Varşava üsyanı (1944)
Varşava üsyanı — Krayova Ordusunun (KO) komandanlığı və mühacir Polşa hökumətinin təşkilatçılığı ilə 1944-cü il avqustun 1-dən oktyabrın 2-dək davam edən Varşavada Üçüncü Reyxə qarşı qaldırılmış üsyan.[5]
Varşava üsyanı | |||
---|---|---|---|
Polşanın işğalı (1939–1945) İkinci Dünya müharibəsi | |||
| |||
Tarix | 1 avqust – 2 oktyabr 1944-cü il | ||
Yeri | Varşava, İşğal edilmiş Polşa (1939–1945) | ||
Səbəbi | Nasist işğal rejimi | ||
Nəticəsi |
Üsyanın yatırılması Varşavanın sol sahilinin dağıdılması |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Həmin vaxt şəhərdə fəaliyyət göstərən bütün gizli təşkilatlar üsyanda iştirak etmişdilər. KO ilə yanaşı, üsyanda aktiv iştirak edənlər arasında Milli silahlı qüvvələrin bölmələri və sol qüvvələr tərəfindən yaradılan Lyudov Ordusunun, Polşa Lyudov Ordusu və Təhlükəsizlik Korpusunun hissələri var idi. Lyudov Ordusunun bir hissəsi kimi Yəhudi Mübarizə Təşkilatının dəstəsi də üsyana qoşulmuşdu. Varşava üsyanı hərbi cəhətdən almanlara qarşı yönəldilmişdisə, siyasi olaraq SSRİ-yə qarşı idi.[6] Polşa Milli Azadlıq Komitəsi açıq şəkildə qərb müttəfiqlərinin siyasətinə qarşı çıxırdı. Polyakların çıxışı 1944-cü il avqustun 1-də, alman bölmələri 2-ci qvardiya tank ordusuna qarşı hücum edərkən, bir neçə saat sonra ordu müdafiəyə keçərkən başladı. Üsyanın başlaması ilə bağlı dərhal qərarın verilməsinin səbəbi sovet tanklarının Varşavanın Praqa bölgəsinin sağ sahilindəki Tarquvek rayonunda görünməsi barədə şayiələr idi.[7][8] Halbuki, sovet qoşunlarının irəliləməsi Vislanın şərq sahilindəki Varşavanın kənarında alman hissələri tərəfindən dayandırılmışdı. Əslində, sovet hissələri alman əks hücumlarını dəf edə bilsə də, salınmış körpülər (Maqnuşevski plasdarmı və Pulavski plasdarmı) Qırmızı Ordunun əlində qaldı. Lakin 1-ci Belarus Cəbhəsi mobil bölmələrsiz qaldı və manevr hücumu imkanından məhrum edildi.[9]
Bu, alman qoşunlarına qüvvələrini yenidən toparlamağa və Polşa üsyançılarının müqavimətini darmadağın etməyə imkan verdi.
Üsyan ümummilli hakimiyyətin ələ keçirmə planının bir hissəsi olan "Fırtına" əməliyyatının bir hissəsi olaraq başladı. Üsyançıların rəhbərliyinin əsas məqsədi alman işğalçılarını qovmaq və Varşavada hakimiyyəti ələ almaq idi. KO-nun siyasi vəzifəsi qarşısında isə Qırmızı Ordunun faktiki işğal etməsindən əvvəl şəhəri azad edib, Polşa dövlətinin müstəqilliyini bərpa etmək, sürgündə olan Polşa hökumətini hakimiyyətə gətirmək, SSRİ hakimiyyətini mühacir hökumətini tanımağa məcbur edib və Polşa Milli Azadlıq Komitəsinin hakimiyyətə gətirilməsinə imkan verməmək dururdu.[5] KO rəhbərliyi Sovet qoşunlarının Varşavaya girməsindən 12 saat əvvəl Polşa mühacir hökuməti təşkilatının siyasi və inzibati gücünü elan etməyi planlaşdırmışdı. Hücum etməkdə olan sovet bölmələri ilə koordinasiya planda nəzərdə tutulmamışdı. AK rəhbərliyinin Qırmızı Orduya Visla çayını keçib Varşavanı azad etməsinə kömək etmək planlarına daxil deyildi. Qırmızı Ordu rəhbərliyi, Polşa Ordusunun Ali Komandanlığı, Varşavada gizli fəaliyyət göstərən polyak sol təşkilatlar, Krayova Ordusunun başçılıq etdiyi üsyanın hazırlığı və tarixi haqqında heç bir rəsmi məlumat almamışdı.[10][11]
Üsyan anlayışı geri çəkilən alman qoşunları ilə qısa (maksimum 3–4 gün) döyüş ehtiva edirdi. Varşavanı qəfil bir zərbə ilə ələ keçirmək, sonra 1-ci Polşa paraşüt-desant briqadasının atışını təmin etmək və mühacir hökumətin gəlişi üçün lazım olan hər şeyi hazırlamaq planlaşdırıldı. Üsyan qısa müddətli silahlı mübarizə ilə dəstəklənən bir siyasi aksiyaya çevrilməli idi. Sonrakı hesablama Qərb müttəfiqlərinin kütləvi dəstəyinə və köməyinə (Polşa Milli Azadlıq Komitəsinə verilən sovet dəstəyini tarazlaşdırmalı idi) əsaslanırdı.
Xüsusən də Qırmızı Orduya qarşı yönəlmiş ziddiyyətli və bir-birini inkar edən məqsədlərin[lower-alpha 1] ardınca, AK rəhbərliyi məhz sovet qoşunlarının üsyanı dəstəkləməli olduğunu düşünürdü.[lower-alpha 2] Qızıl Ordu komandanlığı ilə razılaşdırılmayan, siyasi cəhətdən SSRİ və Polşa Ordusunun Ali Komandanlığına qarşı yönələn hərbi cəhətdən kifayət qədər hazırlıqlı olmayan üsyan, iki ay davam edən şiddətli döyüşlərdən sonra yatırıldı. Nəticədə çox sayda insan tələfatı və Varşavanın sol sahilinin dağıdılması ilə nəticələndi. KO nə hərbi, nə də siyasi məqsədlərə çata bilmədi.
Üsyan qurbanlarının dəqiq sayı bilinmir. Polşa müqavimətin 17 minə yaxın iştirakçısının öldüyü və 6 minə yaxın adamın ağır yaralandığı güman edilir. Təxmini hesablamalara görə, cəza aksiyalarında 150 mindən 200 minədək mülki şəxs öldürülmüşdür.[5] Son dəqiqləşdirilmiş hesablamalara görə həlak olanların sayının 200 min nəfər göstərilməsi şişirdilmiş rəqəmdir.[12] Hal-hazırda bir sıra tarixçilər qurbanların sayını 100–130 min nəfər arasında qiymətləndirirlər. Polşa Ordusunun ümumi itkiləri Vislanın qərb sahilində həlak olan və itkin düşən 1987 nəfər də daxil olmaqla 3.764 əsgər və zabitdir. Küçə döyüşləri zamanı Varşavanın mənzil fondunun 25% -i dağıdıldı. Polşa qüvvələri təslim olunduqdan sonra alman qoşunları məqsədli şəkildə küçə-küçə şəhərdəki digər binaların 35%-nidə yerlə bir etdilər.
Ümumi məlumat
Alman ordusunun "Mərkəz" qrupunun darmadağın edilməsi
İyunun 23-ü Sovet qoşunları cəbhənin mərkəzi hissəsində genişmiqyaslı hücuma başladı. İkiqat zərbə altında qalan alman ordusu fəlakətli vəziyyətdə Qərbdə və Şərqdə sürətlə geri çəkilməyə başladı. İyunun 28-də Mogilyov, iyulun 3-də — Minsk, iyulun 13-də — Vilnüs, iyulun 27-də — Lvov azad edildi. Sovet qoşunlarının məqsədi Visla-Narev sərhədlərinə çatmaq idi. Ağır vəziyyətdən çıxmaq üçün almanlar digər ordu qruplarının zəifləməsi hesabına buraya təzə qüvvələr gətirdilər. İyulun 29-da ağır döyüşlərdən sonra 1-ci Ukrayna Cəbhəsinin qüvvələri Varşavanın 180 km cənub-şərqindəki Sandomir rayonunda Vislanı keçdilər. 69-cu ordunun qoşunları (general-leytenant V. Ya. Kolpakçi) iyulun 29-dan avqustun 1-dək Pulavda Vislanı keçərək 25 km cəbhədə yerləşdi və hər biri cəbhə boyu 3–4 km uzununa və 1–2 km dərinliyə olmaqla üç taktiki plasdarm ələ keçirdilər. İyulun 31-də 1-ci Polşa Ordusu Vislanı keçməyə çalışdı. Lakin cəhd uğursuz oldu. 8-ci Qvardiya Ordusunun ön dəstələri (general-polkovnik V. İ. Çuykov) avqustun 1-də Vislanı keçərək Varşavadan 60 km cənubda yerləşən Maqnuşev rayonunda sol sahildə dayandılar. Bununla belə düşmən sarsılmır və şiddətli müqavimət göstərirdi. İyulun 23-də Vermaxt quru qüvvələrinin yeni baş qərargah rəisi general-polkovnik Haynts Quderian Visla və San çaylarının sərhədlərindən geri çəkilməmək əmri verdi. Çünki "əks halda tədricən Oder və Elbaya" tərəf atıla bilərik. Vermaxtın 2-ci Ordusunun əsas qüvvələri Varşavanın şimal-şərqinə çəkilərək mühasirədən qaça bildilər.
Lublin Komitəsi və London hökuməti
Eyni zamanda Qırmızı Ordu Qərbi Buqu keçəndə, Polşa İşçi Partiyası və ona yaxın olan ideoloji partiyaların səlahiyyətlərinə sahib Krayova Rada Naradovanın (London hökumətinə qarşı SSRİ-nin yaratdığı Polşa hakimiyyəti) nümayəndə heyəti SSRİ-də idi. 1944-cü il iyulun 21-də Moskvada (rəsmi versiyaya görə — 1944-cü il 22 iyulda Xelmdə), sol partiyaların nümayəndələrindən ibarət Polşa İşçi Partiyasının rəhbərliyi altında Polşa Milli Azadlıq Komitəsi yaradıldı. Edvard Osubka-Moravskinin başçılıq etdiyi Polşa Milli Azadlıq Komitəsi Polşanın müvəqqəti hökumətinin funksiyalarını öz üzərinə götürdü.[5] Formal olaraq o, hələ bir hökumət deyildi, amma onun xələfi sayıla bilərdi. PMAK ölkənin azad edilmiş ərazisində idarəetmə aparatı yaratmağa başladı. Polşa Ordusu bu komitəyə tabe idi (Lyudov Ordusu 1-ci Polşa Ordusu ilə bütöv Polşa Ordusu adı altında birləşdirildi). Həmçinin Qırmızı Ordunun işğaldan azad etdiyi ərazilərdə yaradılan mülki milis də onların tabeliyinə verilmişdi.
1944-cü il iyulun 26-da SSRİ hökuməti və Polşa Milli Azadlıq Komitəsi azad edilmiş Polşa ərazilərində komitəninin səlahiyyətlərini tanıyan müqavilə imzaladı. Müqavilədə sovet qoşunlarının Polşaya girməsindən sonra hərbi əməliyyatlar gedən ərazilərdə ali hakimiyyətin Sovet qoşunlarının baş komandanının səlahiyyətində olacağı nəzərdə tutulurdu. Polşanın azad edilmiş ərazilərində isə mülki idarəetmə orqanlarını yaradan, Polşa Ordusunun bölmələrini komplektləşdirən və rəhbərlik edəcək Polşa Milli Azadlıq Komitəsinə verilirdi. 1944-cü il iyulun 26-da SSRİ hökuməti ilə Polşa Milli Azadlıq Komitəsi arasında Polşanın şərq və şimal sərhədlərini müəyyən edən ilkin razılaşma bağlandı. Müqavilənin 1-ci maddədə deyilirdi ki, SSRİ ilə Polşa arasında dövlət sərhədi çəkilərkən Kerzon xətti əsas götürülür və bununla da SSRİ Xalq Daxili İşlər Komissarlığı sərhəd qoşunları Sovet-Polşa sərhədini qorumağa başladılar. Sovet İttifaqı Polşanın qərb sərhədinin Odra və Neys-Lujiçka üzərindən keçməsi təkliflərini dəstəkləməyə söz verdi. Sovet qoşunlarının Polşaya girməsi ilə əlaqədar Dövlət Müdafiə Komitəsinin qərarı ilə hər bir uyezdə, kənd bələdiyyəsi mərkəzində və ən böyük yaşayış məntəqələrində, dəmir yolu stansiyalarında, magistral və yeraltı su yollarında hərbi komendantların təyin edilməsi müəyyən edildi. 1944-cü il avqustun 1-də Polşa Milli Azadlıq Komitəsi Xelmdən Lublinə köçdü. Sovet komandanlığının hərəkətlərini Polşa Milli Azadlıq Komitəsi ilə əlaqələndirmək və 1944-cü il 26 iyul tarixli müqaviləyə əməl olunmasını nəzarətdə saxlamaq üçün SSRİ Xalq Komissarları Şurası general-polkovnik N. A. Bulqanini PMAK-a nümayəndəsi təyin etdi.[13] Moskvada isə PMAK-ın nümayəndəsi akkreditə edildi. Avqustun 1-də Sovet hökuməti PMAK-ı ölkədə yeganə qanuni orqan olaraq tanıdı. Eyni zamanda Londonda Stanislav Mikolayçikin başçılıq etdiyi Sürgün Polşa hökuməti fəaliyyət göstərirdi.
O, qərb müttəfiqləri tərəfindən müharibədən əvvəlki sanasiya hökumətinin varisi olaraq tanınırdı.[lower-alpha 3] Beləki, Stalinqrad döyüşünün qızğın vaxtında bütün Anders Ordusu İrana getdiyi üçün mühacir hökumətin Polşada nizami bölmələri yox idi. 1944-cü ildə SSRİ Londonda yerləşən mühacir Polşa hökuməti ilə rəsmi olaraq heç bir münasibətdə deyildi. 1944-cü ilin yayında Qırmızı Ordu və Londondakı hökumətə tabe olmayan Polşa Ordusunun Varşavanı azad edəcəyi məlum oldu(SSRİ-nin köməyi ilə qurulmuş, PFP və PMAK-ya tabe idi). London hökumətinə və onun Polşadakı nümayəndəliyi — Deleqaturaya kommunist olmayan antifaşist müqavimət hərəkatının əksəriyyəti daxil idi. Onlardan ən fəalı dviziya-generalı Tadeuş Komorovskinin (ləqəbi "Bur") komandiri olduğu Krayova Ordusu idi. Krayova Ordusunun Varşava-Qorod dairəsinin komendantı vəzifəsini polkovnik Antoni Xrustel (ləqəbi "Montyor") icra edirdi. Öz növbəsində SSRİ rəhbərliyi sovet qoşunlarının arxasında hər hansı bir nəzarətsiz silahlı qrupun və mühacir hökumətinin səlahiyyətlərinin mövcudluğu ilə bağlı heç bir güzəştə getmirdi. KO silahlı qüvvələrini arxa cəbhədə nizam-intizamın qorunması və Sovet rəhbərliyinin siyasi xəttini həyata keçirmək üçün təhdid olaraq görən Ali Baş Komandanlıq qərargahı 1944-cü il 31 iyul tarixində 1-ci Ukrayna, 1, 2 və 3-cü Belorus cəbhələrinin və Polşa Ordusu komandanlığına sovet qoşunlarının arxasında KO bölmələrinin tərksilah edilməsi və komandanlıq heyətinin həbs edilməsi haqqında № 220169 derektivini göndərdi.
"Fırtına" əməliyyatı
Alman işğalının əvvəlindən gizli müqavimətin fəaliyyətinin gələcək Polşa dövlətinin siyasi və ərazi şəraiti üçün həlledici olacaq ümumi silahlı üsyan hazırlayacağı planlaşdırılırdı. 1943-cü ilin avqustunda Sovet kəşfiyyatı İosif Stalinə agentura vasitəsilə əldə etdiyi: "Londonda olan Polşa mühacir hökumətinin Polşa ərazisində gizlin faliyyət göstərən qrumların Qırmızı Ordunun irəliləməsi ilə əlaqədar SSRİ əleyhinə milliyətçi əhval ruhiyənin qaldırılması və aksiyalar hazırlaması haqqında hesabatı" barədə məlumatı çatdırdı. Sənəddən belə görünür ki, "Voiskova" gizli hərbi təşkilatının rəhbərləri Qırmızı Ordunun oraya gəlişinə qədər Qərbi Ukrayna və Qərbi Belarusda üsyanlar təşkil etməyi planlaşdırırlar. Sənəddə bu üsyanların "dünyaya yerli əhalinin Sovet rejimini qəbul etmək istəməməsini göstərmək üçün" planlandığı bildirildi.[14]
Sürgün hökumətinin siyasi məqsədləri
Qərb müttəfiqlərinin deyil, Qırmızı Ordunun qoşunlarının Polşa torpaqlarına birinci girəcəyi məlum olduqda, London hökumətinin rəhbərliyində və işğal olunmuş ölkədə olan təmsilçiliyində yalnız silahlı üsyan çıxış yolu olaraq qəbul edildi. Qırmızı Ordu yaxınlaşdıqca KO komandanlığı bir çıxış hazırladı, bu da "Fırtına" aksiyası adlandırıldı. Plan KO qüvvələrinin şəhərin əsas rayonlarının sovet qoşunları gəlmədən və ya Qırmızı Ordu ilə birlikdə azad edilməsini nəzərdə tuturdu. Beləliklə, sovetlərdən tam asıllıq ləğv edilir və açıq şəkildə şəhərin rayonlarında sürgündə olan Polşa hökumətinin nümayəndəliyinin səlahiyyətləri tətbiq edilirdi. "Fırtına" əməliyyatına başlamaq əmri 15 yanvar 1944-cü il tarixində verildi. Plana görə Vermaxtın geri çəkilməs ilə arada yaranacaq müvvəqəti boşluq zamanı sovet qoşunlarının bu və ya digər rayonlara girməzdən öncə Polşa mühacir hökumətinin səlahiyyətliləri təşəbbüsü ələ almalı idilər. Planda Qızıl Ordunun məğlub etdiyi alman qoşunlarının geri çəkilməsi və cəbhənin qərbə doğru irəliləməsi əsnasında, KO dəstələrinin Polşa Ordusunun müharibə öncəsi birləşmələrinin adlarını (diviziya və alayları) götürməsini və Sovet ordusunun girməsindən əvvəl düşmən arerqardlarına hücum etmək və digər yaşayış məntəqələrini azad etmək nəzərdə tutulurdu. Plana uyğun olaraq, gizli müqavimətin üzvləri — deleqaturalar almanlardan azad edilmiş ərazilərdə hakimiyyəti ələ alıb qanuniləşdirir və Polşa ərazisində Qırmızı Ordunun almanlarla döyüşməsinə heç bir maneçilik törətmirlər, ancaq yerlərdə inzibati səlahiyyətlərin onlara verilməsini tələb edirlər. Beləliklə, almanlara qarşı məhdud formada aparılan hərbi əməliyyatlar Sovet rəhbərliyini Londondakı mühacir hökumətinin ölkədəki gücünü de-fakto olaraq tanımağa məcbur etmək məqsədi daşıyırdı. Eyni zamanda, irəliləyən Sovet qoşunlarını mühacirət hökumətinə tabe olan və KO dəstələri tərəfindən dəstəklənən artıq qurulmuş inzibati aparat "qarşılamalı" idi. Planın ən vacib siyasi məqsədi Sovet İttifaqını Londonda sürgündə olan hökuməti Polşanın maraqlarını müdafiə edən yeganə qanuni orqan kimi tanımağa məcbur edib və eyni zamanda 1939-cu il sentyabrın 1-nə qədər mövcud Polşa-Sovet sərhədini bərpa etmək idi. Polşa Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Mühacir hökuməti Stalinlə son "döyüş"ə qədər KO üzərində tam əməliyyat və siyasi nəzarəti saxlamaq istəyirdi[15].
