstərmişdir. Bu fəaliyyət heç də cavabsız qalmamışdır. 1994 cü il Azərbaycan bəstəkarlar ittifaqının idarə heyətinin sədri Tofiq Quliyev, Naxçıvan bəstəkarlar təşkilatının sədri Ramiz Mirişli, ittifaqın katibi Ramiz Zöhrabov Naxçıvana gələrək, Naxçıvanda fəaliyyət göstərən bəstəkarlar təşkilatının işi ilə yaxından tanış olaraq, təşkil olunmuş konserti dinləmişlər. Tədbirdən sonra ittifaqın idarə heyətinin sədri Tofiq Quliyev şəxsən Vasif Allahverdiyevi Azərbaycan Bəstəkarlar ittifaqına üzv qəbul edir və onu Naxçıvan bəstəkarlar təşkilatının məsul katib vəzifəsinə layiq bildiyi üçün, bu məsul vəzifəyə təyin edir.
Üzeyir Hacıbəyov tərəfindən yaradılan Azərbaycan Bəstəkarlar ittifaqının fəaliyyət istiqamətini özündə əks etdirən Azərbaycan Bəstəkarlar İttifaqının nizamnamə tələbinə bir sıra formalar daxildir. Bəstəkar irəli sürdüyü tələb üzrə ittifaqa müraciət etməli, əsərləri dəfələrlə dinlənilib müzakirə edilməli, konsert tədbirlərdə ifa olunaraq, bəstəkar və musiqişünaslar tərəfindən rəy yazılmalıdır. İdarə heyəti tərəfindən qərar qəbul edildikdən sonra təqdimat möhürlənib təsdiq olunmalıdır. Üzvlüyə bu kimi uzun proses keçdikdən sonra, təsdiq üzrə bəstəkar ittifaqa dəvət olunub, üzvlük kitabçası ilə təltif edilir. Lakin Vasif Allahverdiyevin ittifaqa üzvlüyü də yaradıcılığı kimi maraqlıdır (Sözsüz ki, Vasifin əsərləri bu dövrə qədər dəfələrlə ölkənin bir sıra konsert salonlarında ifa olunmuş, dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır). Maraqlısı ondadır ki, üzvlük kitabçasını Tofiq Quliyev, Naxçıvan səfərində şəxsən özü bəstəkara təqdim etmişdir. Belə təqdimatlar Azərbaycan Bəstəkarlar İttifaqının istisna hallarındandır. Bununla deyə bilərik ki, bu dahi bəstəkar Tofiq Quliyevin Vasif yaradıcılığına bir mənalı münasibəti və ona verdiyi dəyər idi.
1992 ci il Azərbaycanın ictimai siyası həyatının çətin zamanlarında Naxçıvana getmək istəyi gənc musiqiçi üçün məqsədsiz deyildi. Doğma torpağına, millətinə bağlılığı Naxçıvanda təhsil alan gənc musiqiçilərin yetişməsinə xidmət etmək istəyi elecə də görüşünə tələsdiyi ulu öndər Heydər Əliyev şəxsiyyətinə hörməti dururdu. 1992 ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevlə görüşə gedən Vasif, Heydər Əliyev şəxsiyyətinə hörmət ehtiramını bildirmış, gətirdiyi diplom işi olan "Atatürk" simfoniyasını ona təqdim edərək, gələcəkdə ona da, böyük formalı simfonik əsər yazmaq istəyini deyir. Heydər Əliyev, bunun bəstəkarın gələcək karyerası üçün yaxşı addım olmadığını bildirərək ona, " mənə görə başın ağrımasın, sən gənsən və sənin gələcəyin qarşıdadır" cavabını verir. Vasif məqsədinin bu gün deyil, uzun zaman bu fikrə düşdüyünü və əlbəttə bu amalı kimlərinsə rəyinə görə dəyişdirməyəcəyini qətiyyətlə bildirir. Heydər Əliyevlə daha geniş söhbətləşdikdən sonra onun həqiqətən prinsipial gənc olduğunu, əlində gətirdiyi "Atatürk" simfoniyasının not varaqlarına baxaraq, adicə not sətrlərinin necə çətinliklə çəkdiyini və zaman sərf edən ağır iş olduğunu qiymətləndirir. Vasifin onun haqqinda qələmə almaq istədiyi simfonik poemasının öncədən xeyir