Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri.[1]
Vardar | |
---|---|
mak. Вардар, yun. Αξιός | |
| |
Ölkələr | |
Mənbəyi | Şar-Planina |
• Yüksəkliyi | 683 m |
Mənsəbi | Egey dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 388 km |
Hövzəsinin sahəsi | 24 438 , km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi xarakteriskası
Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır.
Adının mənası
Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur. Ancaq ehtimal edirlər ki, bu termin frakiya sözü olan Bardáriosdan meydana gəlmişdir. Mənası qara su deməkdir.
Qolları
- Babuna (sağ)
- Anska (sol)
- Tetovska
- Lepenas
Vardar küləyi
Vardaris və Vardarec şimal coğrafi küləyi olub Yunanıstan Makedoniyası eləcə də Makedoniya ərazisi boyu əsir. Küləyin meydana gəlməsində əsas səbəb Vardar vadisi boyu hərəkət edən hava kütləsinin dağlıq əraziyə daxil olan zaman böyük impuls götürməsidir. Bu küləyi daha çox Fransada meydana gələn mistral ilə müqayisə edirlər.
İstinadlar
- "Вардар (река)". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-02.