Müttəfiqlərin mövqeyi
Londonda yerləşən mühacir Polşa hökumətinin Sovet İttifaqı əleyhinə qurulmuş geosiyasi konsepsiyasının yanlışlığı, hərbi olmasa da onda SSRİ-nin geosiyasi cəhətdən məğlub olacağına inam yaratmışdı.[16] Bu, ilk növbədə Polşa mühacirət hökuməti və KO rəhbərliyinin tələblərinin geostrategiya kimi elementar bir məsələni anlaya bilməsidir. KO rəhbərliyi öz xəyalları və ambisiyalarının qurbanı oldu. Bu plan əvvəlcədən uğursuzluğa məhkum idi. Polşa mühacirət hökumətinin və KO rəhbərliyinin problemi suverenlik və yüksək geosiyasi statusa dair iddiaların yüksək rəsmi bəyanatlardan və AK hərəkətlərindən daha güclü və daha real tələb edilməsidir. "Fırtına" planının həyata keçirilməsində Amerika və İngiltərə hakimiyyətlərindən kömək istəyən Mikolayçika, müttəfiqlərarası müqavilələrə uyğun olaraq, Polşanın sovet qoşunlarının fəaliyyət dairəsində olduğu və buna görə də iddia edilən KO hərəkətlərinin SSRİ ilə razılaşdırılmadan və ya kordinasiya edilmədəm həyatə keçirilə bilməyəcəyi bildirildi. Bütün bunlar Polşanın Sovet təsir dairəsinə keçməsini göstərirdi. Müttəfiqlərin Berlin-Roma-Tokio oxuna qarşı mübarizədəki ortaq hərbi və siyasi maraqları və Yaponiyanın məğlubiyyətə yönəlmiş strategiyası ABŞ və Böyük Britaniya arasında SSRİ ilə əlaqələrin prioritet olması üçün əsas idi. Ruzvelt və Çörçill Polşanın Qırmızı Ordunun fəaliyyət dairəsində olduğunu və bunun koalisiya liderlərinin Tehran konfransında razılaşdırıldığını bildirdi.[17] Bu vəziyyətdə Polşa məsələsi ilə bağlı verilən qərarlara birbaşa təsir etdi. Yayılan sənədlər onu deməyə əsas veriri ki, bu liderlərin hər ikisi SSRİ-yə müqavimətin istənilən hərəkətlərini yatırmaq hüququnu tanıdılar.
Sovet qoşunlarının arxa cəbhəsində fəaliyyət göstərən anti-kommunist və anti-sovet müqavimət təşkilatlarının demək olar ki, heç bir perspektivi yox idi. Qırmızı Ordunun arxasındakı partizanlar özlərinə təhlükə və risk altında hərəkət edirdilər. Müttəfiqlərlə razılaşmanı nəzərə alaraq, Çörçill dəfələrlə Stanislav Mikolayçikə güzəştə getməyi və Kerzon xəttinin şərqdə sərhəd kimi istifadə edilməsini qəbul etməyi tövsiyə etdi. Çörçill İngiltərə və ABŞ-nin Polşanın şərq sərhədləri üstündə SSRİ ilə döyüşməyəcəyi barədə xəbərdarlıq səsləndirmişdi. Çörçill dəfələrlə xəbərdarlıq edirdi ki, məsələ vaxtında həll olunmasa, Polşada sovetyönümlü hökumət qurulacaq.
Qərb müttəfiqləri SSRİ ilə razılaşdırılmayan Polşadakı üsyan planını dəstəkləmədi. ABŞ və Böyük Britaniyanın qərargah rəislərinin 1944-cü il iyulun 7-də qəbul etdiyi qərarlar buna şübhə yeri qoymurdu. Onlardan aydın olurdu ki, müttəfiq komandanlığı Polşadakı üsyanı təmin etmək üçün hava nəqliyyatı ilə kifayət qədər silah və ləvazimatı çatdırmaq imkanınna malik deyillər. Bu, yalnız Sovet əməliyyatları ilə birlikdə dəniz yolu ilə mümkündür. Yalnız Polşa hakimiyyəti bu işdə maraqlı olan SSRİ ilə razılaşaraq üsyanın zamanını təyin edə bilərlər. Polşadakı alman kommunikasiya əlaqələrini pozan diversiya hərəkətləri ilk növbədə SSRİ üçün faydalıdır və onunla əlaqələndirilməlidir.[18] Eyni fikri iyulun 28-də London polyaklarına general İsmey Qastinqs demişdir: "Müttəfiqlər rusların irəliləməsi ilə kordinasiya edilməmiş, razılaşdırılmadan heç bir hərəkət edə bilməzlər… Qərargah rəisləri Polşa Krayova Ordusunun Anqlo-Amerika qüvvələri ilə qarşılıqlı əlaqəsinin mümkün olmadığı bir zonada olduğunu vurğulayırlar."
Nəhayət, Polşa mühacirət hökuməti ilə SSRİ arasındakı son dərəcə pis əlaqənin fərqində olan ingilislər, KO-nu kifayət qədər silahla təmin etməkdən ehtiyat etməyə başladılar. Çünki, bunun nəinki almanlara qarşı yönəldilə biləcəyinə və sonuncunun SSRİ ilə münasibətdə siyasi fəsadlara səbəb olacağına şübhələndilər. Bu da SSRİ-nin əlinə müttəfiqlər Qırmızı Ordunun əməliyyat bölgəsində SSRİ düşmənlərinə silah verirlər kimi güclü təsir arqumentləri verəcək.
Sürgün hökumətinin ərazi iddiaları
Danışıqlar gözlənilən nəticəni vermədi. İngiltərə baş nazirinin təkliflərinə Stanislav Mikolayçik qətiyyətlə rədd cavabı verdi. 20 yanvar 1944-cü il yanvarın 20-də Çörçill və Polşa mühacirət hökumətinin baş naziri arasındakı danışıqlar zamanı sürgün hökumətinin Riqa müqaviləsi ilə qurulan sərhəd xəttini SSRİ ilə danışıqların başlanğıc nöqtəsi hesab etdiyini bildirdi. Polşa mühacir hökuməti Köniqsberqin Sovet İttifaqına verilməsinə də etiraz etdi. Polşadakı mühacir hökumətinin deleqantı 10 yanvar 1944-cü il yanvarın 10-da Mikolayçikə göndərdiyi hesabat məktubunda Qərbi Ukrayna və Qərbi Belarusun geri qaytarılması ilə yanaşı, Şərqi Prussiya, Sileziya və Litvanın Polşaya daxil olmasını tələb edirdi. Latviya, Estoniya və Ukraynanı Polşanın nəzarəti altında müstəqil dövlətlər etməsi nəzərdə tutulurdu. Belə fikirlər təkcə hökumətlərarası münasibətlərin normallaşdırılmasının mümkünsüzlüyünə deyil, həmçinin Londonda yerləşən Polşa hökumətinin dünyada hökm sürən geosiyasi reallıqdan tamamilə xəbərsiz olduğuna da dəlalət edirdi.
Mühacir hökumətinin bu istəklərini həyata keçirmək üçün həqiqi qüvvəsi — nə hərbi, nə də siyasi yox idi. Sürgün hökumətinin Polşanın şərq sərhədlərini müharibədən əvvəlki kimi saxlaması mümkünsüz görünürdü. Açıq təcavüz siyasəti yeritməyə hazır olan SSRİ ilə mübarizə sonda açıq-aşkar uğursuzluğa düçar oldu.
Üsyan planı və ingilislərin yardımdan imtina etməsi
KO komandanlığının əsas diqqəti Varşavaya yönəldilmişdi ki, bu da plana uyğun olaraq Sovet qoşunlarının şəhərə girdiyi anda almanlardan azad edilmiş, hər vəziyyətdə paytaxtda mühacir hökumətinin səlahiyyətlərinə tabe olan dövlət orqanları görməli idilər. Üsyan planı qərargah tərəfindən hazırlanmışdı. Plan alman ordusunun zəifliyi və müqavimətə davam gətirə bilməməsi haqqında yanlış təsəvvürə əsaslanırdı. Almanların tələsik geri çəkilərək üsyanın qarşısını almaq üçün heç bir ciddi qüvvə ata bilməməsi mövqeyinə istinad edilirdi.
24 iyul 1944-cü il tarixində sürgündə olan Polşa hökuməti "Sovet işğalı altında" Polşa suverenliyinin pozulmasına etiraz olaraq Böyük Britaniyaya etiraz göndərdi. İngiltərə hökuməti London hökumətinin tələblərini qulaqardına vurdu. Gerçəkliyə məhəl qoymayan London hökuməti, Qırmızı Ordunun azad etdiyi yerlərdə dərhal KO-nun hakimiyyəti ələ almasını tələb edirdi.
1944-cü il iyulun 25-də KO rəhbərliyi Varşavada üsyanla əlaqədar son qərarını verdi.[10] 1944-cü il iyulun 25-də general Tadeuş Komorovski iyulun 25-də üsyana hazır olduqlarını bildirdi. O, üsyanın Polşa hava-desant briqadası və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən dəstəklənməsini tələb etdi.[7] Qərar qəbul edərkən Komorovski, deleqat Yankovski və baş nazir Mikolayçik ilk növbədə siyasi mülahizələrə — SSRİ və Qərb müttəfiqlərini Varşavadakı hakimiyyətin SSRİ-yə və PMAK-a qarşı çıxan orqana verilməsi faktı qabağında qoymaq fikrinə əsaslanırdılar. Bu səbəbdən iyulun 26-da mühacir hökuməti baş nazirin müavini Yankovskinin başçılığı ilə Regional Nazirlər Şurasının üç nazirini təyin etdi. KO-nun siyasi rəhbərliyi Sovet qoşunlarının Varşavaya girməsindən ən az 12 saat əvvəl şəhərin (və ya onun mərkəzi hissəsinin) tutulmasını tələb edirdi.
İyulun 25–28-də London hökuməti Varşavadakı vəziyyəti araşdıraraq üsyan planını təsdiqləməyi qərara aldı və Tadeuş Komorovski və deleqata vaxtı özləri təyin etmək imkanı verdi.[10][19].
Üsyanın əsas hərəkətverici qüvvəsi kimi Londondakı Polşa hökumətinin baş naziri Stanislav Mikolayçik çıxış edirdi. O, 1944-cü il iyulun 26-da Nazirlər Sovetindən Moskvaya getmək üçün icazə almağa müvəffəq oldu.
1944-cü il iyulun 28-də Böyük Britaniya rəsmən üsyana köməkdən imtina etdi.[10][20] 1944-cü il iyulun 30-da Londondan gələn emisar KO komandanlığına ingilislərdən elə də böyük kömək olmayacağını bildirdi. Üsyan ərəfəsində KO-nun Varşavada və onun ətrafında 13 yaşdan yuxarı hər iki cinsdən 50 mindən çox üzvü var idi.[7][10] Say üstünlüyündə üsyançılar şəhərdəki alman bölmələrini üstələmiş, lakin olduqca zəif silahlanmışdılar.[7][20] Təşkilat üzvlərinin böyük əksəriyyəti leqal şəraitdə fəaliyyət göstərirdilər. Təşkilatdakı iştirakçılar əsasən əl qumbaraları və Molotov kokteyli ilə silahlanmışdılar. KO-nun meşələrdə və gizli saxlanc yerlərində 3846 tapança və revolver, 2629 tüfəng, 657 avtomat, 192 pulemyot, 30 alov atıcı, 29 PIAT qumbaraatan və tank əleyhinə qurğu, 16 qumbaraatan və minaatan, 2 ədəd 37mm-lik tank əleyhinə top və 12 min molotov kokteyli var idi.[7]
General Tadeuş Komorovski üsyanın ikinci və ya üçüncü günündə Qırmızı Ordunun Varşavaya girəcəyinə və ingilis müttəfiqlərin kömək edəcəyinə ümid edirdi. Həmin vaxt şəhərdə təxminən 920 min əhali yaşayırdı. Polşa mühacirət hökumətinin siyasətçiləri KO-ya ingilislərin fəal köməkdən imtina etdiklərini bildirməyi "unutmuşdu".
Üsyanın başlaması
1944-cü ilin iyul və avqust ayının sonunda Varşava yaxınlığında Polşa torpağında olan ən böyük tank döyüşü baş verdi. İyulun 28 və 29-da Aleksey Radzievskinin sovet korpusları Varşava-Siedleç magistral yolunu tutmağa çalışdı, ancaq "German-Göring" diviziyasının müdafiəsini qırmağı bacarmadı. "Franek" qrupunun piyadalarına hücumlar daha uğurlu alındı. Otvotsk rayonunda onun müdafiəsində zəif bir nöqtə vardı. Qrup qərbdən əhatə olunmağa başladı və bunun nəticəsində 73-cü diviziya zərbələr altında nizamsız şəkildə geri çəkilməyə başladı. "Franek" qrupu ayrı-ayrı hissələrə bölündü, ağır itkilər verərək şimala doğru geri çəkildi. Bu zaman tank bölmələri piyada diviziyasının köməyinə gəlməyə başladı. Onların arasına "German-Göring" diviziyasının əsas qüvvələri, 4 və 19 tank diviziyaları, SS-in "Vikinq" və "Ölü baş" diviziyaları daxil idi (iki korpusda: Ditrix fon Zaukenin 39-cu tank və Qillenin rəhbərliyi altındakı 4-cü SS tank korpusu). İyulun 30-da 2-ci tank ordusu bütün korpusları ilə hücumlara başladı. General Aleksey Radzievski tabeliyində ki, birləşmələrə Varşava ətraflarını — Praqanı saat 14.00-a qədər ələ keçirmək vəzifəsini qoymuşdu.[21]
30–31 iyul tarixlərində 2-ci tank ordusunun ön qüvvələri Vislanın şərq sahilində yerləşən Varşavanın Praqa rayonuna yaxınlaşdı. İyulun 31-də sovet tank korpusları yerli əhəmiyyətli döyüşlər aparırdı. 8-ci korpus tərəfindən Okunev (Varşavadan 21 kilometr şərqdə) və Minsk-Mazovieçki (Varşavadan 40 kilometr şərqdə) alındı və 16-cı korpus isə düşməni Varşavadakı Svider bağ qəsəbəsi ərazisindən qovdu. İyulun 30-da almanlar Varşavadan 25 kilometr məsafədə yerləşən Volomin və Radzymin şəhərlərindən qovuldu. Eyni zamanda, kəskin yanacaq çatışmazlığı, canlı qüvvə və ləvazimat köməyi olmaması səbəbindən 2-ci tank ordusunun hücumu tədricən səngidi. Sovet xəbərlərinə görə, avqustun 1-dək ön hissələr Kobılka (Praqadan 8 km şimal-şimal-şərqdə), Medezeşin (Praqadan 5 km cənub-cənub-şərqdə) ərazilərinə çatdı. Alman qoşunları Varşavanın möhkəmlənmiş istehkamlarına güvəndikləri üçün daha yaxşı vəziyyətdə idilər. Praqanı bir hücuma ələ keçirmək cəhdi uğursuz oldu. "German-Göring" diviziyası və 19-cu tank diviziyası Praqa bölgəsindən, şimaldan 4-cü tank diviziyası və şərqdən "Vikinq" və "Ölü Baş" hücuma keçmişdi. Avqustun 1-də 2-ci tank ordusu aktiv hücum əməliyyatları keçirmədi və ələ keçirilən mövqelərdə möhkəmləndi.[21] Praqa tərəfdən Vislanın sağ sahilində Tet-de- Ponda təxminən 30 min alman əsgəri vardı (komandir — tank qüvvələrinin generalı Ditrix fon Zauken).
İyulun 31-i axşamı general Tadeuş Komorovski sürgün hökumətinin nümayəndə heyətinin iştirakı ilə, Krayova Ordu dairəsinin komandirinə, avqustun 1-də səhər saat 5-də üsyana başlamağı əmr etdi. KO kəşfiyyat xidməti gecikmədən dərhal rəhbərliyə Varşavanın kənarındakı alman müdafiəsinin gücləndirilməsini və düşmənin tank diviziyalarının olmasını bildirdi. Xidmətin rəhbəri polkovnik K. İranek-Osmetski KO komandanı general Tadeuş Komorovskiyə üsyanı təxirə salmasını təklif etdi.[22] Diviziya generalı Tadeuş Komorovski generallar Leopold Okulitski və Tadeuş Pelçinski ilə məsləhətləşdikdən sonra üsyana başlamaq əmrini verdi. Əmrin verilməsində general Okulitskinin təzyiqi və sovet tanklarının Praqaya girməsi barədə şayiə mühüm rol oynadı.[7][8] Taleyüklü qərar vaxtından əvvəl üsyana başlamağın əleyhinə olan zabitlərin yoxluğunda qəsdən dar bir dairədə qəbul edildi. Varşavadakı təxminən yaxşı silahlanmış iyirmi minlik nasist qarnizonu var idi. Onlar artilleriya, özüyeriyən toplar və tank dəstəyinə mailkdi. By qüvvəyə qarşı Krayova Ordusu rəhbərliyi yalnız qismən silahlanmış və zəif hazırlanmış döyüşçülər çıxardı. KO-nun planına görə eyni anda yüzlərlə obyektə hücum edilməli idi. Taktiki səviyyədə üsyanı A. Xurutsel (Montyor) idarə edirdi. Təyin olunan gündə nahardan sonra (lakin ayrı axtlarda müxtəlif səbəblərdən) KO dəstələri üsyana başladı. Avqustun 1-də saat 5-ə qədər toplanan təxminən 20–25 min insana təxminən 3 min ədəd (təxminən 1.7 min tapança, 1 min tüfəng, 300 avtomat) şəxsi kiçik silah-sursat düşürdü.[7] Bunlardan da əsasən tapança və 67 pulemyotun (60 əl və 7 qurğu)[7] cəmisi 2–3 günlük güllə ehtiyatı var. Hər kəsə təxminən 25 min qumbara var idi ki, bunun da 95%[10] gizli sexlərdə hazırlanmışdı.