duasını verir. Beləliklə Vasif, Heydər Əliyev şəxsiyyətinə ithaf olunan Azərbaycan musiqisində ilk böyük əsərin üzərində işləməyə başlayır. Vasif bu çətin yolda heç bir vaxt pessimizmə boyun əymədi, hansı vəziyyətdə olsa belə uzun zaman xəyallarında olan Heydər Əliyev şəxsiyyətinin portretini, "Ömür yolu" simfonik poemasını lampa işiğında, sərt qışın keçdiyi Naxçıvan soyuqunda, yayın havasız, tozlu istisində qələmə alaraq və beləliklə böyük məqsədinə nail olur. Bu əsər sonralar bir çox drijorların rəhbərliyi ilə ifa olunur. Qeyd edək ki, əsərin ilk drijoru Yalçın Adıgözəlov olmuşdur. Və sonralar Rauf Abdullayev, Fəxrəddin Kərimovun da idarəçiliyi ilə dəfələrlə ifa olunmuş və bu gün də sevə-sevə ifa olunmaqdadır. Simfonik poemanın uğuru təkcə ifası ilə yekunlaşmır, 2000-ci ildə publisist, yazıçı Nazim Əkbərov tərəfindən simfoniyaya uyğun ssenari yazılmış və bu ssenari üzərində film yaradılması ilə bağlı uzun zaman işlənilmiş, Heydər Əliyevi ehtiva edən sujetlər yığılaraq video formatında film hazırlanmışdır.
Vasif Allahverdiyev ailəlidir 2 övladı, bir qız nəvəsi vardır. Övladları Türkan Nəcəfqulubəyli - Allahverdiyeva musiqiçi pianoçudur. Atası və əmisi Ceyhun Allahverdiyevin bir sıra əsərlərinin mahir ifaçısıdır. Milli Konservatoriyada konsermeystrlik eləcə də solo pianoçu olaraq fəaliyyətindədir.
Oğlu Fərman Allahverdiyev, Bədən tərbiyyəsi və idman akademiyasını bitirmişdir. Polis orqanlarında çalışır.
Həyat yoldaşı Reyhan xanım Allahverdiyeva xalçaçı rəssamdır. Azərbaycan SSR xalq rəssamı, xalçaşünas, xalçaçı rəssam Lətif Kərimovun tələbəsi olub. Reyhan xanım xalçaçı rəssam olaraq sənət fəaliyyətindədir. Azərbayacan rəssamlıq məktəbinə əlvan xalça rəngləri, koloritli naxışvari dünyasını yeni yetişməkdə olan nəslə aşılayaraq bu gün rəssam olmaq istəyən kiçik rəssamlara rəng dünyasını çalışdığı Kaspi məktəbinin şagirdlərinə sevə-sevə öyrətməkdədir.
Bəstəkar, pianoçu Ceyhun Allahverdiyevin qardaşıdır.
Yaradıcılığı
Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulan Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçıları olan bəstəkarlarımız, Azərbaycan mədəniyyəti tarixinə yeni yetişməkdə olan gənc musiqiçi bəstəkarlara Hacıbəyli yolunu layiqincə ötürərək, professional musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmişlər. Belə bəstəkarlar sırasında Vasif Allahverdiyevin adı layiqincə yer alır. O, musiqi xəzinəmizə dəyərli əsərlər bəxş etməklə yanaşı pedaqoq kimi Azərbaycan professional musiqiçılərin yetişməsində xidmətlərini verməkdədir. Vasifin musiqisi mürəkkəb ideyalı, dərin şəfqəti, obrazlarının həyatılığı, emosional məna daşıyan, dərin və bitkin təfəkkürü, müxtəlif musiqi alətləri ilə vermək bacarığı təkcə onun simfonik və kamera musiqisində deyil hətta mahnı janrındakı zənginliyi sanki 4 hissəli simfoniya forması qədər çətin, kantrapunktludur. Əsərlərini sadəliydən tamamiylə uzaq, yaradıcılığını hər daim çətinliklə bir sırada uzlaşdırmışdır. Onun təhtəlşüurundan gələn hissləri, ruhu ilə haşıyələnən melizmi, qələmindən çıxan bütün notları, hər bir ölçüsü, dinamikası ilə sanki