Vartan Sarkisov

Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azərbaycan SSR) — XX əsrin birinci yarısında fəaliyyət göstərmiş AzərbaycanSSRİ memarı.

Vartan Sarkisov
Վարդան Սարգսյան
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Əsas tikililəri Mirzəbəyovun mədaxil evi
Ambarsum Məlikovun evi
Abidələrin bərpası İsmailiyyə Sarayı

Həyatı

8 mart 1875-ci ildə Şuşa şəhərində erməni aləsində doğulmuş Vartan Sarkisov ilk təhsilini Şuşa real məktəbində almışdır. Şuşada təhsilini tamamladıqdan sonra, Tbilisi real məktəbinə daxil olmuş və 1894-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.[1] Tbilisidə təhsil aldığı müddətdə o, rəsmlər çəkməyə başlamışdır. Məhz həmin dövrdə Sarkisov, sonradan bütün ömrü boyu sevdiyi opera musiqisi ilə də maraqlanmağa başlamışdır.[1]

Tbilisidə təhsilini başa vurduqdan sonra Sarkisov Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur.[2] Burada o, sonradan Bakıda fəaliyyət göstərmiş digər bir erməni memar Nikolay Bayevlə bir sinifdə təhsil almışdır.[3] 1901-ci ildə təhslini başa vurduqdan sonra iş təcrübəsi qazanmaq üçün Moskvaya yola düşmüşdür.[4] 1907-ci ildə o Moskvadan Bakıya köçmüş və gəldiyi vaxtdan bir sıra layihələr üün sifarişlər almışdır. Yaradıcılığının erkən dövründə modern üsluba üstünlük verən Sarkisov, sonradan neoklassik üslubda bir neçə layihə həyata keçirmişdir.

1920-ci ildə Bakıda Memarlıq İnstitutu yaradıldıqda Sarkisov əvvəlcə müəllim kimi instituta dəvət edilmiş, sonralar isə uzun müddət həm də dekan vəzifəsində çalışmışdır. 29 mart 1955-ci ildə Bakıda vəfat etmiş Sarkisov Nərimanov məzarlığında dəfn edilmişdir. 2007-ci ilin sentyabrında Azərbaycan hökuməti məzarlığın köçürülməsinə qərar vermişdir.[5][6]

Əsərləri

Vartan Sarkisovun layihəsi əsasında Bakıda Ambarsum Məlikovun İslam Səfərli (1900) və Xaqani küçələrindəki (1910) evləri[1][3], Mirzəbəyovun mədaxil evi[7][8] (1911-1917), Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "Lev Landaunun evi"[7]Mərdəkanda yerləşən Neft İstehsalçıları Sanatoriyasının binası (1930) inşa edilmişdir.

Mart soyqırımı zamanı ermənilər tərəfindən yandırılmış İsmailiyyə Sarayında restavrasiya işlərinə Vartan Sarkisov rəhbərlik etmişdir.[7]

İstinadlar

  1. Tigranyan, Edmond. Activity of Armenian Architects in South Caucasus (Armenian). Yerevan: Voskan Yerevantsi. 2003. 263. ISBN 9789993000525.
  2. "Sarkisov Vartan". Biografiya.ru. 17 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2012.
  3. "House of Tigran Melikov (Melikyan)". Ourbaku (Russian). Ourbaku. 15 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 December 2012. Translated from Russian: The three-story building at the Molokan № 27 (Khagani) was built in the early twentieth century (arh. V.S.Sarkisov Prof. Sarkisov, architect) and owned by a local millionaire Tigran Melikov. He also made the designs of the houses on the streets Krasnovodskaya and Nikolaev.
  4. "Architects of Azerbaijan 19th and early 20th century" (Russian). OurBaku. İstifadə tarixi: 10 December 2012.
  5. "В Баку варварски уничтожается христианско-еврейское кладбище (Christian-Jewish Cemetery Destroyed in Baku)" (Russian). 2007-09-14. 2015-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2012.
  6. Parliamentary Assembly, Working Papers: 2007. Council of Europe. 2008. səh. 227. ISBN 9789287163684. İstifadə tarixi: 10 December 2012.
  7. "Architects of Azerbaijan 19th and early 20th century" (Russian). Ourbaku. İstifadə tarixi: 2 December 2012. Translated from Russian: Residential - 1915 - st. Molokan, 23. This five-storey house - 1917 - Ul.Nikolaevskaya, 11. A three-storey house - 1913 - st. Krasnovodsk, 13
  8. "Stairs in the gulf in Baku" (Russian). Vesti.az. İstifadə tarixi: 10 December 2012. Translated from Russian: "This house was built in 1915-1917. Customer of its construction was the Baku Armenian millionaire named Mirzabekyan, who conceived rebuild apartment building in which the apartments and even entire floors surrendered guests. The architect of this house is Vartan S. Sarkisov.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.