Üsyançılar qəfil yaxalama effektindən tam istifadə edə bilmədilər, çünki düşmən çıxışın tarixini bilirdi və avqustun 1-də səhər saat 5-ə qədər alman bölmələri əsasən döyüş mövqelərini ələ almağı bacardılar. Alman istehkamları ilk vaxtlar müdafiə olunurdular. Atəş gücündə üstünlüyə malik olan almanlar demək olar ki, bütün strateji nöqtələrə edilən hücumları dəf edə bildilər. Nəticədə ələ keçirmə əməliyyatı iflasa uğradı. Hərbi baxımdan ilk gündən üsyanın uğursuzluğa məruz qalması bəlli idi. Nasistlərin hərbi gücü KO-nun məhdud imkanları ilə sadəcə müqayisə olunmurdu. Üsyançıların faşistlərin hissələrini şəhər döyüşündə məğlub etmək şansı yox idi. Şiddətli küçə döyüşləri başladı. Qətiyyətli qarşıdurma ilə qarşılaşan bəzi üsyançı dəstələrin komandirləri öz dəstələrini ya buraxır, ya da şəhərdən yaxınlıqdakı meşələrə aparırdılar.[7] Üsyançılar demək olar ki, qorunmayan yaşayış məhəllələrinin bir hissəsini işğal etdilər. Varşava və Varşava ətrafında Krayova Ordusunun tərkibində 50 min nəfər var idisə, onlardan yalnız 34 minə yaxını səfərbər edildi. Müəyyən sayda mülki əhali də kortəbii olaraq üsyançılara qoşuldu. Yerdə qalan gizli təşkilatlar isə artıq baş tutmuş aksiya ilə üz-üzə qaldılar və üsyanı dəstəkləmək qərarına gəldilər.
1944-cü il avqustun 1-dən sonra almanların hücumu Varşavanın iki qərb bölgəsinə — Volya və Oxota istiqamətləndirildi. Almanlar qərbdən Visla üzərindəki körpülərə, Praqaya və daha şərqə kommunikasiya əlaqələrini təhlükəsizlik altına almaq niyyətində idilər. Üsyançıların demək olar ki, odlu silahları yox idi, çünkü onların bəziləri KO tərəfindən başqa yerlərə daşınmışdı. Üsyançılar zəif hazırlanmışdı, müxtəlif hissələr arasında qarşılıqlı əlaqə yox idi, əsgərlərin çoxunun döyüş təcrübəsi mövcud deyildi.[7] İlk gün mülki əhali arasında 3 minə yaxın qurbanı saymadan təxminən 2 min əsgər öldü (avqustun biri və ikisi faşistlər təxminən 500 ölü və yaralanan, o cümlədən almanlardan yüzlərlə əsir düşdü).[10]
1944-cü il avqustun 1-də axşam çağında "W" təyin olunmuş saatda qüvvələrin cəmləşməsi prosesində iştirak edənlərin dörddə biri Varşavanı tərk etdi, hərbi vəziyyət üsyan təşkilatçılarının xeyrinə deyildi. Üsyançılar ələ keçirilməsi planlaşdırılan 406 strateji əhəmiyyətli obyektlərdən yalnız bir hissəsini əldə edə bildilər (əvvəldən prioritet hədəflər müəyyən edilməmişdi). Üsyançılar nə Varşavada nə də Varşava ətrafında almanları tamamilə şəhər mərkəzindən çıxara bilmədi. Həmçinin əsas rabitə, qala və körpüləri də ələ keçirmək mümkün olmadı. İlk günlərdə üsyançılar paytaxtın təxminən 1/3-ni azad etdilər.[23] Tutulan ərazilərin daxilində alman hərbçiləri qalırdı. Üsyançılar Varşavanın hərbi komendantı, general-leytenant Stageli və Varşava qubernatoru Fişeri təcrid etməyə müvəffəq oldular, barrikadalar quruldu.
Şəhər mərkəzinin çox hissəsi üsyançıların əlinə keçdi, lakin hətta burada da onlar artıq hücumu davam etdirə bilmədilər və hökumət rayonu, dəmiryol stansiyaları (bir dənəsi istisna olmaqla), kazarmalar, Varşava qalası, bütün körpülər, qərargah, silah anbarları və hər iki hava limanı almanların əlində qaldı. Almanlar üsyançıları ayrı-ayrı mərkəzlərdə təcrid etdilər, buna görə də üsyançılar birdənə də olsun ümumi azad ərazi yarada bilmədilər. Onların vəziyyəti getdikcə ağırlaşırdı. Avqustun 1-də axşam Bur-Komorovski mühacirətdə olan hökumətin deleqatının iştirakı ilə Londona sovet qoşunlarının təcili olaraq Varşavaya hücum etməsini tələb edən bir radioqram göndərdi:[24]
Varşava üçün açıq döyüşlərə başladığımız üçün [37] tələb edirik ki, Sovetlər kənardan təcili hücumla bizə kömək etsinlər. |
Avqustun 2-də Krayova Ordusunun komandanlığı, Qərbdə Polşanın Silahlı Qüvvələrinə daxil olan general Stanislav Sosabovskinin 1-ci polyak ayrıca paraşüt briqadasının[10][25] Varşava ətrafına, Volaya enməsini tələb etdi ki, həm də təyyarələrdəndə döyüş sursatları və silahlar atılsın. Avqustun 3-də Praqa bölgəsindəki üsyan təmamilə yatırıldı.
Avqustun 5-də üsyançılar Qensiuvka konslagerini ələ keçirdilər. Oradan 348 yəhudi də daxil olmaqla 383 məhbus azad edildi. Bununla belə, alman qüvvələri ciddi itki vermədilər. Onlar şəhərdə əsas mövqeləri tutdular və üsyançıları müdafiəyə keçməyə məcbur etdilər.[7][11]
Avqustun 6-da Bur-Komorovski 1942-ci ildə almanlar tərəfindən əsir alınan, sonra Rusiya Azadlıq Ordusuna qatılan sovet zabiti K. A. Kaluqinin adından Londona radioqram göndərdi. 1943-cü ildə Konstantin Kaluqin Vlasov bölmələri ilə iş aparan Polşa kommunistlərinin Lyadov Qvardiyası adlı gizli təşkilatı ilə əlaqə qurdu. 1944-cü il iyulun sonunda Konstantin Kaluqin Varşavaya gəldi və avqustun 2-də Krayeva Ordusunun patrulu tərəfindən tutuldu. O, bundan sonra Polşa üsyançılarına qoşuldu. Radioqramda Konstantin Kaluqinin SSRİ rəhbərliyinə üsyançılara "avtomat silah, sursat, qumbara və tank əleyhinə tüfənglərlə … təmin edilməsi" xahişi daxil edilmişdir.'[26] KO qərargahı keçmiş vlasovçu kapitan Konstantin Kaluqini Konstantin Rokossovskinin və ya İosif Stalinin hərəkətləri koordinasiya etmək üçün Varşavaya paraşütlə atılmış kəşfiyyat zabiti olaraq təqdim etdi.
Alman komandanlığının cavabı
Almanlar tərəfindən Varşavanı general Nikolas fon Foremanin 9-cu ordusu müdafiə edirdi. Əsas rabitə və kommunikasiya mərkəzi olan Varşavanın saxlanmasına mühüm rol verilirdi. Polşa paytaxtı ərazisində və daxilində nasistlərin böyük qüvvələri cəmləşmişdi. Bu qüvvələrin tərkibində xeyli sayda tank, artilleriya və aviasiya var idi. Varşavanın hərbi komendantı general-leytenant Rayner Ştael təyin edilmişdi. Şəhərdə beş müdafiə sektoru yaradılmışdı. Körpülər minalanmış, güclü şəkildə möhkəmləndirilmiş və hər an dağıdılmağa hazır vəziyyətə gətirilmişdi. Varşava güclü hava müdafiəsinə sahib idi(14 zenit silahı 8.8 sm FlaK 18/36/37, 18 zenit silahı 3.7 sm, 132 zenit silah 2 sm FlaK 30). Polis təhlükəsizliyi və Təhlükəsizlik Xidməti (SD) agentləri iyul ayında yaxınlaşan silahlı üsyan haqqında məlumat vermişdilər. Aancaq almanlar genişmiqyaslı bie çıxışın olacağına olduqca şübhə ilə yanaşmışdılar. Varşavada üsyanın başlaması ilə polis, SS, jandarma, SA, döyüş mühəndisləri, körpü mühafizəçiləri, hərbi məktəb kursantları, zenit silahlıları, hava limanına xidmət personalı və minaaxtaranları nəzərə alsaq, 300 fərqli vahid və idarəyə aid təxminən 16 min yaxşı silahlanmış nasist var idi.[7] Alman arxiv məlumatları Varşavanın sol sahilində 16 T-V tankı, 5 T-VI tankı və 28 hetzer özüyeriyən artilleriya qurğusu olduğunu bildirir. Bu qüvvələrin ümumi komandanlığı yaradılmadı. 9-cu ordunun döyüş jurnalında, avqustun 1-i axşamında edilən qeyddə belə deyilirdi:[20]
Varşavada polyakların gözlənilən üsyanı saat 17.00-da başladı. Varşavanın hər yerində döyüşlər gedir. 39-cu tank korpusunun birbaşa tədarük arteriyası kəsilmişdir. Şükür ki, Varşava telefon qovşağının əldə saxlanılması Vermaxt qərargahı və 30-cu tank korpusu ilə əlaqəni təmin edir. 9-cu ordunun komandanlığı üsyanın qarşısını almaq üçün polis qüvvələri tələb edir. |
Varşavadakı üsyan xəbərini aldıqdan sonra Reyxfürer-SS Henrix Himmler, SS hissələri və polis tərəfindən basqın təşkil etmək üçün avqustun 2-də Şərqi Prussiyadan Poznana gəldi. Cəbhədəki vəziyyət Vermaxta üsyanı yatırmaq üçün əhəmiyyətli qüvvələri cəmləşdirməyə imkan vermirdi.[lower-alpha 4] Hitler Varşavanı yer üzündən silməyi və bütün əhalisini məhv etməyi əmr etdi.
Almanlar avqustun 2-si və 4-ü tarixlərində Varşavaya əlavə qüvvələr çəkib gətirdi. Onlar əsasən Oxota (Kaminski qrupu) və Volya (general Raynefartın döyüş qrupu, Oscar Dirlevangerin SS cəza alayı da daxil olmaqla) rayonlarında yerləşdirildi. Henrix Himmlerin tapşırığı ilə 1944-cü il avqustun 4-də SS və polis dəstələrinin başında, SS və polis qruplarının ən yüksək komandiri Haynts Raynefart Poznandan Varşavaya gəldi. Avqustun 5-də almanlar silah və hərbi texnikada mütləq üstünlüyə sahib olmaqla tanklar, ağır artilleriya və hücum təyyarələrindən istifadə edərək ümumi hücuma keçdilər. Raynefartın komandanlığı altında SS və polis bölmələri, eyni zamanda mülki əhalinin tamamilə məhv edilməsini həyata keçirərək Volskaya küçəsi boyunca Volyaya hücum etdi. Avqustun 5-i axşamından etibarən SS oberqruppenfürer Erix von dem Bax von dem Bax döyüş qrupun sərəncamına aldı və əlavə köməyin göndərilməsini istədi. Bu məmur öz qəddarlığı ilə tanınırdı və üsyanı qan içində boğmaq tapşırığı aldı. Qoşunlara artilleriya, özüyeriyən artilleriya qurğuları, tanklar, zirehli maşınlar və təyyarə timi verildi. Ancaq fon dem Bax arzu etdiyi dəstəyi — bir tam tərkibli Vermax diviziyası və ya SS qoşunları almadı.[7] 1944-cü il 5 avqust axşamı və avqustun 12-də fon Dem Bax Varşavanın mülki əhalisinin edam edilməsinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan əmrlər verdi.[27],[28] General fon Foremanın 9-cu ordusu Varşava qarnizonuna ümumi dəstək verirdi. Üsyanın ilk günlərində almanlar bir neçə döyüşdə əhəmiyyətli rol oynyan "German-Görinq" diviziyasının cəbhəyə yürüş edən tank bölmələrindən (21 T-IV tankları) böyük kömək aldılar.
1944-cü il avqustun 5-i tarixinə Heinz Raynefartın ixtiyarına aşağıdakı qüvvələr daxil idi.[29]
- "Zonder-alay SS "Dirlevanger"": 881 nəfər;
- Vermaxtın 608-ci mühafizə alayı: 618 nəfər;
- Vermaxtın 111-ci Azərbaycan alayının iki batalyonu: 682 nəfər;
- SS RONA hücum briqadasının birləşmiş alayı: 1700 nəfər;
- Vartelandın polisi və SS dəstələri: 2.740;
Cəmi: 6621 nəfər. Vermaxtın zirehli qatarı da komandirə tabe idi. 1944-cü il avqustun 11-də radio ilə idarə olunan nəqliyyat vasitələrinin 302-ci ayrı tank taboru qrupun tərkibinə daxil oldu(24 STuG IV hücum silahı, 64 Borgward I özüyeriyən mina).[30] 1944-cü il avqustun 12-dən etibarən Erix fon dem Bax Varşavada sol sahilində kı bütün faşist qüvvələrinə rəhbərlik edirdi.
Kollaborasionistlərin hərbi hissələri də üsyanın yatırılmasında iştirak edirdilər:
- Mayor İ. D. Frolovun komandanlığı ilə SS-in "RONA" hücum briqadası (1700 nəfər, 4 T-34–76 tankı, 1 özüyeriyən artilleriya qurğusu və 2 haubitsa);[31]
- 1-ci Şərqi-müsəlman SS alayının 1-ci və 2-ci batalyonları (800 zabit, unter-zabit və sıravi);[31]
- Vermaxtın 111-ci Azərbaycan alayının iki batalyonu;[31]
- 5-ci Kuban kazak alayı (komandir — polkovnik Bondarenko);[31]
- 57-ci qarovul alayının 3-cü kazak süvari batalyonu;[31]
- Kazak Düşərgəsinin 3-cü süvari dəstəsinin 69-cu kazak batalyonu;[32]
- 572-ci kazak batalyonu;[31]
- 209-cu kazak polis batalyonu;[31]
- SS hissələri və polis bölmələri, sonradan bölməyə daxil olmuş Qalisiya ukraynalıları[33] və sonradan diviziyanın tərkibinə daxil edilən "Ukrayna Özünümüdafiə Legionu" (31 Schutzmannschafts SD batalyonu);[34]
- SD tərkibində olan 13-cü Belarusiya polis batalyonu (Weissruthenische-Polizei (SD)-Bataillon № 13).[35]
Üsyanın yatırılmasında Kazak Düşərgəsinin kazakları xüsusi fəallıq göstərirdilər. Kornet İ. Anikin başçılıq etdiyi kazak dəstəsinə Bur-Komorovskinin qərargahını ələ keçirmək tapşırığı verilmişdi. Ümumilikdə kazakların özlərinin verdiyi məlumata görə, onlar 5 min üsyançını əsir götürmüşdülər. Göstərdikləri xüsusi fəallığa görə alman komandanlığı bir çox kazak və zabiti məmuru "Dəmir Xaçlar"la mükafatlandırdı.[36]
Avqustun 5-də almanlar avqustun 17-dək davam edən tanklar, ağır artilleriya, zirehli qatarlar və hərbi təyyarələrdən istifadə edərək genişmiqyaslı əks-hücum təşkil etdilər. Üsyançılar artilleriya atəşi və hava bombardmanı altına alındılar. Alman "Junkers Ju 87-si", "Heinkel He 111-i" və "Messerşmitt"ləri Köhnə şəhər üzərində cəmisi bir Ju-87 itirməklə 1 606 bombardman həyata keçirdi. Alman qüvvələri komandanı fon dem Baxın taktikası ayrı-ayrı üsyan mərkəzlərini təcrid etmək və onları bir-bir məhv etməkdən ibarət idi.
Hücum edən alman cərgələri Varşavanı "üsyançı adalara" ayırdılar. Ələ keçirilən ərazilərdə almanlar və kallaborasionistlərdən ibarət cəza dəstələri Varşavanın mülki əhalisini kütləvi şəkildə edam edirdilər. Onlar mülki əhaliyə təcavüz edir, qarətlər törədir və şəhər binalarını qəsdən dağıdırdılar. Köhnə şəhər uğrunda döyüşlər xüsusilə davamlı gedirdi.
Avqustun 18-də alman qoşunlarının komandanı SS generalı Bax-Zelevski KO-ya silahı yerə qoyanlara hərbi əsir statusu, məhbuslara və əhaliyə insani münasibət vəd etməklə təslim olmağı təklif etdi. Bütün kapitulyasiya təklifləri cavabsız qaldı.[33] Avqustun 20-də fon dem Baxın korpuslarının qüvvə və vasitələrinin tərkibi, habelə gücü — maksimum 25 min nəfərə qədər canlı qüvvə müəyyən edildi.[7] Üsyan iştirakçılarının ümumi sayı 40 min nəfərə çatdı, onların arasında yalnız bir neçə min nəfər kiçik silahlarla silahlanmışdı (üsyan zamanı silahlar və döyüş sursatları döyüşlərdə əldə edilir, emalatxanalarda istehsal olunur və ya müttəfiqlərin təyyarələri tərəfindən atılırdı). Avqustun 23-də sürgün hökumətinin Varşavada yerləşən nümayəndə heyətinin müavini Londoya məlumat verdi ki:[10]
Getdikcə daha geniş yayılan kommunist təbliğatının təsiri altında, hər kəs müttəfiqlərin və Rusiyanın köməyi ilə ilkin zəmanət olmadan erkən üsyanın məsuliyyətini kim daşıyır -sualını verməyə başlayır. Üç həftə davam edən döyüşlərdən sonra, Varşavadakı vəziyyət üsyançılara lazımi kömək göstərilməməsi səbəbindən siyasi qalmaqal xarakteri almağa başlayır. İctimai rəy hökuməti beynəlxalq aləmdə çəkisi olmamaqda günahlandırır. Müttəfiqlərə qarşı düşmənçilik müstəvisinə yaxın olan narazılıq artır. Dərhal güclü yardım tələb edirik, üç həftəlik gecikmə üçün izahat tələb edirik, bütün bunlar da qələbə əvəzinə xarabalıqlar və minlərlə qurbanımızın olmasına səbəb oldu. |
Mətbuat öz növbəsində üsyanın SPP "Kostyuşko" radio stansiyasının iyulun 29-dakı çağrışından sonra başladığını dedi.[10] Avqustun 25-də alman komandanlığı əhaliyə müraciət edərək şəhəri tərk etməyi təklif etdi.
Avqustun 31-də Köhnə şəhərin küçələrində ağ bayraqlar qaldırmaq və barrikadaları sökmək cəhdi edən qəzəbli kütlə toplandı. Onlara qarşı atəş açıldı.[10] Sentyabrın 2-də Köhnə şəhər təslim oldu və polkovnik K. Ziemskinin rəhbərlik etdiyi üsyançılar yeraltı kanallar vasitəsilə Mərkəz və Joliboj rayonlarına qaçdılar.