bir- birini dərin monumental rəngli, forma gözəlliyilə əvəzləyir. Bəstəkarın hər bir əsəri silsilə formalı, eyni zamanda sondərəcədə cilalanmış, melodiyanın ifadəliliyi ilə cəzbedici axıcılığı, dinləyici zövqünə əks səda verir. Üslubu, musiqi dili zəngin və çoxcəhətlidir. Müraciət etdiyi janrlar, yaratdığı obrazlar aləmi öz müxtəlifliyi, yeniliyi ilə fərqlənir. Musiqisindəki Azərbaycan xalq musiqisi ilə bağlılığı onun mahir tar ifaçılığından, muğamı dərindən bildiyindən qaynaqlanır. Yeni axtarışlara, müasir səslənişlərə yeni tembr-sonor meyarlarına, öncəki dövrlərdən fərqlənən sənətlərarası sintez ideyalarını birləşdirərək yalnız ən-ənəviliylə, sintez improvizasiyalara meyillilik yaradıcı potensialının bacarığını bir daha ortaya qoyur. Dövrün hər tələbinə cavab verən, səsləyən mövzulara müraciət etməsi onun eyni zamanda vətəndaş mövqeyini təsdiq edir. İctimai siyasi proseslərin bəstəkar yaradıcılığına təsiri yan keçməmişdir. Demək olar ki, Azərbaycan xalqının bütün ağrı acısını ehtiva edən hüzn günlərindən yara alan Qarabağ müharibəsi, qəhrəman şəhidlərin xatirəsi, şücaət qəhrəmanlığını tərənnüm edən nəaliyyətlərini, bayram, elşənliyini, ümumi bəşəri mövzuları, Azərbaycan tarixində xidmətləri olmuş şəxslərə ithaf etdiyi əsərləri ilə yanaşı bir sıra müxtəlif mövzu janrlara müraciət edərək, bu gün də yaradıcılığının yüksək zirvəsində irəliləməkdədir.
Vasif yaradıcılığa lap kiçik yaşlarından başlamışdır. Musiqiyə olan məhəbbəti onun kiçik qəlbinə hakim olmuş, dayısı Tağı müəllimin ifaçılığı ilə daha da təzahürünü tapmışdır. Hələ uşaqlıqdan musiqi bəstələmək istedadı formalaşmış, müxtəlif alətlər üçün kiçik pyeslər yazmışdır. Vasif, Ceyhun qardaşları musiqiyə böyük şəxsiyyət dahi musiqiçi, drijor maestro Niyazinin xeyr duası ilə başlamışdırlar. Bəstəkarın maestro Niyazi ilə ilk görüşü dayısı Tağı müəllimin vasitəçiliyi ilə baş verir. Görüşdən olan xatirələrini, Vasif bu gün də sevgi ilə anır. Niyazi qardaşların əsərlərini təmkinlə dinləyərək yüsək qiymətləndirmış, Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçıları olacaqlarını qeyd etmişdir.
Vasif Allahverdiyevin əsərlərində müxtəlif hisslər, mövzular rəngarəngliyi əsərlərinin hətta bənzərsizliyi, ülvi məhəbbət, xoşbəxtlik, sevinc, mübarizə, azadlıq, dostluq, sədaqət, vətənpərvərlik kimi çox şaxəli mövzular bir birini əvəz edir. Mahnı janrı əksərən estrada üslubunda yazılır. Lakin Vasif mahnıları heç kimə bənzəməyən fərdi mahnı üslubu, dəsti xətti ilə sanki simfoniya forması ağırlığında tam hissəli simfonik orkestr alətlərinin polifonik ifasını canlandırır.
Vasif, Ceyhun Allahverdiyevlərin kamera orkestrinin müşaiyəti ilə təşkil olunmuş mahnı konsertlərinin birində tamaşaçı qismində iştirak edən iki böyük bəstəkar Musa Mirzəyev, Arif Məlikov dinlədikləri konsertdən məmnunluq ifadə etdikdən sonra bəstəkarlara təəsüratlarını ifadə edərkən, görkəmli bəstəkar Musa Mirzəyev müəllifləri ürəkdən təbrik etmiş: " Siz burada sanki 2 simfoniya təqdim etmisiniz, dinlədiyim əsərləriniz simfoniya təfəkküründə, simfoniya ağırlıq gücü olan mahnılardır" .
