Varlıq (jurnal, İran)

Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycanfars dillərində çıxır.[1] "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir.

Varlıq
Baş redaktor Cavad Heyət
Təsisçi Cavad Heyət
Təsis tarixi 1979
Ölkə
Qərargah Tehran, Şimali Filistin, 151 bina, birinci mərtəbə, T:021-66466366
Dil azərbaycan dili, fars dili

Haqqında

1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır[2]. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.[3] Həmid Nitqi jurnala "Varlıq" adının qoyulmasını təklif etdi. Jurnalın ilk sayı nəşrə hazırlanarkən 1979-cu il aprel ayının 11-də Azərbaycan xalqının böyük şairi Bulud Qaracorlu Səhənd dünyasını dəyişdi. Jurnalın ilk sayının 16-cı səhifəsi bu hədisəyə həsr olunaraq Səhəndin xatirəsinə əbədilləşdirdi. Əvvəlcə Azərbaycan dərnəyinin mətbu orqanı kimi nəşrə başlayan "Varlıq" ikinci sayından etibarən müstəqil bir jurnal kimi öz nəşrini davam etdirdi. "Varlığ"-ın qarşıya qoyub həll etmək istədiyi problemlər arasında ikisi xüsusi ilə seçilir. Xalqın mənşəyi və varlığı,ana dili uğrunda mübarizə. Yazıların 80%-i Azərbaycan dilində, 20%-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.[4] Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular.

Mövzular

Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi. Şəhriyar, Şikar Məstəli, Əli Əbdi, R.A. Qartal, Şahmar Əkbərzadə, Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məhəmməd Müsəddiq və başqaları jurnala şeirlər həsr edərək onun fəaliyyətini bədii-estetik dəyərini verməyə çalışmışlar. Şikar Məstəlinin "Ana" bayatısı şeirində deyilir[5]:

Elimin obamın həyatıdır o,

Atamın babamın Qıratıdır o,

Qoruyaq "Varlığı" canımız kimi

Anamız söyləyən bayatıdır o.

"Varlıq" mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır. Bu baxımdan ərəb qrafikasının və fars əlifbasının azərbaycan türkcəsinə uyğunlaşdırılması məsələləri haqqında "Varlığın" təşəbbüsü ilə təşkil edilən seminarlar və bu seminarlarda qəbul edilən yazı qaydaları diqqəti çəkir. Yazı qaydalarının dəqiqləşdirilməsi mühüm mədəni hadisə olmaqdan başqa, həm də İranda türkcə yazıların fars qəlibindən qurtarılması kimi qiymətlədirilməlidir. Varlıq jurnalı türk varlığını fars irqçiliyinin hücumlarından qorumaq üçün yarandı. Bununla işi bitmədi. O, milli ideologiyanın formalaşmasında mühüm rol oynadı. Varlıq dərgisi türk ziyalıları üçün məktəb oldu. Dr.Həmid Nitqi, Dr.Cavad Heyət, Dr.Məhəmməd Əli Fərzanə, Dr.Məmmədtağı Zehtabi, Prof.Qulamhüseyn Beqdeli, Prof.Həmid Məmmədzadə, Mir Hidayət Hesari, Dr.Səməd Sərdariniya, Əli Kamali kimi ustad və ağsaqqalların yanında yeni aydın nəsil yetişdi. Varlıq məktəbinin ən önəmli xidməti isə minlərlə gənc insana milli şüur gətirməsi oldu.[6]

Cavad Heyət

Doktor Cavad Heyət "Varlıq" jurnal yaradıcısıdır. Cavad Heyət 1925-ci il may ayının 24-də Təbrizdə İranın yüksək ziyalı ailələrinin birində anadan olmuşdur. İlk təhsilini teoloqfilosof, İranın ədliyyə naziri və Ali məhkəməsini sədri vəzifəsində çalışan atası Mirzə Əli Heyətdən almışdır[7]. O, orta məktəbi bitirdikdən sonra Tehran universitetinin tibb fakültəsinə daxil olur. II kursda oxuyarkən Türkiyə hökümətinin dəvəti ilə 1943-cü ildən İstanbulda oxumuş[8] sonra isə Parisdə ali tibbi təhsili almışdır. İlk cərrahiyyə əməliyyatını 1946-cı ildə aparır. Cavad Heyət cərrahiyyə əməliyyatları aparmaqla yanaşı cərrahlığa dair nəzəri araşdırmalar üzərində çalışırdı. 1956-cı ildə damarlarda qan laxtalanması haqqında bir kitab yazır, 1963-cü ildə isə 12 il davam edən "Daneşe pezeşki" adlı aylıq tibb jurnalını nəşr etdirir[9]. 1965-ci ildə İranda cərrahlığa dair Ümumi cərrahlıq adlı tədris kitabı yazır[10]. O, Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin öyrənilməsinə xeyli əmək sərf etmiş, ümumiyyətlə turkdilli xalqların mənəvi mədəniyyətini dərindən öyrənərək əldə etdiyi nəticələri bir neçə monoqrafiyada nəşr etmişdir. Dok. Cavad Heyət İranda türkologiyanın banisi, türkologiya, din və ictimai mövzulara aid 300-dən artıq məqalənin, 7 cildlik türk dili, ədəbiyyatı və tarixinə aid monoqrafiyanın müəllifidir. 2014-cü ildə Cavad Heyət dünyasını dəyişdikdən sonra vəsiyyətinə əsasən jurnala onun mənəvi varisi, Ankara Universitetinin müəllimi, türkoloq Rza Heyət başçılıq edir.[11]