İngiltərədən uğursuz hava desantı istəyi cəhdi
Londondakı sürgün hökumətinin və KO komandanlığının fikrinə görə, üsyançılar İngiltərədən polyak hərbi hissələrinin hava vasitəsilə gətirilməsiylə dəstək almalı idilər.[37] Bu isə müttəfiq hava limanlarından Varşavaya qədər çox böyük məsafə olması səbəbindən tamamilə qeyri-real idi. Ancaq britaniyalılar Londondakı polyakların dəfələrlə xahişlərinə baxmayaraq bu işdə iştirak etmək istəmədilər. Bu səbəbdən üsyanı dəstəkləyən hava hücumu baş tutmadı.
Qızıl Ordunun Visla və Naravdakı əməliyyatları
Varşava ətrafına çatdığı müddətdə, Qırmızı Ordu iyunun 23-dən bəri təxminən 500 kilometr məsafəni qət edərək kommunikasiya və rabitə xəttlərini xeyli uzatmışdı. İrəli hərəkət planlaşdırıldığı kimi 150–250 km deyil, 400–500 km oldu. Hərbi texnikada və şəxsi heyətdə itkilərin yeri doldurulmamışdı. Hücumun sonuna qədər bölmələrin döyüş gücü xeyli sayda azalmışdı. Ümumi heyət 50%, piyadaların sayı 25%, tank bölmələrində döyüşə hazır olan nəqliyyat vasitələrinin sayı ştat cədvəlinin 30%-ni təşkil edirdi. Sursat, geyim, ərzaq, yanacaq və sürtkü materialları olan nəqliyyat vasitələri geridə qalır, ağır artilleriya gecikirdi. Bundan əlavə cəbhədəki qüvvələr müvəqqəti olaraq hava müdafiəsini itirdilər, çünki onların tabeliyinə verilmiş 16-cı hava ordusu döyüş bölgəsinə ən yaxın olan aerodromlara köçmək üçün hələ imkan tapmamışdı. Varşava yaxınlığında ümumi vəziyyət olduqca mürəkkəbləşməyə doğru getdi. Alman 2-ci Ordusunun bölmələri Sovet qoşunlarının iyulun 27-də rastlaşdığı Sedlçe — Byala Podlyaska xətti boyunca müdafiə xətti təşkil etdi. Almanlar öz növbəsində, SS qoşunları da daxil olmaqla Varşavaya 5 tank diviziyası çəkərək əks hücuma keçdilər və avqustun 1-də Sovet qoşunlarını müdafiəyə geçməyə məcbur etdilər. 30 iyul — 1 avqust arası yeni alman hissələri xeyli irəliləmiş və Varşava Praqasına yaxınlaşan 2-ci qvardiya tank ordusuna hücum edərək onu geri çəkilməyə məcbur etdi. 1944-cü il avqustun 1-də "Mərkəz" ordu qrupunun komandanı general-feldmarşal Valter Model hərbi qüvvələrin geri çəkilməsini qadağan etdi. 1944-cü ilin iyul–avqust aylarında Varşava şəhərini müdafiə edən "Mərkəzi" ordu qrupu Belarusda verdiyi itkiləri nəinki qismən kompensasiya etdi, həm də yeni komandanlığın səyləri ilə zirehli qüvvələr və təyyarələrlə güclənərək, hətta əvvəlki səviyyəni keçdi. "Mərkəz" ordu qrupu iyul və avqust ayının ilk günlərində 9 tank bölməsi, bir tank briqadası və bir panserqrenadyor bölməsi daxil olmaqla otuz üç bölmə və dörd briqada ilə gücləndirildi. "Mərkəz" ordu qrupunun komandanı təyin olunan general-feldmarşal Model bütün qüvvələri Varşava sektorunda cəmləşdirdi. Bu, sovet-alman cəbhəsinin digər sektorlarında Vermaxt qüvvələrinin zəifləməsinə, qərb cəbhəsində və işğal olunmuş ölkələrdə alman qoşunlarının vəziyyətinin pisləşməsinə səbəb oldu.
2-ci tank ordusu iyulun 25-də Vislanın qərb sahilinə uğursuz bir həmlə cəhdindən sonra, Demblin dəmir yolu körpüsü boyunca Visla çayının sağ sahili boyunca ümumi istiqamətdə şimala hücum etdi.[38] Radziyevskinin ordusu Varşavadan 40 km şimalda Visla və Narev şayı qovşağında Serock bölgəsində bir plasdarm ələ keçirməyi planlaşdırırdı. Bu istiqamətdə irəliləyən ordu Vislanın şərq sahilində yerləşən Varşava ətrafı olan Praqa rayonunu ələ keçirməli idi. Ordu sağ cinahın 6-cı süvari diviziyanın zəif müdafiə etməsi ilə hərəkət edirdi. Üstəlik, xeyli irəli atılmış 3-cü tank korpusu piyada və süvari bölmələr gecikdiyindən dəstəksiz qalmışdı. Avqustun 1-də o mühasirəyə düşdü ("german Görinq" diviziyası, 19-cu tank diviziyası və 5-ci SS "Viking" tank diviziyası onun arxasında idi) və alman mənbələrinə görə praktik olaraq məhv edildi.[39][40] Avqustun 2-də 8-ci qvardiya tank korpusu möhkəm zərbə ilə mühasirəyə alınanlara dar bir dəhliz açdı.[21] Kobılka, Radzimin və Volominin irəliləməsi durduruldu, 8-ci qvardiya tank və 3-cü tank korpusu isə bir neçə istiqamətdən hücum edən düşmən tank bölmələrindən qorunmalı idilər. Ancaq Okunev və Medzeşin Qırmızı Ordunun əlində qaldı. 8-ci qvardiya tank korpusu ağır itkilər verdi, 16-cı tank korpusu isə ciddi itkilərə məruz qaldı. 20 iyul — 5 avqust tarixləri arasında ordu itkiləri 1261 tank və özüyeriyən artilleriya qurğusu (ilkin gücün 156% -i) təşkil etdi. yəni hər sırada olan texnikadan 3/1-i.[21] Avqustun 5–6-da 47-ci ordu birləşmələri yaxınlaşdıqdan sonra bu vaxta qədər 284 tank[41] itirən 2-ci tank ordusu (alman məlumatlarına görə 337[38]) döyüş meydanından geri çəkildi. 27 iyul — 5 avqust dövrü ərzində ordunun qaytarılmaz itkiləri 180 tank və özüyeriyən artilleriya qurğusu idi.[21] Daha 51 ədəd zirehli maşın əsaslı təmir üçün SSRİ-nin təmir zavodlarına göndərildi.
Radzimin yaxınlığında edilən əks-hücumdan sonra 3-cü tank korpusu yeni qüvvələrlə möhkəmləndirilmək və dincəlmək üçün Minsk-Mazoveiskiyə göndərildi. 16-cı tank korpusu isə Maqnuşevski plasdarmına atıldı. Onların qarşısında yenə də "German Göring" və 19-cu tank diviziyası durdu. Avqustun 2-də 69 və 8-ci qvardiya orduları Qarvolin rayonunda almanların əks-hücumu altına düşərək hücumu dayandırmaq və müdafiəyə keçmək məcburiyyətində qaldılar. Əsas səylər hücumu davam etdirərək Polşa paytaxtının şimal və cənub istiqamətində nəyin bahasına olursa-olsun plasdarm yaradıb möhkəmlənməklə Varşavanın qərbindəki mühasirə halqasını bağlamağa yönəldilmişdi. Döyüş avqustun 10-dək davam etdi.[9] Nəticədə almanların hücumu dayandırıldı, Maqnuşev və Pulavi rayonlarındakı möhkəmləndirilmiş körpülər Qızıl Ordunun əlində qaldı. Lakin cəbhənin bu hissəsində 1-ci Belorus Cəbhəsi nəqliyyatsız qalaraq manevr etmək imkanından məhrum oldu.[9] Almanlar sovet birləşmələrini ələ keşirdikləri plasdarmlardan vurub çıxarmaq üçün bir neçə şiddətli əks-hücum təşkil etdilər. Lakin opnlar istədiklərinə nail olmadılar. Sovet hərbçiləri mövqelərini qorudular, lakin onları genişləndirməyə gücləri çatmadı. Visla çayının sol sahilindəki sovet qoşunlarının əlində olan plasdarmlar üstündə şiddətli döyüşlər avqustun sonuna qədər davam etdi. Əməliyyat planlarına uyğun olaraq Varşava istiqamətinə yönləndirilən 47-ci və 70-ci Sovet orduları avqustun 10-da hücuma keçdilər. Avqustun 17-də onlar 8-ci qvardiya tank korpusu ilə möhkəmləndirildilər.
1-ci Belorus Cəbhəsinin itkiləri əsasən Şərqi və Qərbi Belarusdan gətirilən təcrübəsiz döyüşçülərlə doldurulurdu. Bu isə öz növbəsində döyüş effektivliyinin kəskin dərəcədə azalmasına səbəb olurdu.
Alman hərbi tarixçisi Kurt Tippelskix hesab edir ki, üsyan zamanı "Rus ordusunun hücum gücü artıq tükənmişdi və bu səbəbdən ruslar Polşa paytaxtını birbaşa ələ keçirmək niyyətindən imtina etmişdilər". Lakin onun fikrincə üsyanın başlamasından dərhal sonra rus qoşunları "möhkəmləndirlmiş körpü istehkamlarına hücum etməyə davam etsəydi, şəhərdəki alman qoşunlarının mövqeyi ümidsiz olardı." Sovet hücumlarının dayandırılması almanlara üsyanın yatırılması üçün lazım olan qüvvələri cəmləşdirməyə imkan verdi. Avqust ayında Tippelskirxin qeyd etdiyi kimi, Qırmızı Ordu fəaliyyətini Varşavanın cənubundakı Pulav və Varka yaxınlığındakı körpü istehkamlarına doğru yönləndirdi. Lakin bu istiqamətdə faliyyətinin genişlənməsi üçün uzun, lakin uğursuz döyüşlərə girdi. O, bu kiçik uğurları alman qoşunlarının əzmkarlığı və "rusların əsas səylərini cəbhənin digər sahələrinə cəmləməsi" ilə izah edir.[40]
İngilis tarixçisi Norman Devisin fikrinə görə Varşava ətrafında olan sovet qruplaşması əsas qüvvələrin Rumıniya-balkan cəbhəsinə cəlb edilməsi səbəbindən zəifləmişdi.[42] Ancaq amerika hər tarixçisi David Qlanzın sözlərinə görə, yalnız "Debreçen əməliyyatı" başlayanda, yəni üsyanın məğlubiyyətindən 4 gün sonra 2-ci Ukrayna Cəbhəsi 1-ci Belorus Cəbhəsindən Plievin mexanikləşdirilmiş korpusu şəklində möhkəmləndirmə almışdı. Rumıniyada və Balkanlarda döyüşən qalan cəbhələr heç bir yeni qüvvə almadılar və əksinə, birləşmələrini 2-ci Ukrayna Cəbhəsinə təhvil verməyə məcbur oldular. Polşa tarixçisı Yan Novak-Ezyoranskiyə görə üsyan başlayandan sonra Sovet tank qoşunlarının yanacaqla təminatı dayandırıldı.[43]
Avqustun 8-də G. K. Jukov və K. K. Rokossovski İ. V. Stalinə aşağıdakı tədbirlər planını təklif etdilər: bir neçə günlük istirahət üçün lazımlı fasilə, arxadan əlavə qüvvələr gətirmək və avqustun 10-dan 20-dək toparlanmaq və bir sıra hazırlıq əməliyyatları keçirmək. Cəbhənin sağ qanadının Pultusk ərazisindəki körpü istehkamlarının tutulması ilə Narev çayına çıxmaq, sol qanadın köməyi ilə Visla üzərindəki Sandomir körpü istehkamlarını genişləndirmək və ən azı 5 gün dincəldikdən sonra ən əlverişli şərtlər altında 25 avqustdan gec olmayaraq 1-ci Belorus Ordusunun sağ qanadının Narev çayı sahilinə çatması ilə Varşavanı azad etmək üçün genişmiqyaslı bir əməliyyata başlamaq nəzərdə tutulurdu.[44] Bu hərəkətlərin nəticəsi Modlinin qərbində Vislanı keçərək plasdarm qurub iki istiqamətdən zərbə ilə (Narev çayının qərb sahilindəki körpü istehkamları və Radomski körpü istehkamı) Varşavanı mühasirəyə almaq və azad etmək olmalı idi. Üstəlik Varşavanın birbaşa ələ keçirmək hüququ Polşa Ordusuna verilirdi. Lakin rus tarixçiləri Boris Sokolov və E. Duraçinski bu planın heç bir nəticəsi olmadığını düşünürlər.[45] Boris Sokolov və E. Duraçinskinin dediyinə görə bu plana müvafiq əmrlər verilmədi və Varşava əməliyyatı həyata keçirilmədi.[46]
Boris Sokolov qeyd edir ki, avqustun ortalarında Varşava yaxınlığında əks hücum təşkil edən beş alman tank diviziyası Varşava cəbhəsindən geri çəkildi və şimala göndərildi. Bunda əsas məqsəd "Şimal" və "Mərkəz" ordu qrupları arasındakı quru əlaqələrini bərpa etmək üçün dəhlizin açılması idi. Sokolov iddia edir ki, bu əməliyyat Sovet İttifaqının Varşavaya hücumu halında öz mənasını itirirdi, çünki, zəifləmiş alman qüvvələri Latviyadan Oderə qədər olan şimal cəbhəsini saxlaya bilməzdi. Boris Sokolovun dediyinə görə, Visla üzərindəki 1-ci Belorus Cəbhəsinin qoşunları almanların 3-cü tank ordusunun avqustun 20-də aldığı Tukumsdan Baltik dənizinə çıxanadək yerindən tərpənmədi.[40] Lakin müasir rus tarixşünaslığı bu iddiaları rədd edir. Onlara görə yalnız 39-cu tank korpusu Kurlandiyaya göndərilmişdi. "Ölü baş" və "Viking" diviziyalarını özündə cəmləşdirən 4-cü SS tank korpusu, 19-cu tank diviziyası ilə möhkəmləndirilərək Varşava[39] yaxınlığında qaldı. Rus tarixşünaslığının dediyinə görə 1-ci Belorus Cəbhəsinin sağ qanadının qoşunları avqustun 10-da, cəbhənin sol qanadının qoşunları avqustun 19-da hücuma keçdilər və 1-ci Ukrayna cəbhəsinin Sandomir körpü istehkamında olan qoşunları avqustun 14-dən cəbhə Zvolen, Radoma keçməyə çalışdılar.[47]
Varşavanın cənubunda, Pulavi rayonunda kı sovet körpü istehkamları ətrafında və Varka kommunasının ərazisindəki Piliça çayı yaxınlığında ağır döyüşlər davam etdi. Körpü istehkamları sovet qoşunları tərəfindən genişləndirildi, ancaq alman səngərlərinin keçilməsinə cəhd uğursuz oldu.[38][40] 1-ci Belarus Cəbhəsinin 1944-cü ilin avqustunda itkiləri 102.592 nəfər (23487 öldürülmüş, 76.130 yaralanmış və 2975 itkin düşmüşdü) oldu.[48] 1-ci Belarus Cəbhəsinin qoşunları 1 avqust — 1944-cü il sentyabrın birinci yarısında 166808 nəfər əsgər və komandir itirdi. Təkcə avqust ayında 1-ci Ukrayna Cəbhəsinin itkiləri 122,578 nəfər təşkil edirdi. Avqustun 29-da Baş qərargahın qərarı ilə cəbhənin sağ qanadının qoşunları istisna olmaqla 1-ci Belarus Cəbhəsinin hücumu dayandırıldı — 8 avqust tarixində plana uyğun olaraq cənubdan və şimaldan Varşavanın mühasirəyə alınması əməliyyatı müvəqqəti mənasını itirdi, bu döyüşlər 1-ci Belarus Cəbhəsinin hücum imkanlarının tükəndiyini göstərdi. Avqustun 29-da gecə saat 2-də Ali Komandanlıq Qərargahı, 220196 nömrəli göstərişi ilə 1-ci Belorus Cəbhəsinin komandanlığından Visla çayının üzərində müdafiəyə keçməsini və qərb sahilindəki bütün körpü istehkamlarını saxlamağı tələb etdi. Varşavanın Praqa rayonu yaxınlığında dayanan və döyüş sırası 80 km-ə qədər uzanan 47-ci ordu bu ərazidə 20 avqusta qədər tamamilə tək qaldı. Ordunun qoşunları Praqa ərazisini azad etmək tapşırığını[49] yerinə yetirmədilər. Avqustun 20-də general Ziqmund Burlinqin 1-ci Polşa ordusu ona qoşuldu.[9] Əməliyyat planlarına uyğun olaraq[50] 47-ci ordunun qüvvələri tərəfindən gücləndirilən 3-cü tank korpusu sentyabrın 1-də Praqa bölgəsində hücuma keçdi — əməliyyat istənilən nəticəni vermədi. Praqanı almaq cəhdi uğursuz oldu.
Sentyabrın əvvəlində Sovet cəbhə kəşfiyyatı Varşavanın şimalındakı 2-ci tank ordusu ilə döyüşdə iştirak edən bir neçə alman bölməsini Vislanın şimal körpü istehkamları bölgəsində aşkar etdi.[44] Bu bir müddət əvvəl istirahət və yeni qüvvələrlə gücləndirilməsi üçün Modlin bölgəsinə gətirilən "Vikinq" tank diviziyası idi. Ancaq o, Polşa Ordusunun irəliləyən hissələri ilə döyüşməyə məcbur olmuşdu.[39] Əldə edilən məlumatlar Varşavanın Praqa rayonunda növbəti hücum barədə qərar verməyə imkan verdi. Güclü artilleriya hazırlığından sonra sentyabrın 10-da 47-ci ordu 70-ci ordu ilə birlikdə, 8-ci qvardiya tank korpusu və 1-ci Polşa ordusu ilə birlikdə hücumu həyata keçirdilər. Sentyabrın 14-də almanlar qoşunlarının qalıqlarını digər tərəfə keçirərək körpüləri uçuraraq Praqanı təmizlədilər. Sovet qoşunlarının çayın qarşı tərəfində, geri çəkilən düşmənin arxasında kəşfiyyat birləşmələri yerləşdirmək cəhdi uğursuz oldu.[44] Avqust-sentyabr aylarında 1-ci Belarus Cəbhəsinin itirdiyi canlı qüvvə 171,665 nəfər, 1-ci Polşa Ordusunun itkiləri isə 7371 nəfər oldu. Polşada dörd cəbhənin ümumi itkiləri 440.879 nəfər təşkil etdi. Bu isə öz növbəsində bütün ordu heyətinin canlı qüvvəsinin 29,8%-i demək idi.