Dünya şöhrətli, dahi bəstəkar Arif Məlikov da həmin konsertdəki təəsüratını öz növbəsində müəlliflərə bu cür bildirmişdir: "Burada səslənmiş ifaların, sanki simfonik orkestrin ifası olduğunu hiss elədim" dedikdə Vasif gülümsüyərək müəlliminə təşəkkürünü ifadə edir. Buradan Vasif Allahverdiyevin təkcə gözəl bəstəkar deyil, sözün böyük ağırlığı ilə savadlı, səmimi və təvəzökar insan olduğunu görürük. Onun bütün alətlərin xüsusiyyətini, tembr ifa imkanlarını, orkestrləşməni, partitura, harmoniya və polifoniyanı dərin bilən musiqiçi olduğunu bir daha sübut edir. Bəstəkar həmçinin bir sıra xalq mahnılarını da səs və kamera orkestri üçün işləməklə yanaşı bir sıra bəstəkarların əsərlərini də səs və kamera orkestri üçün işləmişdir. Bunların sırasında 17 fevral 2011 ci ildə Fransada keçirilən Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20 illiyinə həsr olunan konserti üçün Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESKOnun xoşməramlı səfiri Mehriban Əliyevanın sifarişi ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun Koroğlu operasından uverturanı kamera orkestri üçün işləyir. Orkestrə əlavə etdiyi 2 tar, balaban, tütək, zurna, nağara, davul, royal alətləri ilə orkestrləşməni uğurla ərsəyə gətiirən Vasif, özü də konsertdə 2 ci tar partiyasını ifa etmişdir. Beləliklə uvertura təşkil olunmuş tədbirdə ifa olunaraq böyük tamaşaçı rəğbətini qazanmışdır. Uverturanı dinlədikdə bəstəkarın orkestrləşmədə hər alətin bədii və texniki imkanlarına necə dərindən bələd olduğunu aydın görmək olar. 17 ci əsrin əvvəllərindən Azərbaycan xalqının yadelli işğalçılara və yerli feodallara qarşı apardığı azadlıq mübarizəsi, xalq qəhrəmanı Koroğlu haqqında yaranmış məşhur dastanın motivlərini və Koroğlu operasının sujetinin əsas qayəsini özündə ifadə edən Uverturadır. Operanın qəhrəmanlıq ideyasını xalq kütlələrinin zülmə qarşı mübarizəsi, üsyan etmiş insan leytmotivini Vasif, Üzeyir dəsti xəttini dəyişmədən 2 tar və zurna, balaban, tütəklə sual cavab reprizləri və orkestrin tutti ifaları ilə ifadə edərək dahiyanə səsləməyə nail olmuşdur. Qeyd edək ki, müstəqilliyin yenidən bərpa edilməsinin 20 illik yubileyi sil-silə olaraq Almaniya və İtalya respublikalarında konsert şəklində davam etdirilmişdir.
Vasif yaradıcılığındakı ilklər hər daim davam edir. Beləki, ilk solo tar üçün yazdığı, müəllimi İsmayıl Hacıbəyova həsr etdiyi " Qarabağ balladası" əsəri ilə adını bəstəkarlar sırasına birinci yazmağı layiqincə bacarır.
Bəstəkarın yaradıcılığı daim ifaçıların maraq dairəsində olmuş, aktuallığını qorumağı bacarmışdır. Beləki, əsərləri dövrün hər tələbinə uyğunlaşan, xalqın bütün kəsimlərinə istər siyasi baxışından, istərsə sosiyal mənşəyindən asılı olmayan dinləyicinin ruhunu oxşamışdır. Professional musiqiçi kütləsinin sevilərək repertuarlarına daxil etdikləri sənət ünvanıdır Vasif əsərləri. Təkcə Azərbaycan dinləyici auditoriyası üçün yox, eyni zamanda digər dövlətlərin tamaşaçıları üçün də maraqla qarşıladıqları sənət nümunəsidir Vasif yaradıcılığı. Bu minvalla əsərləri Azərbaycanla yanaşı xarici dövlətlərin səfirliklərində və başqa - başqa ölkələrin konsert salonlarında bu gün də sevilərək ifa olunur.
