Vardan Areveltsi

Vardan Areveltsi, həmçinin Şərqli Vardan (erm. Վարդան Արևելցի) və ya Böyük Vardan (təq. 1198[1], Gəncə, Arran, Eldənizlər1271, Xorvirab monastırı) — alban tarixçisi,[2][3][4][5][6][7][8] coğrafiyaçısı, filosofu, dilçisi, tərcüməçisi, müəllimi və kilsəsi və ictimai xadimi.

Vardan Areveltsi
Doğum tarixi təq. 1198[1]
Doğum yeri
Vəfat tarixi 1271
Vəfat yeri
Elm sahəsi tarix

Həyatı

Vardan ya Kilikiyada,[9][10] ya da indiki Bərdə şəhəri yaxınlıqlarında[11] anadan olmuşdur. İbtidai təhsilini evdə və Qoşavəng monastırında almış, Mxitar Qoşun tələbəsi olmuşdur. Bundan sonra o, Ovannes Vanakan[12] ilə indiki Tavuş mərzinin Çinari kəndi ərazisində yerləşən Xoranaşat monastırında təhsilini davam etdirmiş, burada qrammatika, ilahiyyat və kitab biliyini təkmilləşdirmişdir. O, erməni dili ilə yanaşı, yunan, süryani, fars, həmçinin ivritlatın dillərini də bilirdi. O, vardapet və 1235-ci ildən rabunapeta dərəcəsi aldıqdan sonra tədqiqat fəaliyyətini inkişaf etdirmişdir. Vardan 1235–1239 və 1252–1255-ci illərdə Kayenaberddə Müqəddəs Andrey monastırının məktəbini qurmuşdur. 1239-cu ildə Yerusəlimə yola düşmüşdür. Qayıdandan sonra kral I Hetumun dəvəti ilə Kilikiyaya baş çəkmişdir. O, burada Burada o, məhkəməyə və katolikosluğa yaxın idi.[11] O, 1243-cü ildə Sis milli kilsə şurasında iştirak etmiş, onun qanunlarını daha sonra Ermənistanın müxtəlif bölgələrinə gətirmişdir. 1248-ci ildə yenidən Kilikiyada olmuş, Kilikiya çarlığının ictimai-siyasi həyatında, BizansVatikanın ekspansionist siyasətinə qarşı mübarizədə iştirak etmişdir. Katolikos I Kostandin Bardzrberdtsi adından Ermənistan xalqına müraciət yazmışdır. 1251-ci ildə Sis kilsə məclisində iştirak etmişdir. Elə həmin il Ermənistana qayıtmış,[12] müəllimlik fəaliyyətini bərpa etmiş, Axpat və Dzaqavanda sinodlar təşkil etmişdir. 1255-ci ildə o, Xorvirabda məktəb yaratmış, burada qədim fəlsəfə, məntiq, qrammatika və s. tədrisini tətbiq etmişdir. Burada onun tələbələri orta əsrlərin mədəniyyət xadimləri Gevorq Skevratsi, Ovanes Erznkatsi, Nerses Mşetsi, Yesai Nçetsi, Qriqor Baluetsi, Qriqor Bcnetsi və başqaları idi. 1264-cü ildə Təbrizə getmiş, burada monqol hökmdarı Hülaku ilə danışıqlar aparmış[12][13] və sonuncudan Ərməniyyədə vergi toplamaq üçün xüsusi etibarnamələr almışdır. Vardan Areveltsi 120-yə yaxın əsərin müəllifidir.[14] O, Xorvirabda vəfat etmiş və orada dəfn olunmuşdur.[11]

İstinadlar

  1. Վարդան Արևելցի // Հայաստանի գրադարանների համահավաք գրացուցակ.
  2. The Cambridge History of Iran. 5. Cambridge University Press. Edited by J. A. Boyle. 1968. 42.
  3. V. Minorsky. Studies in Caucasian History. CUP Archive. 1953. 105.
  4. Steven Runciman. A History of the Crusades. I. Cambridge University Press. 1987. 335.
  5. C. J. F. Dowsett. The Albanian Chronicle of Mxit'ar Goš // BSOAS . XXI. № 3. 1958. 472.
  6. Emeri J. van Donzel, Andrea Barbara Schmidt. Gog and Magog in Early Eastern Christian and Islamic Sources: Sallam's Quest for Alexander's Wall. BRILL. 2010. 41.
  7. Всемирная история. Энциклопедия. Глава XXXVII. 3. 3. М. 1957.
  8. Армянская литература  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  9. Robert W. Thomson. Vardan Arevelc'i // Christian-Muslim Relations. A Bibliographical History. (1200-1350). 4. BRILL. Edited by David Thomas and Alex Mallett. 2012. 443–447.
  10. Марр Н. Я. Вардан, армянские писатели  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  11. П. П. Антабян. Вардан Аревелци (1197—1271) (PDF) // Ист.-филол. журн (erməni). № 4. 1972. 59–66. 2014-03-26 tarixində arxivləşdirilib (PDF).
  12. Robert W. Thomson. Vardan Arevelc'i // Christian-Muslim Relations. A Bibliographical History. (1200-1350). 4. BRILL. Edited by David Thomas and Alex Mallett. 2012. 443–447.
  13. Armenia and Iran. vi. Armeno-Iranian Relations in the Islamic Period Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine. G. Bournoutian.
  14. A. J. Hacikyan, G. Basmajian, Ed. S. Franchuk, N. Ouzounian. The Heritage of Armenian Literature. . 2. Wayne State University Press. 2002.

Əlavə ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.