Varsaq eli

Varsaq eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurum.


Elin tarixi

Varsaq eli I Şah İsmayıl Səfəvinin hakimiyyətinin ilk illərində Qaraman bəyliyindən qopub ona birləşdi. Bu el çox zaman Rumlu eli ilə birlikdə köç-düş edirdi. Qızılbaşların tərkibində olarkən bu eldən birinci dərəcəli əmirlər çıxmayıb.


Elin tanınmış nümayəndələri

  • Yusif bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı, Çaldıran savaşında çərxçi idi.
  • Musa bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı
  • Həsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi, I Şah İsmayılın hakimiyyəti illərində Xorasan əyalətinin Xaf vilayətinin hakimi
  • Durhəsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
  • Qasım xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
  • Məhəmməd bəy Varsaq-Kamax qalasının komendantı


Mənbə

  • Ənvər Çingizoğlu, Varsaq eli, "Soy" dərgisi, 2 (34), 2010.


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.