1989-cu ildə piano üçün Prelüdlər, 1990-cı ildə Simli kvartet, 1993-cü ildə piano üçün Variasiyalar (Disk şəklində buraxılıb), 1997-ci ildə İsmayıl Hacıbəyova həsr olunan piano üçün “Sonatina”, 1998-ci ildə skripka və piano üçün pyes, 1999-cu ildə piano üçün “Uşaq pyesləri”, 2000-ci xalq çalğı alətləri orkestri üçün “Cəngi sədası”, 2003-cü ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə ithaf olunan taxta nəfəsli kvartet və zərb alətləri üçün yazılmış “Muğamsayağı” (2009-cu ildə səslənib), 2003-cü ildə Arif Məlikovun 70 illiyinə həsr olunan fortepiano silsiləsi, 2005-ci ildə Simli orkestr üçün musiqi (Teymur Göyçayevə həsr olunub), 2005-ci ildə 4 səsli qarışıq xor və xalq çalğı alətləri orkestri üçün “Azərbaycan torpağıyam” odası (sözləri Zəlimxan Yaquba məxsusdur), 2006-cı ildə Heydər Əliyevə həsr olunan səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası (sözləri M.Heydərqızına aiddir), 2015-ci ildə piano üçün “Gənclik” süitası (qızı Türkan Allahverdiyevaya həsr olunub), 2020-ci ildə solist, 4 səsli qarışıq xor və böyük simfonik orkestr üçün “Vətən torpağı” odası, marşlar və s. yazdığı əsərlər buna parlaq misaldır. Vasif Allahverdiyev yaradıcılığında vokal musiqiyə də geniş yer verir. Onun səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası”, “Bəlkə görüşdük”, “Azərbaycan”, “Hara gedirsən”, “O yollar” (M.Heydərqızı) və s. vokal əsərləri dediklərimizə bariz nümunədir.
Vasif Allahverdiyev, Azərbaycan Milli Konservatoyasının professorudur. Ali musiqi ocağında bir-birindən istedadlı gənc musiqiçilərə partitura oxunuşu, orkestrləşdirmə, bəstəkarlıq fakültələri üzrə tədrisini layiqincə davam etdirir.
Mükafatları
10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.
Simfonik əsərləri
1. “Atatürk” simfoniyası (3 hissəli)
2. " Heydər Əliyev - ömür yolu " simfonik poeması
3. Simli orkestr üçün musiqi. (Teymur Göyçayevə həsr olunub)
4. " Sənsizlik elegiyası" Metso saprano və orkestr üçün. (H.Əliyevə həsr olunub)
5. " Suenos" xəyallar.
6. " Rəqs" simfonik orkestr üçün.
7. " Sevgi valsı" (həyat yoldaşı Reyhan xanıma həsr olunub)
8. " Aşıqsayağı" BSO üçün. (dahi Ü. Hacıbəylinin 135 illiyinə həsr olunub)
9. " Vətən torpağı odası" solist 4 səsli qarışıq xor və BSO üçün.
Kamera və kamera instrumental əsərləri
- " Zəminxarə " səs və kamera orkestri üçün.
- " Türkü " (zərb alətləri və orkestr üçün)
- " Hara gedirsən " səs və kamera orkestri üçün.
- " Gözləyəcəyəm səni " səs və orkestr üçün.
- " Bəlkə görüşdük " səs və orkestr üçün.
- " Azərbaycanım" səs vəorkestr üçün.
- " O yollar " səs və orkestr üçün.
- Simli kvartet 3 hissəli.
- " Muğamsayağı " treanqolu, nağara və taxta nəfəsli kvartet üçün. (2 hissəli) (Ü.Hacıbəyova həsr olunub)
- Sonata violin və piano üçün. (3 hissəli)
- Pyes violin və piano üçün.
- " Qarabağ balladası" solo tar ifası üçün. (İsmayıl Hacıbəyova həsr olunub)
- "Sevgi valsı" 2 piano üçün. (2 piano üçün işləyəni C.Allahverdiyev)
- " Sarı gəlin" orkestr üçün.
- Bir çox xalq və bəstəkar mahnılarını səs və orkestr üçün işlənilməsi.
XÇA əsərləri
- " Cəngi sədası "
- " Azərbaycanım"
- " Azərbaycan torpağıyam odası " (4 səsli qarışıq xor və xça orkestri üçün)
Fortepiano yaradıcılığı
1. Gənclik süitası (5 hissəli) (qızı Türkan Allahverdiyevaya həsr olunub)
2. 8 Prelüd (C.Allahverdiyevə həsr olunub)
3. " Gül açar " xalq mahnısının mövzusu əsasında variasiyalar.
4. Fortepiano silsiləsi 4 hissəli (Arif Məlikova həsr olunub)
5. Sonatina 3 hissəli (İsmayıl Hacıbəyova həsr olunub)
Mahnı və romanslar
1. Azərbaycanım (söz: Maya Heydərqızı)
2. Hara gedirsən
3. Gözləyəcəyəm səni (söz: Maya Heydərqızı)
4. Bəlkə görüşdük (söz: Telman Biləsuvarlı)
5. O yollar (söz: Maya Heydərqızı)
6. Qəmli hekayə ( söz: Cavid)
7. Pıncırım üşüyür ( söz: Cavid)
Metodik tövsiyyə və dərs vəsaitləri
1. " F. Əmirovun fortepiano üçün yazdığı 12 miniatür məcmuəsində milli üslub keyfiyyətləri " Məqalə." Mədəni-maarif " jurnalı. Bakı 2011
2. Çox sayda tədris proqramları.