Mükafatları

Doktor Cavad Heyət 2 cilidlik "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış " adlı əsərinə görə Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür[12].1986-cı ildə farsca "Tarixi zəban və ləhcəhaye Türki" (Türk dili və ləhcələrinin tarixi), 1984-cü ildə "Müqayisətül-lüğəteyn" adlı əsəri Tehranda, sonra isə 1991-ci ildə Bakıda "İki dilin müqayisəsi" adlı ilə nəşr olunmuşdur. 1982-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının fəxri üzvü, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Üzvü həm də Mirzə Fətəli Axundov adına mükafatı laureatıdır. 1994-cü ildə "Dədə Qorqud" Assosiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına da layiq görülmüşdür və bu mükafatlardan aldığı pulu qaçqınlara paylamışdır. Bundan başqa Azərbaycan elm və mədəniyyətinin inkişafındakı xidmətlərinə, İran-Azərbaycan ədəbi-mədəni əlaqələrin möhkəmlənməsindəki səmərəli fəaliyyətinə görə dok. Cavad Heyət Azərbaycan Milli Yaradıcılıq Akademiyasının fəxri akademiki (1991), Bakı Dövlət Universitetinin fəxri doktoru (1992), Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin (1993), Nəriman Nərimanov adına Tibb Universitetinin (1994), Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin (1993), Bakı Xəzər Universitetinin (1995) fəxri proffessorudur. Azərbaycan Cərrahlıq Elmi Cəmiyyətinin fəxri üzvü (1989) seçilmişdir.

Tumurcuq jurnalının nəşri

2016-cı ildən etibarən Rza Heyətin başçılığı ilə çıxan üçüncü Varlıq dərgisi ilə bərabər uşaqlar üçün 3 aydan bir "Tomurcuq" (tumurcuq) adlı əlavə jurnal nəşr edilir. Jurnalın nəşri ilə bağlı Rza Heyətin dedikləri:

" İran məktəblərində Azərbaycan türkcəsində təhsil hüququndan məhrum olan türk uşaqlarının ehtiyaclarını nəzərə almışıq. “Varlıq” jurnalının ikinci dövrünün 3-cü sayından etibarən uşaqlar üçün 3 aydan bir “Tomurcuq” adlı əlavə jurnal nəşr edəcəyik. “Tomurcuq” jurnalının İrandakı uşaqlarımıza ana dili olan Azərbaycan türkcəsini öyrənməkdə və savadlandırmaqda faydası olacağını düşünürəm.[13] "

İstinadlar

  1. ["Varlıq[[Fars dili|fars.]] ". 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-08. ""Varlıqfars. ]
  2. Nailə Əskər,, Qumru Şəhriyar. xx əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (azərbaycan). 1990. 202.
  3. Əsrin Azərbaycanlısı
  4. "Özünü millətinə həsr edən vətən sevdalısı – Doktor Cavad Heyət". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  5. Cavad, Həyət. Azərnəşr (Azərbaycan). 1995. s 184.
  6. Varlıq məktəbi
  7. Salammulla, C. Dostlar görüşü (fars). Tehran. 1359. s 150.
  8. Heyət, Cavad. Türklərin tarix və mədəniyyətinə bir baxış (Azərbaycan). Bakı,Azərnəşr. 1993. s 3.
  9. S., Qulam Hüseyn. Müasir mətbuat şəxsiyyətləri Tehran Preseqent. 1351. s 48.
  10. Dok. Cavad Heyət İranda cərrahlıq zirvəsini fəth etdi (Salnamə 1338). Tehran Gilannəşr. 1338. s 12. (#first_missing_last)
  11. "Varlıq" dərgisini Cavad Heyətin istədiyi səviyyədə çıxaracağıq"
  12. (#empty_citation)
  13. İranda uşaqlar üçün “Varlıq” jurnalı

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.