Stalinin üsyanla bağlı siyasi mövqeyi
İyulun 30-da axşam Polşanın Nazirlər Kabinetinin sürgündə olan hökumətin Baş naziri Stanislav Mikolayçikin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya xüsusi səfərə gəldi. O, avqustun 3-ü və 9-da Stalinlə görüşdü. Böyük Britaniyanın SSRİ-dəki səfiri Arçibald Klark Kerr iyulun 31-də Stanislav Mikolayçikə güzəşt etməyi, Kerzon xəttinin şərqdə sərhəd kimi istifadə edilməli olduğunu qəbul etməyi tövsiyə etdi. Səfir baş nazirə həmçinin Polşanın yeni bir hökumətinin qurulmasına dair danışıqlara başlamağı və Polşa Milli Azadlıq Komitəsi ilə əlaqələr yaratmağı da məsləhət gördü. Stanislav Mikolayçik Britaniya səfirinin təkliflərinə qətiyyətli rədd cavabı verdi. Siyasi səbəblərə görə o, Stalinlə görüş ərəfəsində üsyanın tərəfdarı idi.[10],[20] Üsyanın qələbəsi danışıqlarda onun olduqca zəif mövqeyini gücləndirməli idi.
Moskvada olarkən polşalı baş nazir avqustun 3-ü axşamı Stalinlə ilk görüşündə üç məsələ qoydu: Almaniya ilə gələcək rəftara, Polşanın azad edilmiş ərazilərinin idarə olunmasına və gələcək Sovet-Polşa sərhədlərinə dair müqavilə barədə.[51] Avqustun 3-də Stanislav Mikolayçik üsyan barədə Sovet tərəfini məlumatlandırdı.
Avqustun 3-də Stalinlə görüşdə Polşanın baş naziri üsyanın qaçılmaz qələbəsindən danışır, burdan birbaşa uçuş etməyi planlaşdırdığı Varşavada sovet qoşunları ilə görüşəcəyini bildirirdi. Daha sonra Sovet-Polşa sərhədi və mühacir Polşa hökuməti ilə Polşa Milli Azadlıq Komitəsi arasındakı münasibətlərdəki problemlər ətrafında müzakirələr aparıldı. Stalin Sovet hökumətinin PMAK ilə faktiki əlaqələrinin olduğunu, Qırmızı Ordunun sakit bir arxa cəbhənin təmin edilməsində maraqlı olduğunu bildirdi. Əgər mühacir Polşa hökuməti PMAK ilə birgə Polşa hökuməti yaratmaq üçün danışıqlar aparmağı məqsədəuyğun hesab etsə, SSRİ bu işdə kömək etməyə hazır olacaqdır. Yox Polşa mühacir hökuməti bunu arzuolunmaz hesab edərsə, onda SSRİ PMAK ilə əməkdaşlıq edəcəkdir. Elə bu vaxt PMAK nümayəndələri Moskvaya gəldi. Onların Mikolayçik ilə danışıqlarında heç bir nəticə əldə edilmədi. Avqustun 5-də Stalin KO-nun hərəkətlərindən şübhə edərək bildirdi ki, müasir müharibədə artilleriya, tank və təyyarəsi olmayan bir ordu, hətta kifayət qədər kiçik silahları olmayan bir ordu da heç bir nəticə verməyə qadir deyil. O, təsəvvür belə edə bilmir ki, KO almanları Varşavadan necə çıxara bilər?
Avqustun 8-də Stalin Çörçillə Stanislav Mikolayçikin Moskvadakı Polşa Milli Azadlıq Komitəsi nümayəndələri ilə görüşləri barədə məlumat verdi, lakin müzakirələrin bu günə qədər "arzuolunan nəticələrə gətirib çıxarmadıqlarını" bildirdi. 1944-cü il avqustun 9-da Stanislav Mikolayçik ilə Stalin arasında əvvəlcədən planlaşdırılmayan daha bir görüş baş tutdu. Mikolayçik PMAK nümayəndələri ilə apardığı danışıqların nəticələri barədə Stalini məlumatlandırdı və London hökumətinin bu Komitə ilə əməkdaşlıq edəcəyinə əminliyini bildirdi. Almanların Polşadan qovulmasından sonra Polşa hökumətinin necə ola biləcəyi ilə bağlı fikir mübadiləsindən sonra, Stanislav Mikolayçik Varşavada döyüşən polyaklara kömək istəyi ilə Stalinə müraciət etdi. Bu görüşdə Mikolayçik Stalinin PMAK ilə birlikdə hökumətin yaradılması təklifini rədd etdi. Avqustun 9-da Polşa hökuməti nümayəndə heyətinin üzvləri ilə görüşündə Stalin Polşanın müqavimət ordusunun Varşavadakı qiyam qərarını "qeyri-real hesab etdiyini, çünki üsyançıların silahı olmadığını, almanların isə tək Praqa bölgəsində piyada qüvvələrini saymadan üç tank diviziyasına sahib olduqlarını" bildirdi.[52] Stanislav Mikolaçik Stalinə hazırda PMAK ilə münasibətlər məsələsini və Sovet-Polşa sərhədi problemini həll etmək üçün kifayət qədər səlahiyyətə sahib deyil. Polşalı London dairələrinin SSRİ ilə rəsmi əlaqələri bərpa olunmadı, onsuz Sovet komandanlığı ilə birgə və razılaşdırılmış hərəkətlər haqqında razılaşma ola bilməzdi. Bu müddət ərzində aparılan danışıqlarda əslində heç bir nəticə əldə edilmədi. Avqustun 12-də TASS, SSRİ hökumətinin üsyan təşkilatçılarına münasibətini ifadə edən bir bəyanat yaydı.[53][54]
1944-cü il noyabrın 15-də Marian Spıxalskinin rəhbərlik etdiyi Polşa nümayəndə heyəti ilə görüşdə Stalin "Əgər bizdən soruşsaydılar, üsyan etmək üçün məsləhət verməzdik" demişdi. Varşava yaxınlığında sovet qoşunlarının hücumunun dayanmasını o, Vislanın yüksək sol sahilinin olması və ən azı 40 diviziya, silah və ərzağın çatdırılması zəruriliyi ilə izah etmişdi.[52]
Krayova Ordusu rəhbərliyinin və Deleqaturanın SSRİ və PMAK-a münasibətdə siyasi mövqeyi
1943-cü il oktyabrın 1-də Krayova Ordusuna London hökumətindən təlimat göndərildi. Orada Sovet qoşunlarının Polşaya İkinci Reç Pospolita sərhədləri daxilində icazəsiz girməsi halında KO-nun icra etməsi üçün aşağıdakı müddəaları ehtiva edirdi:[7][55]:
Polşa hökuməti, Polşa hökumətinin razılığı olmadan Sovet hərbi birləşmələrinin Polşaya girməsi ilə əlaqədar Polşanın suverenliyinin pozulmasına qarşı Millətlər təşkilatına etiraz göndərir. Hökumət eyni zamanda xəbərdarlıq edir ki, müqavimət hərəkatının nümayəndələrinin tutulması və Polşa vətəndaşlarına qarşı hər hansı bir repressiya baş verərsə, gizli təşkilatlar özünümüdafiəyə keçəcəklər. |
1943-cü il oktyabrın 14-də general Tadeuş Bur-Komorovski almanların işğal etdiyi ərazidə üsyanın mümkünlüyünü nəzərdən keçirərkən, London hökumətinə tabe olan gizli təşkilatların rəhbərlərinin iclasında demişdi ki:[56]
Almaniyanın hələ də Şərq cəbhəsini saxladığı və bizi bu tərəfdən qoruduğu bir zamanda üsyana yol verə bilmərik. Bu vəziyyətdə Almaniyanın zəifləməsi sadəcə bizim maraqlarımıza uyğun deyil. Bundan əlavə Rusiyanı qarşımızda bir təhlükə kimi görürəm... Rusiya ordusu nə qədər uzaqdırsa, bizim üçün bir o qədər yaxşıdır. |
Qərbə doğru sovet ordusunun irəliləməsi şəraitində, KO Yüksək Komandanlığının mətbuat orqanı 1944-cü il 16 mart saylı buraxılışında "Nə düşünürük?" məqaləsində belə yazırdı:[57] "Biz ilk növbətə öz silahlı qüvvələrimizə güvənməliyik…" 1944-cü il avqustun 5-də üsyançı şəhərdən Londona deleqaturanın teleqramı gəldi. Burada KO siyasi rəhbərliyi "almanların ikinci gündür ki, şəhəri təyyarələrlə bombaladığı" vaxtda Qırmızı Ordu paytaxtı işğaldan azad etmək üçün konkret heç bir hərəkət etmir deyilirdi.[58] Teleqramın mətni əvvəlcə polyak mühacirət qəzetlərində, sonra isə ingilis və digər ölkələrin mətbu orqanlarında yayıldı.
1944-cü ilin avqustunda Bur-Komorovski Qırmızı Orduya və SSRİ ərazisində yaradılan Polşa Silahlı Qüvvələrinə mübahisəli məsələlərin həllinə qədər[59][60] Varşavaya buraxmamaq haqda əmr verdi. KO-nu tərksilah etmək cəhdləri halında, qərb ölkələrin müdaxiləsini nəzərə alaraq silahlı müqavimət göstərilməsi planlaşdırılırdı.[61] Krayova Ordusunun hərbçilərinə SSRİ ərazisində yaradılan Polşa silahlı qüvvələrinin sıralarına qoşulmağı qadağan etmək tapşırığı verilmişdi.
Üsyandan bir gün əvvəl KO-nun qərargahını və komandanlığı Volya rayonundakı Kamler fabrikinə köçürmək qərara alındı.[10] Kamler fabrikinin binalarının kompleksi (dəmir-beton konstruksiyalar) müqavimət üçün daha uyğun olduğu səbəbindən seçilmişdi və bir müddət mühasirəyə tab gətirə bilərdi. Burada yerləşən qüvvələr digər üsyançı birləşmələrlə müqayisədə nisbətən yaxşı silahlanmış və təlim keçmiş — "Kedıva" xüsusi bölməsi döyüşçüləri idi.[10] Qərargah həmçinin Londona SOS siqnalını vaxtında vermək üçün güclü bir radio stansiya ilə təchiz edilmişdi.
Qırmızı Ordunun hücumunu dayandırmağının səbəbləri
Bu günə qədər Varşava yaxınlığında sovet hücum əməliyyatlarının dayandırılmasının səbəbləri ilə bağlı iki nöqteyi-nəzər mövcuddur. Bunlardan birincisi Sovet ordusunun hücumu qəsdən dayandırması versiyasıdı. Sovet indi isə Rusiya tarixşünaslığının fikrincə bu versiya üsyana zəif hazırlaşmış onun rəhbərliyinin öz fəlakətli məğlubiyyətlərinə haqq qazandırmaq vasitəsidi. Mühacir hökumətinin fikrincə Stalin almanların Varşavada Krayova Ordusunu məğlub etməsində maraqlı idi. Çünki bununla güc məsələsi sovet tərəfdarı PMAK-ın xeyrinə (Varşava uğrunda döyüşü uduzmaq Polşanın II Dünya Müharibəsində məğlubiyyəti demək idi) dəyişəcəkdi.
1944-cü il avqustun 12-də 1-ci Belarus Cəbhəsinin komandanı Konstantin Rokossovski 00826/OP əmrini verdi. Əmr Visla üzərindən keçərək Praqaya nəzarəti ələ keçirmək vəzifəsini nəzərdə tuturdu. Açıqlanmış arxiv sənədlərinə görə[62], 1-ci Belarus Cəbhəsinin 47-ci ordusu 1944-cü ilin avqust ayı boyu hücum döyüşləri həyata keçirmiş və ayın sonunadək Vislaya çatmışdı. Praqa bölgəsində o, düşmənin möhkəmləndirilmiş mövqeləri ilə üzləşdi və bu istehkamları keçmək üçün bir neçə uğursuz cəhddən sonra ordu dayandı. 1944-cü il sentyabrın 9-da 8-ci qvardiya tank korpusunun komandiri general-leytenant Popov Aleksey Fedoroviç 018/OP əmrini hazırladı. Əmrə görə ordunun qarşısına Praqa bölgəsindəki Visla üzərindəki körpünü tutmaq və burdan çayın qərb sahilinə keçmək vəzifəsi qoyulurdu.[63]
Boris Sokolovun sözlərinə görə, qiyamın son taleyi haqda qərarı İ. Stalin avqustun 9-da, Stanislav Mikolayçikin PMAK ilə birlikdə hökumət yaratmaq təklifini rədd etdiyi zaman verdi. Bir qayda olaraq, Sovet tərəfinin hücumu qəsdən dayandırması mövqeyinin tərəfdarları bir neçə sənədli dəlillərə əsaslanırlar.[64] Boris Sokolov konkret ad çəkmədən üsyan zamanı nasistlərə aid bir neçə sənədə istinad edir.[64]
İkinci, əsasəndə SSRİ-də rəsmi olan mövqeyə görə sovet qoşunlarının hücumu sırf hərbi səbəblərdən yavaşlamışdı. Sürətli irəliləmə nəticəsində uzanan rabitə, 1-ci Belarus Cəbhəsinin ordularının təchizatını və lazımi möhkəmləndirmələri gətirməyə imkan vermirdi. Öz növbəsində Vermaxtın kommunikasiya xəttlərinin azalması ona qərbdən və şimal-şərqdən döyüş qabilyyətli tank və atıcı diviziyaların bölgəyə cəlb etməsinə imkan yaratdı. Bu isə almanlara Nikolay Vedenyevin 3-cü tank korpusunu mühasirəyə almağa, Radzımin-Volomin-Okunev bölgəsində Sovet qoşunlarına ciddi zərbə vurmağa imkan verdi.[39] Qırmızı Ordu daim əks-hücumlara məruz qaldığından böyük itki ilə yalnız sentyabr ayının ortalarında Varşavaya çatdı. Bu zamana isə artıq üsyan mərkəzləri lokallaşdırılmış və Visla üzərindəki körpülər uçurulmuşdu.
1-ci Belarus Cəbhəsinin komandanı K. K. Rokossovski üsyanın tamamilə gözlənilməz olduğunu və onun Qırmızı Ordunun komandanlığı ilə razılaşdırılmadığını qeyd edirdi. Bununla əlaqədar, K. Rokossovski xatirələrində yazırdı ki, üsyançılar "Visla üzərindəki körpüləri ələ keçirməyə və Praqaya nəzarəti ələ almaqla düşməni arxadan vurmağa cəhd edə bilərdilər. Beləliklə, onlar 2-ci tank ordusunun qoşunlarına kömək edərdilər. Bununla da o vaxt hadisələr başqa cür qurtara bilərdi.[65] O, Varşavanın tutulması və əldə saxlanılmasının yalnız üsyanın Qırmızı Ordunun şəhərə birbaşa yaxınlaşması ilə başlandığı təqdirdə mümkün olduğunu qeyd edirdi.
General Kurt fon Tippelskirx yazır ki, üsyan başlayandan dərhal sonra Sovetlər "körpü istehkamlarına hücumunu davam etdirsəydi, şəhərdəki alman qoşunlarının mövqeyi ümidsiz olardı"; yalnız sovet hücumlarının dayandırılması, almanlara qiyamın yatırılması üçün lazım olan qüvvələri cəmləşdirməyə imkan verdi. Ümumiyyətlə, "ruslar əsas səylərini cəbhənin digər sahələrinə cəmləşdirdilər".[66]
Üsyançılara kömək
Qərb müttəfiqləri tərəfindən tədarük
Üsyanın başladığı andan Polşa mühacirət hökumətinin nümayəndələri üsyançılara kömək üçün müttəfiqlərin hərbi və siyasi rəhbərliyinə müraciət etdilər.
Avqustun 2-də Londona Varşavada üsyan olması xəbəri çatdı. Böyük Britaniyanın Baş naziri Vinston Çörçil üsyançıların hava ilə təmin edilməsini təşkil etdi. İlk uçuş 1944-cü il avqustun 4-dən 5-nə keçən gecə edildi. Avqustun 4-də 14 Britaniya bombardmançısı, İtaliyadakı Fociya aerodromundan Varşava istiqamətində uçdu. Bunlardan 7 təyyarə polyak əsilli ekipaja malik idi. Əməliyyat zamanı 5 təyyarə itirildi, ancaq Polşa ekipajı olan üç təyyarə üsyançılara silah çatdırmağa müvəffəq oldu. Polşa ekipajı ilə 3 təyyarədən ibarət ikinci uçuş 1944-cü il avqustun 8-dən 9-na keçən gecə həyata keçirildi və 3 təyyarədən silahlar üsyançılara çatdırıldı.
Stalin sovet hava limanlarında üsyançılara silah və sursat çatdıran Britaniya və Amerika təyyarələrinə eniş etməyi qadağan etdi. Müttəfiqlərin isə ən yaxın aviabazaları İtaliyanın cənubunda və İngiltərədə olduğundan üsyançılara havadan kömək xeyli çətinləşdi. Müttəfiqlərdə Polşa məsələsinə görə SSRİ ilə münasibətləri pozmaq istəmirdi. Xüsusən də ABŞ. Avqustun 24-də ABŞ prezidenti Franklin Ruzvelt Çörçillə Varşavaya kömək etmək imkanını görmədiyini söylədi.[20] Sentyabrın 5-də Ruzvelt ABŞ aviasiyasının sovet komandanlığı ilə razılaşdırılmadan[20] Poltava yaxınlığındakı aerodroma enməyə cəhd etməsini təklif edən Çörçillin təkidinə, rəsmi cavab verərək Varşavada artıq üsyançıların olmadığını söylədi.[20] Böyük Britaniya ABŞ-ni SSRİ ilə güclü qarşıdurmaya və münaqişənin ciddi şəkildə kəskinləşməsinə inandıra bilmədi. Üsyan koalisiyanı zəiflədə bilmədi.
