Varba adası
Varba adası (ərəb. جزيرة وربة) — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır[1].
Varba adası | |
---|---|
ərəb. جزيرة وربة | |
Ümumi məlumatlar | |
Sahəsi | 37 km² |
Uzunluğu |
|
Eni | 5 km |
Əhalisi |
|
Yerləşməsi | |
30°00′ şm. e. 48°04′ ş. u. | |
Ölkə | Küveyt |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir.
Ərazi iddiaları
1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır[2]. 2002-ci ilin dekabr ayının əvvəlində İraqın işğalı ilə əlaqədar olaraq, İraq gəmisi iki Küveyt sahil mühafizəsi patrul gəmisinə atəş açmışdır. Hücumda ABŞ hərbi qulluqçusu və iki Küveyt sahil mühafizəçisi yaralanmışdır.
İstinadlar
- "Budget for the United Nations Iraq-Kuwait Observation Mission for the period from 1 July 2001 to 30 June 2002" (PDF). United Nations. 2007-01-14. 5 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 June 2018.
- "CIA World Factbook". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.