3. " Cəngi sədası" - Metodik vəsait Bakı 2011
4. " Qarabağ balladası" dərs vəsaiti. Bakı 2011
5. Fortepiano üçün seçilmiş əsərlərin ifaçılıq xüsusiyyətləri. Bakı 2015
Haqqında yazılan elmi metodik işlər və məqalələrin siyahısı
1. Qulamova Jalə. Sözlü nəğməli Naxçıvan. “Sənətdə atılan qoşa addım”. Monoqrafiya. “Sabah” nəşriyyatı, Bakı, 2000, səh.122-127
2. Novruzov Afət. Vasif Allahverdiyevin solo tar üçün “Qarabağ haqqında ballada”. Məqalə. “Musiqi dünyası” jurnalı 3-4/33 2007, səh.82-85
3. Fortepianoda çalmaq üçün vəsait. Dərslik.V-VI siniflər. Bakı,“Çıraq”, 2009
4. Raufqızı Aytən. Azərbaycan bəstəkalarının birhissəli əsərlərinin janr və üslub xüsusiyyətləri. Monoqrafiya. Bakı, “Elm və təhsil”, 2010
5. “Мустафаева С.И.Исполнительский анализ «Детской сюиты» Васифа Аллахвердиева”. Методическое пособие. Bakı, “Bizim kitab”, 2011
6. Novruzov Afət. “Vasif Allahverdiyevin solo tar ifası üçün “Qarabağ balladası” əsəri. Tarın ifadə imkanlarından istifadə məsələləri. Məqalə. “Konservatoriya” №3 (13) Bakı, 2011, səh.32-40
7. Raufqızı Aytən. Vasif Allahverdiyevin xor və simfonik orkestr üçün “Yüksək-yüksək təpələrə” türküsü. Məqalə. Ankara, Kültür üvreni, 2012, səh.56-61
8. İsmayılova Güllü. “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsası kimi” elmi-nəzəri konfransın materialları. Vasif Alahverdiyevin “Heydər Əliyev – ömür yolu” simfonuk poeması. Məruzə, Bakı, 2013, səh.214-218
9. Fortepianoda çalmaq üçün vəsait. Dərslik. X sinif, Bakı, Çıraq, 2013, səh.153-169
10. Yavər Neymətli. Azərbaycan bəstəkarlarının yaradıcılığında kvartet janrının inkişafı və ifaçılıq problemləri. Vasif Allahverdiyevin 1 saylı kvarteti. Avtoreferat, Bakı, 2013, səh.23-28
11. Novruzov Afət. Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolu. Vasif Allahverdiyevin “Qarabağ balladası”. Dərs vəsaiti, Bakı, 2014, səh.89-99
12. Qulamova Jalə. “Sənət zirvəsinə aparan yollar”. Məqalə. “Mədəniyyət” qəzeti, 1 dekabr, 2010, 84
13. Qulamova Jalə. “Bəstəkar ömrünün mərhələləri”. Məqalə. “Mədəniyyət” qəzeti, 6 aprel, 2018, №27
12. Rəhimzadə Səbinə.Vasif Allahverdiyevin “Atatürk” simfoniyası. BMA-nın “Tarix nəzəriyyə” fakültəsinin IV kurs tələbəsi - Buraxılış işi, Bakı, 2014
14. Mahmudova Ülviyyə. Azərbaycan Milli Konservatoriyasının magistri. “Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poemasında musiqinin estetik prinsipləri”. Magistr dissertaiyası, Bakı, 2014
15. Dadaşova Gülnar. “Vasif Allahverdiyevin f-no əsərləri”. Azərbaycan Milli Konservatoriyasının “Tarix-nəzəriyyə” fakültəsinin IV kurs tələbəsi. Buraxılış işi, Bakı, 2014
16. Samirə Səfərova. " Səslər dünyasının fatehi " Azərbayacan Milli Elimlər Akademiyası Naxçıvan bölməsi incəsənət dil və ədəbiyyat institutu. Naxçıvan 2015
İstinadlar
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.