Ümumilikdə Britaniya Hərbi Hava Qüvvələri, Cənubi Afrika Hərbi Hava Qüvvələri və İngilis komandanlığı altında Polşa aviasiyası İtaliyadakı hava bazalarından 305 uçuş həyata keçirmişdi.[67] 1944-cü il avqustun 14-dək əməliyyat zamanı 2 min nəfərə silah atılmış, 14 təyyarə və 13 heyət itirilmişdi.[68] Sovet və Amerika Hərbi Hava Qüvvələri əməliyyatda iştirak etmədilər. Sentyabrın 9-da SSRİ ABŞ hərbi hava qüvvələri üçün hava dəhlizini təmin etməyə razılıq verdi. Sentyabrın 18-də "Frentik" əməliyyatı çərçivəsində hərbi yüklərin atılması üçün uçuş həyata keçirildi. Bu uçuşda 105 Amerika bombardmançısı və 62 "Mustanq" qırıcısı iştirak edirdi. Həmən gün təxminən 1250 konteyner atılmışdı (təxminən 100-nü KO götürmüşdü) və Varşava bölgəsində 1 təyyarə vurulmuşdu.[69] Atılan yüklərin böyük hissəsi almanların əlinə düşdü. Krayova Ordusu komandanlığı Londona KO-nun 228 konteyneri götürməsi barədə xəbər göndərdi.[70] Gələcəkdə Qərb müttəfiqləri tərəfindən üsyançıların təmin edilməsi üçün Varşavaya uçuşlar həyata keçirilmədi.[71]
KO-nun komandanlığının istəyi ilə yüklər təkcə şəhər üzərinə deyil, həmçinin Varşavanın şimalındakı Kampinos meşəsinə də atılırdı. Oradan KO-nun bölmələri silahları şəhərə çatdıracaqdı. Ümumilikdə əməliyyat zamanı Qərb müttəfiqləri tərəfindən 239 ton yük atılmışdı.[72] Atılan yüklər arasına 5330 avtomat, tapança və karabinlər, 45 ton qida və 25 ton dərman daxil idi. Lakin yüklərin çox hissəsi ya almanların əlinə düşmüş və ya da konteynerlər yüksəklikdən (3–4 min metr) atıldığı səbəbindən itirilmişdir.[67]
Əməliyyatda iştirak edən 637 polyak pilotdan 112 nəfər (16 heyət) vurulmuş, onlardan 78 nəfər həyatını itirmişdi.[71]
E. Duraçinskinin hesablamalarına görə, avqust-sentyabr aylarında Varşava və yaxınlıqdakı meşələrə 1.344 atıcı silah atılmışdı. KO bu silahlardan yalnız 540-nı ələ keçirə bilmişdir. O cümlədən 380 ədəd yüngül pulemyot (150-si KO-ya çatmış), 48.882 ədəd. kiçik silahlar üçün patron 312 KO-ya çatmış), 3 323 998 — avtomat üçün patron (1 313 239 KO-ya çatmış), 1 907 342 pulemyotlar üçün patron (753 549 KO-ya çatmış), 13 739 əl bombası (5427 KO-ya çatmış), 3115 tank əleyhinə əl bombası (1230 KO-ya çatmış), 8460 kq partlayıcı (3342 kq KO-ya çatmış) atılmışdı.[73]
R. Nazareviçin sözlərinə görə Qərb müttəfiqləri Varşava bölgəsinə təkcə kiçik silahları deyil, həm də ağır piyada silahları da atırdılar. Onların arasında 13 minaatan və 230 tank əleyhinə silah daxil idi. Lakin bu silahların əhəmiyyətli bir hissəsi üsyançıların əlinə keçmədi.[74]
İyulun 28-də Böyük Britaniya rəsmi olaraq üsyana köməkdən imtina etdi.
SSRİ tərəfindən tədarük
Varşava bölgəsinə silah və hərbi yüklərin göndərilməsi 1944-cü il sentyabrın 13-dən 30-dək davam etdi. 1944-cü il sentyabrın 13-dən oktyabrın 1-dək sovet aviasiyası 5 mindən çox, o cümlədən 700 Polşa Ordusunun 1-ci Aviasiya Diviziyasının qüvvələri tərəfindən uçuş həyata keçirildi. Belarus Cəbhəsinin aviasiyası Varşava bölgəsinə 4821 uçuş etmişdi. Onlardan 2535-i yük atılması, 1361 — düşmənə hücum və bombalı hücumlar, 925 — üsyançı bölgələrə havadan dəstək və 100 — düşmən hava hücumlarını müdafiə sistemlərin məhv etmək. Üsyançılara 30 ədəd döyüş sursatı olan 45 mm-lik bir tank əleyhinə qurğu, 156 ədəd artilleriya mərmiləri, 50 mm minaatan (37 216 ədəd mərmi daxil), 505 tank əleyhinə qurğu, 1478 pulemyot; 520 tüfəng; 669 karabin, 41.780 qumbara, 3 milyondan çox patron, rabitə vasitələri, 131.221 kq ərzaq və 515 kq dərman atılmışdı. Üsyançıların əlinə keçən silah-sursatın dəqiq sayı məlum deyil.[75][76]
Üsyançılara Polşa Ordusu tərəfindən hava dəstəyi
Sovet aviasiyasından əlavə olaraq, Varşava üsyanı dövründə Polşa Ordusunun 1-ci aviasiya diviziyasının polyak pilotları da döyüş uçuşları həyta keçirirdilər:
Üsyançılara artilleriya dəstəyi
Varşavanın Praqa rayonunda döyüşlər bitdikdən sonra sovet qoşunlarının və 1-ci Polşa Ordusunun Visla sahilinə çıxması ilə Varşavada yerləşən alman qoşunlarını atəş altında saxlamaq məqsədilə artilleriya mövqelərinin təchiz edilməsi başlandı. Sentyabrın 15-də 88 ədəd zenit qurğusu və 172 səhra artilleriya topu, həmçinin 24 ədəd 203 mm haubitsa alman mövqelərini atəşə tutmağa başladı. Sentyabrın 16-da top və minaatanların sayı 389 ədədə, sentyabrın 17-də 553 ədədə, sentyabrın 19-da 622 ədədə qədər artırıldı. Lakin bu vaxta qədər sursat ehtiyatları tükəndiyindən atəş sıxlığı gündə hər top üçün 20–25 yaylım təşkil edirdi.[78] artilleriya atəşini kordinasiya etmək üçün paraşütlərlə zabitlər atılmışdı.
Üsyan rəhbərləri ilə radio əlaqə qurmaq üçün nümayəndələrin göndərilməsi
1944-cü il sentyabrın 21-dən 22-nə keçən gecə Varşavada üsyançılarla əlaqə yaratmaq üçün 1-ci Belarus Cəbhəsinin qərargahının kəşfiyyat bölməsi paraşütlə şəhərə atıldı. Bunlar radio stansiyası olan iki nəfər idi: leytenant İ. A. Kolos (Oleq) və radio operator Dmitri Stenko. Enişdə radio operator həlak oldu, Kolos isə yaralandı. Ancaq o, üsyan rəhbərləri ilə əlaqə qurmağa kömək edən Lyudov Ordusu qrupu ilə əlaqə qurmağı bacardı.
Praqanın Qızıl Ordu tərəfindən tutulması
Sentyabrın 10-da üsyanın artıq yatırıldığı vaxtda güclü artilleriya hazırlığından sonra sovet qoşunları və 1-ci Polşa Ordusunun hissaələri yenidən Praqa rayonuna hücuma keçdi və şiddətli döyüşlərdən sonra Praqanı ələ keçirdi.
Sentyabrın 12-də Bur-Komorovski KO dairəsinin komandirinə "Fırtına" aksiyasından sonra dərhal müdafiə üçün əlverişli mövqelərdə cəmləşmələrini əmr etdi. Əmrdə həmçinin mübahisəli məsələlər həll olunmayana qədər barrikadaların sökülməməsi, Qızıl Ordu və SSRİ ərazisində yaradılan Polşa silahlı qüvvələrinin Varşavanın sol sahilindəki möhkəmlənmiş ərazilərə daxil olmasına icazə verilməməsi göstərilirdi.[60],[61]
1944-cü il sentyabrın 12-də Varşavada Ludova Ordusu, Polşa Ludova Ordusu və Təhlükəsizlik Korpusu qüvvələrinin ümumi komandanlığı yaradıldı.[79] Sentyabrın 14-də komandiri Yulian Skokovski olan Birləşmiş Silahlı Qüvvələr (Połązzone Siły Zbrojne) yaratmaq üçün onların aralarında müqavilə imzalandı.
1-ci Polşa Ordusunun desant əməliyyatı (15–23 sentyabr)
Praqa rayonundakı döyüşlər bitdikdən dərhal sonra 1-ci Polşa Ordusu üsyançılara kömək məqsədilə Vislanın qərb sahilinə keçməyə çalışdı. Sovet hərbi komandanlığı Polşa hissələrini dəstəkləmək üçün hərbi kömək ayırdı:
- beş artilleriya briqadası, bir minaatan alayı[80] və Ali Baş Komandanlığın altı ehtiyat artilleriya bölməsi;[81]
- iki kimyəvi qoruma taboru və tüstü vermək üçün iki alovatma taboru;[81]
- artilleriya atəşini tənzimləmək üçün hava-aerostat bölməsi;[82]
- 274-cü amfibiya-avtomobil taboru, 48 nəqliyyat vasitəsi miqdarında.
Çayın üzərindən keçid bölgəsinin zenit-hava qoruması 1-ci Polşa Ordusunun zenit artilleriyası, Ali Baş Komandanlığın ehtiyatının 24-cü Zenit-artilleriya diviziyası və 16-cı Hava Qüvvələrinin aviasiyası tərəfindən təmin edildi.[81] Desant əməliyyatının uğurlu olması təqdirdə, hücumu inkişaf etdirməli olan 226-cı qvardiya atıcı alayı 8-ci qvardiya ordusundan 1-ci Polşa Ordusunun əməliyyat tabeliyinə verildi.[81]
1944-cü ildə 1-ci Polşa Ordusunun mühəndis qoşunlarının komandiri olmuş general Yuri Bordzilovskinin dediyinə görə, əməliyyat başlamazdan əvvəl onun komandanlığı altında olan qoşunlar aşağıdakı hissə və bölmələri əhatə edirdi:
- Polşa Ordusunun 1-ci minatəmizləyən briqadası (8, 9, 10, 11-ci minatəmizləyən batalyonlar)
- 7-ci ayrı mühəndis batalyonu
- 6-cı ponton taboru
Ümumilikdə mühəndis qüvvələrinin sərəncamında 24 ədəd H2P pantonları, 51 ədəd qatlanan NLP pontonları, 30 ədəd qatlanan DSL, 41 ədəd şişmə qayıqları LG-12 və 175 ədəd avarlı taxta qayıqlar SDL var idi. 1944-cü il sentyabrın 15-dən 16-na keçən gecə Saska-Kempa bölgəsində Polşa Ordusunun 3-cü piyada diviziyasının 9-cu piyada alayının birinci taboru keçidə başladı (iki 45 mm-lik silah, 14 pulemyot, 16 tank əleyhinə qurğu və 12 qumbaraatanla silahlanmış kiçik silahlardan əlavə 420 hərbi qulluqçu).[83] Altı saat ərzində 400-dən çox döyüşçü, iki 45 mm-lik top, 15 tank əleyhinə qurğu və pulemyot Vislanın qərb sahilinə daşındı. Keçid düşmən artilleriyasının davamlı atəşi altında baş verirdi. Buna baxmayaraq, 19 NLP pontonu 22 reys etdi, mühəndis qurğularının itkisi 37 nəfər (o cümlədən 19 nəfər həlak oldu və ya suda boğuldu) və 13 NLP pontonu oldu.
1944-cü il sentyabrın 19-da dəmir yolu körpüsü ilə Ponyatovski körpüsü arasındakı yeni ərazidə keçidə cəhd edildi. Düşmən atəşi altında iki piyada taboru, bir minaatan bölüyü, bir avtomatçı bölüyü və 15 45 mm-lik tank əleyhinə silah qərb sahilinə daşındı. Minatəmizləyən bölmələrinin itkisi 29 nəfər, 12 NLP pontonu, 24 LG-12 qayıq və 16 SDL qayıq oldu. Bütün 48 amfibiya vasitəsi[84] və demək olar ki, bütün mövcud pontonlar itirildiyi üçün desant əməliyyatı dayandırıldı.
Sentyabrın 23-də Polşa Ordusunun qərb sahilinə daha əvvəl keçirilmiş hissələri, həmçinin onlara qoşulan bir qrup üsyançı təxliyəsi başladı. Əməliyyat uğursuzluqla başa çatdı. Əməliyyat zamanı Polşa Ordusunun ümumi itkiləri Vislanın qərb sahilində öldürülən və itkin düşən 1987 nəfər də daxil olmaqla 3764 əsgər və zabit idi(Polşa Ordusunun 3-cü piyada diviziyasının 1921, Polşa Ordusunun 2-ci diviziyasının 366 əsgəri)[85]. Yaralıların sayı 289 nəfər təşkil edirdi.[86]
Plasdarmı ləğv etmək üçün alman komandanlığı artilleriya və aviasiya dəstəyi ilə 7500 əsgər, 10 tank və 40 özüyeriyən artilleriya qurğusu göndərməyə məcbur oldu.[87]:
- 46-cı tank korpusundan Şmidtin zərbə qrupu;
- Fon Baxın birləşməsindən Roranın zərbə qrupu;
- Dirlevanqer birləşməsindən zərbə qrupu;
- Reynefart döyüş qrupundan ehtiyat qüvvələr.
Üsyanın məğlubiyyəti. Üsyançıların təslim olması
Köhnə şəhər tutulduqdan sonra almanlar əsas zərbəni Povisli istiqamətində yönəltdilər. Üsyançıların çıxılmaz vəziyyəti üsyan rəhbərliyini təslim olmaq barədə düşünməyə vadar etdi. Sentyabrın əvvəlində alman komandanlığı yenidən Krayova Ordusuna onlar üçün olduqca əlverişli şərtlərlə təslim olmağa dair danışıqlara başlamağı təklif etdi. Sentyabrın 7-də Polşa mühacirət hökuməti Tadeuş Bur-Komorovskiyə mübarizəni dayandırmaq və təslim olmaq üçün danışıqlara başlamaq səlahiyyəti verdi. Elə həmin gün idarə heyəti sədrinin müavini Qrinessa Mariya Tarnovska başda olmaqla Polşa Qırmızı Xaçının xüsusi heyəti fon Dem Baxın qərargahına danışıqlara getdi. Krayova Radası danışıqlar zamanı təslim olmaq barədə qərar qəbul etdi. Antoni Xrusltsel (avqustun 1-də üsyançı birləşmələrin komandanlığını qəbul etmişdi) təslim olmağa qarşı çıxdı.
Sentyabrın 24-də alman qoşunları üsyançıların ələ keçirdikləri ərazilərə son hücum etdi. Sentyabrın 24-də almanlar sentyabrın 27-də təslim olan Mokotov rayonuna, sentyabrın 29-da isə təslim olan Joliboj rayonuna həlledici hücum etdilər. Polkovnik-leytenent V. Rokıskinin rəhbərliyi ilə Mokotov rayonu döyüşçülərinin bir hissəsi yeraltı kanallardan istifadə edərək Mərkəz rayonuna keçdilər.
Sentyabrın 29-da Kampinos rayonundakı alman bölmələri Yaktorov yaxınlığında toplanan partizan dəstələri ilə son döyüşə girdi. Bax-Zalevski korpusundan (cəmi 5 min nəfər) piyada qüvvələri ilə gücləndirilən 19-cu tank diviziyası Mokotov və Joliboj rayonlarına hücum etdi. 1-ci Polşa Ordusunun 2-ci diviziyası tərəfindən hazırlanan Joliboj rayonunun döyüşçülərinin Vislanın şərq sahilinə təxliya əməliyyatından qrupun komandiri polkovnik-leytenant M. M. Nedzelskinin KO Baş Komandanından almanlara təslim olmaq əmri aldıqda imtina etdi.[88] Sentyabrın 28-də üsyanın bitirilməsi barədə son danışıqlar başladı. Sentyabrın 30-da Böyük Britaniyanın təzyiqi ilə kapitulyasiya ərəfəsində Baş Komandan Kazimier Sosnkovski vəzifəsindən uzaqlaşdırıldı. Londondan Polşa Respublikasının prezidenti Vladislav Raçkeviç, KO baş komandanı Tadeuş Bur-Komorovskini Polşa Silahlı Qüvvələrinin Ali Komandanı təyin etdi. Oktyabrın 1-də general Tadeuş Bur-Komorovskinin əmri ilə üsyançılar atəşi dayandırdılar. 1944-cü il oktyabrın 2-də Tadeuş Bur-Komorovski təslim aktına imza atdı; təslim olan KO üsyançılarına müharibə dövrü əsirləri statusu zəmanəti verildi. Oktyabrın 2-də Ojarovdakı Bax-Zalevski korpusunun qərargahında təslim aktı imzalandı.
Oktyabrın 4-də üsyançılar sərbəst şəkildə Varşavanı tərk etməyə başladılar. Üsyanın nəticələri kədərli idi. 922 zabit və 6 general da daxil olmaqla 17 minə yaxın üsyançı əsir düşdü. Üsyanın 63 günü ərzində 10 min KO üsyançısı öldürülmüş, 7 min nəfər isə itkin düşmüşdü. Sağ qalanlar Varşavadan deportasiya edildi. Sakinlərin əksəriyyəti Pruşkov və Ursusdakı düşərgələrə, bəziləri konslaqerlərə, müəyyən hissəsi isə Almaniyada məcburi əməyə cəlb edildi. Varşavanın sol sahilində cəmi 22 min sakin qalmışdı. Təslim zamanı 1-ci Polşa Ordusunun əsgərləri və üsyançılar almanlara 5 tank əleyhinə qurğu, 57 minaatan, 54 tank əleyhinə tüfəng, 23 əldə düzəltmə və 151 yüngül pulemyot, 878 avtomat, 1696 tüfəng, minə yaxın tapança və s. revolver, əhəmiyyətli miqdarda silah-sursat vermişdilər.[89] Aşkarlanan alman sənədləri və oktyabrın 5-də fon dem Bax hesabatı onun qrupunun itkilərini göstərir.[90][91] Belə ki, ümumi itki 9044 nəfər idi. Onlardan 1570 nəfər öldürülmüş (73 zabit və 44 kazak[90]), Lüftvaffe əsgərlərinin itkisi (fon dem Bax qrupunun itkiləri bura daxil edilməyib) 181 ölü və 573 yaralı olmuşdu.[90]
Üsyançıların ictimai həyatı
Üsyançılar tərəfindən azad edilmiş Mərkəz, Jaliboj və Mokotuv rayonlarında hakimiyyət Polşa administrasiyasının əlinə keçdi. Bu rayonlarda silahlar hazırlayan və təmir edən silah emalatxanaları təşkil edildi, qəzetlər nəşr olunmağa başladı. Həmçinin "Błyskawica" radiosu və şəhər xidmətləri, xüsusən də səhra poçt xidməti fəaliyyət göstərirdi. Marseliiy Porovski polşalı şəhər prezidenti təyin olundu. Zlata küçəsində "Kino Palladium" kinoteatrı fəaliyyət göstərırdi. Burada avqustun 13-ü, 27-də və sentyabrın 13-də Krayova Ordusunun kinematoqrafiya bölməsinin üzvləri tərəfindən lentə alınan üsyanın sənədli salnamələri nümayiş olunmuşdu. Üsyançı ərazidə yüzlərlə insan evlərin dağıntıları altında öldü. Vəziyyət getdikcə pisləşirdi. Küçələr düşmənin ələ keçirdiyi ərazilərdən gələn qaçqınlarla dolu idi, aclıq və epidemiya təhlükəsi getdikcə daha aydın görünürdü.
Üsyanın nəticələri və əhəmiyyəti
1944-cü il Varşava üsyanı hərbi və siyasi məqsədlərə çatmadı, ancaq polyaklar üçün müstəqillik uğrunda mübarizədə cəsarət və qətiyyət rəmzinə çevrildi. Üsyanın və onun məğlubiyyətinin çox böyük nəticələri oldu. Mühacir hökuməti və onun gizli təşkilatları üçün Varşava üsyanı təkcə hərbi məğlubiyyət deyildi, həm də böyük bir siyasi fəlakət idi. Bu Stalinlə danışıqlarda Mikolayçikin mövqeyini möhkəmləndirmədi, əksinə onu zəiflətdi. Üsyan nəticəsində paytaxt demək olar ki, dağıdıldı, Varşavanın sol sahilində qalan sakinlər şəhərdən deportasiya edildi, bir çoxları alman düşərgələrinə göndərildi. Üsyanın təşkilatçılarının fikrincə sovet tərəfi Varşava üsyanı səbəbiylə paytaxta hücumu dayandırdı və bununla da alman qoşunlarına üsyançılarla müsibət qurmağa və üsyanı böğmağa imkan verdi.
Üsyandan sonra Stanislav Mikolayçik partiyası ilə birlikdə istefa verdi. İngiltərənin yeni T. Artsişevski hökuməti ilə əlaqələri əslində yalnız onun tanınmasına qədər irəlilədi. Nəticədə mühacirət hökuməti vətəninə dönə bilmədi. Varşava faciəsi Sovet-Polşa münasibətlərinə mənfi təsir göstərdi.[92]
Qərb və Polşa tarixçiləri sovet komandanlığını polyaklara köməkdən yayınmaqda günahlandırırlar. Sovet və rus tarixçilərinin fikrinə görə isə obyektiv vəziyyətə görə bu cür yardım göstərmək mümkün olmamışdı. Artıq üsyan zamanı və məğlubiyyətdən dərhal sonra, Qırmızı Ordunun üsyançılara heç bir dəstək vermək istəmədiyi siyasi səbəblərə görə şüurlu şəkildə Varşavaya qarşı hücumu dayandırdığı və hətta qoşunları geri aldığı versiyası irəli sürüldü. Bu versiya müharibədən sonra Vinston Çörçill, T. Bur-Komorovski, S. Mikolayçik, V. Anders, V. Pobuq-Malinovskinin xatirələrində də əksini tapmışdı. SSRİ dağıldıqdan sonra isə bu məsələ yenidən aktuallaşmağa başladı.[93]
1989-cu ildən sonra Polşada üsyan bir çox polyaklar üçün İkinci dünya müharibəsinin əsas hadisəsi oldu. Polşada Varşava üsyanı İkinci dünya müharibəsinin ən böyük şəhər döyüşü adlandırıldı.[94]
Müasir baxış
Hal hazırda Polşada Varşava üsyanını "mənəvi qələbə" kimi qəbul edirlər. Belə ki, polyaklar bu üsyanın Qırmızı Ordunun qərbdə doğru irəliləməsini və Qərbi Avropanı SSRİ-dən xilas etmək üçün qəhrəmanlıq cəhdi adlandırırlar. "Mənəvi qələbə" anlayışı müharibədən sonra yaranmışdır. Polyaklara görə alman işğalı sovet işğalı ilə əvəz olunmuşdur. Müasir Polşa tarixşünaslığı hesab edir ki, SSRİ əlində imkan olsa da üsyançılara heç bir kömək etməmişdir.[95]
Polşanın Müdafiə naziri Antoniy Maçereviç bəyan edmişdir ki:
İkinci Dünya Müharibəsinin ən böyük döyüşüdü. Varşava üsyanının nə olduğunu bilməlisiniz. Bu, Avropanın taleyini əvvəlcədən müəyyənləşdirən ən böyük döyüş idi, çünki cəbhə yalnız bunun sayəsində dayandırıldı, yalnız bunun sayəsində bir çox ölkə müstəqilliyi qoruya bildi, yalnız buna görə sovet ordusu daha da qərbə doğru irəliləmədi. Bunun fərqində olmalısınız ki: Varşava üsyanının qurbanı olmasaydı, sovet ordusu qərbə doğru daha çox irəliləyə bilərdi.[96] |
2017-ci ildə müdafiə naziri üsyançıların iki düşmənlə vuruşduğunu əlavə etmişdi: Almaniya birinci, ikincisi Varşavaya girməyən Qırmızı Ordu. Polşanın müdafiə nazirinin sözlərinə görə, "Onlar eyni vaxtda polyak xalqının varlığına qarşı qəsd edən iki düşməni qovmalı idilər". Polşada Varşava üsyanını tez-tez Polşada kommunist rejiminin süqutu ilə əlaqələndirirlər.[2]
Hazırda Polşada rəsmi səviyyədə Varşava üsyanının məğlubiyyətində günahkar ilk növbədə İosif Stalin və SSRİ[97], , ikinci günahkar isə Qərb gücləri sayılır. Müxtəlif nəşrlərdə belə iddia sürülür ki, 1944-cü il avqustun əvvəlində Sovet birləşmələri (müəlliflərin mövqeyindən asılı olaraq — cəbhələr və ya 1-ci Belarus Cəbhəsi) Stalinin əmri ilə Varşava üsyanı səbəbiylə hücumu siyasi səbəblərə görə dayandırdı. Stalin üsyançılara yardım göstərməmək üçün davam etmək istəmədi. 2004-cü ildə Polşanın Baş naziri Marek Belka Böyük Britaniya və müttəfiqlərindən Varşava üsyanının iştirakçılarına kömək etmədiyi və yardım göstərməsi üçün Stalinə "təzyiq göstərmədiyi" səbəbilə onlardan üzr istəməsini tələb etdi. İngiltərə hökuməti Polşadan üzr istəməyi rədd etdi.[98]
Polşanın xarici işlər naziri Vodzimiej Tsimoşevic baş nazirə dəstək verdi və əlavə etdi ki, Rusiya da üzr istəməlidir:
10 il əvvəl Almaniya prezidenti Roman Herzoq və bu günlərdə Almaniya kansleri kimi Rusiya dövlətinin başçısı da 60 il əvvəl burada baş verənlərə görə polyaklardan üzr istəməyə cəsarət göstərməlidir.[99] |
2004-cü ildə Polşa Prezidenti Aleksandr Kvasnevski bildirmişdir ki:
Bu üsyan müharibədən sonrakı nizam və müstəqil Polşa uğrunda mübarizə rəmzi idi.[100] |
2008-ci ildə Polşa Prezidenti Lex Kaçinski bəyan etmişdir ki:
Varşava üsyanı lazımi olduğu qədər, həm də faciəli bir qərar idi. Bu, Polşanın müstəqilliyini qorumaq üçün son cəhd idi. Sovet ordusu artıq Varşavanın ətraf rayonu Praqaya girmişdi. bizm artıq Vilno və Lvov kimi təcrübəmiz var idi. Aydın idi ki, ya polyaklar Varşavanı fəth edəcəklər və Londondan Polşa hökuməti qayıdacaq, ya da müstəqilliyi qorumaq şansı sıfıra bərabərdi. Unutmayaq ki, 1944-cü il avqustun 1-də Polşanın Milli Azadlıq Komitəsi Lublində fəaliyyət göstərirdi – xarici qüvvə adından Polşanı idarə etməyə hazırlaşan bir qrup xain. Buna görə bu qərar qaçılmaz idi.[101] |
Polşa Prezidenti yanında Polşa Milli Təhlükəsizlik Bürosu 16 sentyabr 2009-cu il tarixində şöbə müdiri Aleksander Şiqlo tərəfindən imzalanmış geniş hesabat təqdim etmişdir: "Üsyançıların məqsədi təkcə Polşa paytaxtını Üçüncü Reyx ordusundan azad etmək deyildi, eyni zamanda SSRİ, ABŞ və Böyük Britaniyanın 1943-cü ildə Tehranda razılaşdırdığı Avropanın bölünməsi planını pozmaq idi".
2009-cu il iyulun 29-da Lex Kaçinski 1944-cü il Varşava üsyanına həsr olunmuş ölkədə yeni bir dövlət bayramının elan olunmasını və avqustun 1-ni üsyanın anım günü kimi təsis edilməsini təklif etdi. "Varşava üsyanının qurbanlarının xatirəsinə dövlət bayramının təsis edilməsi haqqında" qanununa uyğun olaraq Polşa Seymi Varşava üsyanının Milli Anma Gününü təsis etdi.
Mükafatlar və fərqlənmə nişanları
- "Varşava qalxanı" (WARSCHAU 1944) — 1944-cü il dekabrın 10-da təsis edilmiş Üçüncü Reyxin fərqlənmə nişanı, Vermaxt, SS qoşunları, polis, Lüftvaffe və Varşavada 1944-cü il avqustun 1-dən 4-dək olan döyüşlərdə iştirak edən köməkçi hissələrin əsgərlərinə verilməli idi. Nişanın kütləvi istehsalı baş tutmadı. Belə ki, ilk dəst buraxıldıqdan sonra hava hücumu zamanı istehsal xətti məhv edildi;
- Varşava üsyanı xaçı — üsyan iştirakçıları üçün Polşa Xalq Respublikasının dövlət mükafatı.
İncəsənətdə
Varşava üsyanının hadisələri çoxsaylı filmlərdə, monumental və təsviri sənətdə, poeziyada, eləcə də ədəbi, bədii və jurnalist əsərlərində öz əksini tapmışdır.
Kino və televiziyada
- "Qadağan edilmiş mahnılar" (Polşa, 1946).
- "Kanal" (Polşa, 1957).
- "Eroika" (Polşa, 1958).
- "Daş səma" (Polşa, 1959).
- "Kolumbı" kinoepopeyasının dördüncü və beşinci filmi (serial, Polşa 1970) Varşavadakı üsyana həsr edilmişdir.
- "Dörd tankçı və bir it" (serial, Polşa, 1966–1970), 6-cı seriya "Körpü".
- "Adəmin arxasınca" (Polşa, 1970).
- "W Saatı" (Polşa, 1979).
- "Gənc varşavalının doğum günü" (Polşa, 1980); Yerji Stefan Stavinskinin "Gənc varşavalının qeydləri" povesti əsasında.
- "Dördüncü gün" (Polşa, 1984).
- "Tacda qartal ilə ring" (Polşa, 1992) rejissoru Anje Vayda. Film Varşava üsyanının epizodları ilə başlayır, sonra müharibədən sonrakı ilk illərdə üsyanın iştirakçılarının gələcək taleyi göstərilir.
- "Qanla suvarılan taxıl" (Polşa, 1994).
- "Pianoçu" (Fransa — Almaniya — Böyük Britaniya — Polşa, 2002).
- "Şəhər 44" (Polşa, 2014).
- "Şərəf vaxtı" (seriyal, Polşa, 2008–2014), 7-ci mövsümün əsas hissəsi.
- Yuri Ozerovun "Azadlıq əsgərləri" kinoepopeyasının ikinci filmi əsasən Varşava üsyanına həsr edilmişdir.
- "Xəndəkdəki daşlar"/Kamienie na szaniec (Polşa 2014)
Ədəbiyyatda
- "Qırmızı zəhər" (Yozef Şhepanskinin şeiri)
- "Varşava yanır" (cəbhə şairi İvan Baukovun şeiri)[102]
- Üsyan Vladimir Vısotskinin "Səyahət gündəliyi" (1973) şeirində Дорожный дневник — Часть VI — Дороги… дороги… Источник: http://vysotskiy-lit.ru/vysotskiy/stihi/502.htm xatırlanır.
- "Gənc varşavalının qeydləri" (Yerji Stefan Stavinskinin povesti).
- "Hakimiyyətin zəbt olunması" (Çeslav Miloşun romanı. Zdobycie władzy, 1953)
Musiqidə
- İsveç metal qrupu Sabaton Varşava üsyanına "Coat of Arms" albomunda "Uprising"SABATON — Uprising (OFFICIAL MUSIC VIDEO) mahnısını həsr etmişdir;
- Polşa rok qrupu Lao Che 2005-ci ildə üsyan haqqında bəhs edən 10 mahnıdan ibarət "Powstanie Warszawskie" albomunu buraxmışdır;
- Hail of Bullets metal qrupu 2009-cu ildə "Warsaw Rising" adlı bir EP buraxmışdır;
- Sloveniyanın Laibach qrupu 2014-cü ildə yeni EP LAIBACH "1 VIII 1944. Warszawa" buraxmışdır. Albom 1944-cü il avqustunda olan Varşava üsyanına həsr edilmişdir.
Qeydlər
- Mübahisəli məsələlərin həllinə qədər və Qərb güclərinin müdaxiləsinə arxalanaraq AK-ni tərksilah etmək cəhdləri halında Qırmızı Ordu və SSRİ ərazisində yaradılan Polşa silahlı qüvvələrinin Varşavanın gücləndirilmiş ərazilərinə daxil olmasına lazım gələrsə silahlı müqavimət göstərməklə icazə verilməməlidir. Həmçinin məsələn bax: Jan Ciechanowski. Powstanie Warszawskie. Warszawa, 2009.
- Üsyan təşkilatçılarının mövqeyi və hesablamaları əvvəlcə hərbi-siyasi uğurlarını istisna edən bir paradoksu özündə cəmləşdirdi: Polşa siyasətçiləri – anti-kommunistlər nasistlərin Qırmızı Ordu qüvvələri vasitəsi ilə qovulmasını təmin etmək və eyni zamanda Sovet rəhbərliyinin Polşa ilə əlaqəli geosiyasi planlarına qarşı çıxmaq üçün şəhərdə hakimiyyəti ələ almağa ümid etdilər. Polşanın Sovet təsir dairəsinə keçməməsi və onlarla birgə almanlarla mübarizə aparmaq istəyirdilər. Lakin bununla belə onlar SSRİ-yə siyasi müqavimət göstərib, eyni zamanda hərbi əlaqələrdə əməkdaşlıq edib, kömək alarq Varşavada hakimiyyəti bütünlüklə ələ keçirməyə ümid edirdilər. İstədiyinə nail olmaq üçün KO-suna Qızıl Ordunun köməyi lazım idi. Lakin onlar sovet ordusu tərəfindən tərkisilah ediləcəyi və Polşa Ordusunun Ali Komandanlığının paytaxta (KO-nun Varşavada möhkəmlənmiş ərazilərə) gətirmək cəhdləri vəziyyətində, KO silahlı müqavimət göstərməyi planlaşdırırdı. Gizli müqavimət təşkilatlarına rəhbərliyi general Okulitski və Feldorf başda olmaqla anti-sovet təşkilatının əsasını təşkil edən "Ne" təşklatı üzərinə götürməli idi.
- Mövcud Polşa hökuməti 1939-cu il sentyabrın 17-də Rumıniyaya çatdıqdan sonra birdən-birə məlum oldu ki, rumınlar və fransızlar ümumiyyətlə sanasiya diktaturasının liderlərini Fransaya göndərmək istəməmirlər, əksinə baş yerə keçirmək niyyətindədirlər. Buna əlaqədar Polşa Prezidenti Mosçitski səlahiyyətlərini İtaliyadakı səfir Boleslav Vienyava-Dluqoşovskiyə təhvil vermək qərarına gəldi. Lakin Vienyava qızğın pilsudskiçi idi və buna görə də o, qəti şəkildə fransızları təmin etmirdi. Onlar onun bu vəzifədən imtina etməsini tələb etdi. Nəticədə Vladislav Raçkeviç prezident seçildi (o da qatı pilsudskiçi idi) və səlahiyyətlərinin əhəmiyyətli bir hissəsini (yenə də pilsudskiçilərə etibar etməyən fransızların təzyiqi ilə) baş nazir Vladislav Sikorskiyə təhvil verməyə məcbur oldu. Sikorski isə qatı anti pilsudskiçi idi. O, "Morj Cəbhəsi"ni yaradanlardan idi və "fransayönümlü" xadim sayılırdı. Sonralar Londonda Sikorskinin polyak əleyhdarları dəfələrlə onu vəzifədən salmağa çalışdılar, lakin Sikorski Çörçilin güclü dəstəyi səbəbiylə bu məsələdə mütəmadi olaraq uduşlu çıxırdı. 1943-cü ilin iyulunda Sikorskinin həlak olmasından sonra Mikolayçi Çörçilin güclü dəstəyi səbəbiylə sürgündə olan Polşa hökumətinin baş naziri oldu. Mikolayçik hökumətində sanasiya rejiminin nümayəndələri yox idi.
- Tam bir Vermaxt diviziyasının ekvivalenti, Varşavanın sol sahilində 23 sentyabrda peyda oldu
İstinadlar
- COMPARISON OF FORCES Arxivləşdirilib 2009-08-06 at the Wayback Machine, Warsaw Rising Museum.en icon
- Алексей Тимофейчев. Поляки переосмысливают Варшавское восстание. http://www.bbc.com/russian/russia/2012/07/120731_warsaw_uprising.shtml Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine
- Norbert Bączyk."Ilu naprawdę poległo w powstaniu warszawskim" .Tygodnik Polityka nr 42(2980) 15 X 2014 s. 54-56
- Andrzej Leon Sowa. Kto wydał wyrok na miasto? Plany operacyjne ZWZ-AK(1940–1944)i sposoby ich realizacji.Wydawnictwo Literackie, Kraków 2016.стр.618
- Вавилон — "Гражданская война в Северной Америке" / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — С. 22–23. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 2).
- См., например: Jan Ciechanowski. Powstanie Warszawskie. Warszawa, 2009.
Tomasz Łubieński. Ani tryumf ani zgon. Warszawa, 2004.
Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa, 1988.
Jerzy Kirchmayer. Powstanie Warszawskie. Warszawa, Wydawnictwo Książka i Wiedza, 1959.стр. 474 - Jerzy Kirchmayer. Powstanie Warszawskie. Warszawa, Wydawnictwo Książka i Wiedza, 1959.
- Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa 1988. Т.1. стр. 126–129.
- Гланц Дэвид, Джонатан М. Хаус. Битва титанов. Как Красная армия остановила Гитлера. — М.: АСТ; Астрель, 2008. — ISBN 978-5-17-046417-3 ; 978-5-271-17772-9 ; 0–7006–0717-X
- Antoni Przygoński, Powstanie Warszawskie w sierpniu 1944, Warszawa, 1988
- С. М. Штеменко, Генеральный Штаб в годы войны, М., Воениздат, 1989
- Norbert Bączyk."Ilu naprawdę poległo w powstaniu warszawskim" . Tygodnik Polityka nr 42(2980) 15 X 2014 s. 54–56 Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
- "Восточная Европа в документах российских архивов 1944–1953". Т. 1. 1944–1948. М.-Новосибирск, 1997. С. 52–55
- Тейлор А. Вторая мировая война. / Цит. по: Ганс-Адольф Якобсен, A. Дж. П. Тейлор. Вторая мировая война: два взгляда. — М.: Мысль, 1995. — С. 539. — ISBN 5-244-00699-1
- Исраэлян В. Л. Дипломатия в годы войны, С. 239, 240
- "Документальная публикация "Как польское вооружённое подполье "помогало" Красной Армии разгромить нацистскую Германию. 1944–1945 гг.". Федеральное архивное агентство". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
- Cite web|url=http://www.aif.ru/society/history/istoriya_bolshoy_lzhi_mif_i_pravda_o_varshavskom_vosstanii%7Ctitle=История%5B%5D большой лжи. Миф и правда о Варшавском восстании|author=Андрей Сидорчик|date=2017–07–07|publisher=www.aif.ru|accessdate=2019–06–15
- Назаревич Р. Варшавское восстание, С. 40–41
- Э. Дурачиньский. Варшавское восстание // Другая война. 1939–1945. / под общ. ред. акад. Ю. Афанасьева. — М.: РГГУ, 1996. — С. 345.
- Jan M. Ciechanowski. Powstanie Warszawskie. Pułtusk-Warszawa, Akademia Humanistyczna im. Aleksandra Gieysztora, 2009.
- Norbert Bączyk. Bitwa pancerna pod Okuniewem (28 lipca-5 sierpnia 1944 r.) Nowa Technika Wojskowa Numer Specjalny 1 (2007)
- Jan M. Ciechanowski. Powstanie Warszawskie. Pułtusk-Warszawa, Akademia Humanistyczna im. Aleksandra Gieysztora, 2009. стр. 333.
- Wielka Brytania i Polska. Od Wersalu do Jałty. С. 334. Pułtusk-Warszawa, 2011.
- Jerzy Kirchmayer. Powstanie Warszawskie. Warszawa, Wydawnictwo Książka i Wiedza, 1959.стр. 229–230
- Adam Borkiewicz. Powstanie Warszawskie. Warszawa, 1964.
- Анатолий Азольский. Связник Рокоссовского. Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine // "Дружба народов", № 5, 2004.
- Przygoński Antoni. Powstanie warszawskie w sierpniu 1944 r. tom I .стр. 306
- Powstanie Warszawskie. Przygoński Antoni tom II.стр. 495
- Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944 r.т.1.стр. 229.
- Norbert Bączyk. Panzertruppen a Powstanie Warszawskie, wyd. Pegaz-Bis 2013.
- С. И. Дробязко. Под знамёнами врага. Антисоветские формирования в составе германских вооружённых сил, 1941–1945 гг. М., изд-во "ЭКСМО", 2004. стр.234
- Романько О. В. Мусульманские легионы во Второй мировой войне. М., 2004. с. 217–218
- Krannhals, Hanns von. Der Warschauer Aufstand 1944. Frankfurt am Main, Bernard & Graefe Verlag für Wehrwesen, 1962
- Krzysztof Komorowski. Armia Krajowa. Szkice z dziejów Sił Zbrojnych Polskiego Państwa Podziemnego. — Warszawa: Oficyna Wydawnicza RYTM, 2001. — ss. 302−306.
- Jerzy Grzybowski, Pogoń między Orłem Białym, Swastyką i Czerwoną Gwiazdą. Białoruski ruch niepodległościowy w latach 1939–1956, Warszawa, 2011, s. 318–321.
- Лавренов С. Я., Попов И. М. Крах Третьего рейха Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine. M.: OOO "Фирма "Издательство ACT"", 2000. — 608 с. ISBN 5-237-05065-4.
- J. Tucholski, Spadochroniarze, Warszawa 1991, str. 177
- Гудериан Гейнц. Воспоминания солдата. Arxivləşdirilib 2011-05-06 at the Wayback Machine Смоленск.: "Русич", 1999
- "Wiking Division". 2009-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
- Курт Типпельскирх. История Второй мировой войны. Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine — СПб., Полигон; М., АСТ, 1999.
- А. И. Радзиевский. Танковый удар: танковая армия в наступательной операции фронта по опыту Великой Отечественной войны. Arxivləşdirilib 2009-10-07 at the Wayback Machine — М.: Воениздат, 1977.
- Norman Davies. Rising '44. The Battle for Warsaw. London: Pan Books. 2004. ISBN 0-330-48863-5
- Jan Nowak-Jeziorański. Białe plamy wokół Powstania Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine // "Gazeta Wyborcza", № 177 от 31. iyul 1993, str.13
- С. М. Штеменко. Генеральный Штаб в годы войны Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine. — М.: Воениздат, 1989. — ISBN 5-203-00491-9
- К науке отношения не имеет. О "подсчётах" боевых потерь в ходе Великой Отечественной войны доктора филологии Бориса Соколова Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine // Независимое военное обозрение, 28. sentyabr 2001
- Э. Дурачиньский. Варшавское восстание // Другая война. 1939–1945. / под общ. ред. акад. Ю. Афанасьева. —М.: РГГУ, 1996. — С. 348–349.
- Włodzimierz Wołoszyn. Na warszawskim kierunku operacyjnym. Warszawa, 1964.
- ЦАМО РФ, Ф. 233, Оп. 2356, Д. 310, Л. 280.
- ЦАМО РФ,402–0009575–0666
- ЦАМО РФ, 1021–0000001–0050
- "Запись беседы И. В. Сталина с делегацией правительства Польши в эмиграции во главе с премьер-министром С. Миколайчиком по германскому вопросу, о создании Временного правительства, состоянии АК, границах Польши". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
- Запись беседы И. В. Сталина с членами польской правительственной делегации Arxivləşdirilib 2013-10-02 at the Wayback Machine //Советский фактор в Восточной Европе. 1944–1953 гг. В 2-х тт. Документы. / Отв. редактор — Т. В. Волокитина. — Т. 1. 1944–1946. — М.: "Российская политическая энциклопедия" (РОССПЭН), 1999. — С. 687, документ № 11.
- Карпов В. В. Генералиссимус. Книга 2. изд-во ФГУИПП "Янтар. сказ". 2002. С. 31
- Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa, 1988. Т.2. стр.131
- Е. В. Яковлева. Польша против СССР, 1939–1950 гг. — М.: Вече, 2007. — ISBN 978-5-9533-1838-9
- Цитировано по: Сиполс В. Я., Челышев И. А. Крымская конференция, С. 18–19.
- Назаревич Р. Варшавское восстание. 1944 год: политические аспекты. Перевод с польского. М., 1989, С. 37–38.
- Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa, 1988. T. 1. стр. 334–335.
- Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944, Warszawa, 1988. Т. 2. стр. 290–294.
- Józef Margules. Przyczółki warszawskie. Analiza i ocena działań 1 AWP w rejonie Warszawy we wrześniu 1944 r., Warszawa 1962. стр. 73–77.
- Jan M. Ciechanowski. Powstanie Warszawskie. Pułtusk-Warszawa., 2009. стр. 560.
- Центральный архив Министерства обороны РФ. 1017–0000001–0038
- Центральный архив Министерства обороны РФ. 3407–0000001–0136
- Польша в XX веке. Очерки политической истории. М., 2012. с. 410
- Польша в XX веке. Очерки политической истории. М., 2012. c-403.
- Типпельскирх К. История Второй мировой войны. СПб.: Полигон; М.: ACT, 1999.
- Большая Российская Энциклопедия / редколл., гл. ред. Ю. С. Осипов. Т. 4. — М.: Большая российская энциклопедия, 2006. — С. 619–620.
- Рышард Назаревич. Варшавское восстание, 1944 год: политические аспекты. — М.: Прогресс, 1989. — С. 107. — ISBN 5-01-001634-4
- Felicjan Majorkiewicz. Lata chmurne lata durne Warszawa 1983. Instytut Wydawniczy PAX. wyd. 1 С.228
- Felicjan Majorkiewicz. Lata chmurne lata durne Warszawa 1983. Instytut Wydawniczy PAX. wyd. 1 С.291
- Рышард Назаревич. Варшавское восстание, 1944 год: политические аспекты. — М.: Прогресс, 1989. — С. 191.
- "The Warsaw Rising". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- Э. Дурачиньский. Варшавское восстание // Другая война. 1939–1945. / под общ. ред. акад. Ю. Афанасьева. — М.: РГГУ, 1996. — С. 353.
- Рышард Назаревич. Варшавское восстание, 1944 год: политические аспекты. — М.: Прогресс, 1989. — С. 193.
- Доклад командования 1-го Белорусского фронта Верховному главнокомандующему И. В. Сталину о масштабах помощи повстанцам Варшавы от 2. oktyabr 1944 № 001013/оп (секретно)
цит. по: Зенон Клишко. Варшавское восстание. Статьи, речи, воспоминания, документы. М., Политиздат, 1969. стр.265–266. - Армии стран Варшавского договора. (справочник) / А. Д. Вербицкий и др. М., Воениздат, 1985. стр.107
- М. И. Семиряга. Борьба народов Центральной и Юго-Восточной Европы против немецко-фашистского гнёта. М., "Наука", 1985. стр.169
- Збигнев Залуский. Пропуск в историю. — М.: Прогресс, 1967. — С. 125–129.
- Всемирная история / редколл., отв. ред. В. П. Курасов. том 10. М., "Мысль", 1965. стр.382
- Освободительная миссия Советских Вооружённых сил во второй мировой войне/ под общ.ред. А. А. Гречко. М., Политиздат, 1971. стр.104
- М. Е. Монин. Содружество, рождённое в боях (о совместной борьбе советских вооружённых сил и армий Восточной и Юго-Восточной Европы против войск фашистской Германии). М., Воениздат, 1971. стр.96–97
- Збигнев Залуский. Пропуск в историю. М., "Прогресс", 1967. стр.125
- Очерки истории советско-польских отношений. 1917–1944 гг. / редколл., отв. ред. И. И. Костюшко, Л. Базылев. М., "Наука", 1979. стр.312
- Збигнев Залуский. Сорок четвёртый. События, наблюдения, размышления. / Пер. с польск. П. К. Костикова. — М.: Воениздат, 1978. — С. 160.
- Память о совместной борьбе. О советско-польском боевом братстве в годы борьбы с немецким фашизмом. / сост. Г. Лобарев, Л. Грот; под общ. ред. В. Светлова. — М.: Политиздат; Варшава: Изд-во Министерства национальной обороны ПНР, 1989. — С. 189–190.
- Э. Дурачиньский. Варшавское восстание // Другая война. 1939–1945. / под общ. ред. акад. Ю. Афанасьева. — М.: РГГУ, 1996. — С. 357.
- Збигнев Залуский. Пропуск в историю. — М.: Прогресс, 1967. — С. 131–132.
- "Помогал ли Советский Союз варшавским повстанцам?" ДОКУМЕНТАЛЬНАЯ ПУБЛИКАЦИЯ. Федеральное архивное агентство, 2014.
- Р. Назаревич. Варшавское восстание, 1944 год: политические аспекты. — М.: Прогресс, 1989. — С. 212.
- Konrad Nowicki. O stratach wojsk hitlerowskich w powstaniu warszawskim, "Poligon" nr 4/2010
- Andrzej Leon Sowa. Kto wydał wyrok na miasto? Plany operacyjne ZWZ-AK(1940–1944)i sposoby ich realizacji. Wydawnictwo Literackie, Kraków 2016.стр. 617–618
- Stanisław Mikołajczyk: The Rape of Poland: The Pattern of Soviet Aggression. Sampson Low, Martson & Co., LTD., London 1948. Whittlesey House, McGraw-Hill Book Company, New York, 1948
- Ирина Пахомова Варшавская трагедия — суд над победителями Arxivləşdirilib 2016-12-22 at the Wayback Machine Wayback|url=http://1k.com.ua/38/details/6/11 Arxivləşdirilib 2016-12-22 at the Wayback Machine |date=20161222032454
- "Największa bitwa miejska Drugiej Wojny Światowej". Biuletyn IPN nr 43–44.
- Юрий ИВАНОВ. ОЧЕРКИ ИСТОРИИ СОВЕТСКО-ПОЛЬСКИХ ОТНОШЕНИЙ в ДОКУМЕНТАХ 1917–1945 гг. Глава IX. "Основные политические и военные аспекты Варшавского восстания"
- "Министр обороны Польши назвал «крупнейшую битву Второй мировой войны»". 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
- http://www.msz.gov.pl/ru/p/irkuck_ru_k_ru/c/MOBILE/news/0.
- Великобритания не попросила прощения у Польши Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine // РИА "Новости", 1 августа 2004
- [Официальное мнение] // Коммерсантъ, 3 августа 2004
- Историческая неправда Польши Arxivləşdirilib 2014-04-13 at the Wayback Machine // «Росбалт», 4 августа 2007
- [Prezydent powstańcom o interesach w III RP] // «Gazeta Wyborcza», 3 августа 2008
- "Иван Бауков. «Горит Варшава». : «Война — преходяща, а лирика — вечна»". 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
Ədəbiyyat
- Jerzy Kirchmayer. Powstanie Warszawskie. Warszawa 1959.
- Józef Margules, Przyczółki warszawskie. Analiza i ocena działań 1 AWP w rejonie Warszawy we wrześniu 1944 r., Warszawa 1962.
- Hanns von Krannhals: Der Warschauer Aufstand 1944. Bernard & Graefe, Frankfurt am Main 1962 (Reprint: ars una, Neuried 2000, ISBN 3-89391-931-7).
- Adam Borkiewicz. Powstanie Warszawskie. Wyd. II. Warszawa, 1964.
- Aleksander Skarżyński. Polityczne przyczyny Powstania Warszawskiego. Warszawa, 1964.
- Włodzimierz Wołoszyn. Na warszawskim kierunku operacyjnym. Warszawa, 1964.
- Powstanie Warszawskie: zarys podłoża politycznego i dyplomatycznego, Odnowa, Londyn 1971 (wielokrotnie wznawiane i uzupełniane).
- Варшавское восстание 1944 // Вавилон — "Гражданская война в Северной Америке" / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 2).
- Antoni Przygoński. Powstanie Warszawskie w sierpniu 1944. Warszawa 1988.
- Antoni Przygoński. Stalin i powstanie warszawskie. Warszawa 1994.
- Tadeusz Sawicki. Front wschodni a Powstanie Warszawskie. Warszawa 1989.
- Steiner Jean-Francois, Warszawa 1944. Warszawa 1991.
- Jan Ciechanowski. Na tropach tragedii — Powstanie Warszawskie 1944: wybór dokumentów wraz z komentarzem. Warszawa 1992.
- Joanna K. M. Hanson. Nadludzkiej poddani próbie. Warszawa 2004, ISBN 83-07-02987-2.
- Kazimierz Iranek- Osmecki. Powołanie i przeznaczenie. Warszawa 2004.
- Stanisław Lem, Spór o Powstanie. — Tygodnik powszechny, № 48, 28 listopada 2004. Русск.: Спор о Восстании. — в кн. "Лем С., Раса хищников". — М.: АСТ, 2008, с.81–85.
- Варшавское восстание 1944 в документах из архивов спецслужб. Варшава — Москва, 2007.
- Kulisy katastrofy powstania warszawskiego. New York-Montreal-Warszawa 2009. Arxivləşdirilib 2019-09-03 at the Wayback Machine
- Krzysztof Komorowski. "Boje polskie 1939–1945. Przewodnik encyklopedyczny". Wydawca: Bellona, Rytm 2009.
- Nikołaj Iwanow, Powstanie Warszawskie widziane z Moskwy, Znak, Kraków 2010.
- Norbert Bączyk, "Zatrzymany front?", Poligon 4 (27) / 2011 Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine
- Norbert Bączyk. Panzertruppen a Powstanie Warszawskie, wyd. Pegaz-Bis 2013.
- Носкова А. Ф. Варшавское восстание 1944 г.: замыслы и результаты // Актуальные проблемы истории Второй мировой и Великой Отечественной войн. Воронеж, 2015.
- Andrzej Leon Sowa. Kto wydał wyrok na miasto? Plany operacyjne ZWZ-AK(1940–1944)i sposoby ich realizacji. Wydawnictwo Literackie, Kraków 2016.
- Статья "Варшавское восстание, "не замеченное Сталиным"" Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine // Сайт ВВС
- Анатолий Азольский. Связник Рокоссовского. Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine // журнал "Дружба народов", № 5, 2004
- Paweł Ukielski. Spór o Powstanie Warszawskie. "Biuletyn IPN". 8–9 (103–104), sierpień – wrzesień 2009.
- Piotr Ukielski: Spór o Powstanie Warszawskie. Najgorętsza debata toczyła się na emigracji. rp.pl, 2018–07–27. [dostęp 2019–01–03].
- Bohdan Urbankowski: Czerwona msza, czyli Uśmiech Stalina. T. II. Warszawa: Alfa-Wero, 1998. ISBN 83-7001-971-4.
- Jonathan Walker: Polska osamotniona: Dlaczego Wielka Brytania zdradziła swojego najwierniejszego sojusznika?. Kraków: Wydawnictwo Znak, 2010. ISBN 978-83-240-1301-2.
- Marcin Winkowski: "Kubuś", "Szary Wilk" i "Starówka", czyli rzecz o samochodach pancernych i transporterach opancerzonych powstańców warszawskich.. konflikty.pl, 2012–03–01. [dostęp 6 maja 2014].
- Agnieszka Zalewska. Kalendarium tworzenia Muzeum Dulag 121. "Przegląd Pruszkowski". 2(84), 2011.
- Janusz Kazimierz Zawodny: Powstanie Warszawskie w walce i dyplomacji. Warszawa: Państwowe Wydawnictwo Naukowe, 1994. ISBN 83-01-11572-6.
- Janusz Kazimierz Zawodny: Uczestnicy i świadkowie powstania warszawskiego. Wywiady. Warszawa: Państwowe Wydawnictwo Naukowe, 1994. ISBN 83-01-11586-6.
- Leszek Żebrowski. Narodowe Siły Zbrojne w Powstaniu Warszawskim. "Ład". 9/94, 1994.
- Tadeusz Żenczykowski: Polska lubelska 1944. Warszawa: Editions Spotkania, 1990.
- Zdzisław Życieński. O pomnik Powstania Warszawskiego. "Biuletyn IPN". 8–9 (79–80), sierpień-wrzesień 2007.
- Ludność cywilna w powstaniu warszawskim. T. I–III. Warszawa: Państwowy Instytut Wydawniczy, 1974.
- Raport o stratach wojennych Warszawy. Warszawa: Miasto Stołeczne Warszawa, listopad 2004.
- Debata – Powstanie Warszawskie. Akt założycielski Polski. teologiapolityczna.pl, 2 października 2008. [dostęp 4 maja 2012].
- Kwestia wysiedleń w świetle informacji, dokumentów i relacji, znajdujących się w posiadaniu Fundacji "Polsko-Niemieckie Pojednanie". fpnp.pl. [dostęp 21 sierpnia 2011].
- Muzeum Powstania Warszawskiego. 1944.pl. [dostęp 5 maja 2014].
- Tomasz Strzyżewski: Wielka księga cenzury PRL w dokumentach. Warszawa: Prohibita, 2015, s. 91. ISBN 978-83-61344-70-4.
Xarici keçidlər
- Warsaw Rising Museum in Warsaw (ing.)
- The Warsaw Rising (ing.)
- The Warsaw Uprising – 1. VIII.1944 (ing.)
- Warsaw Uprising CNN Special (ing.)
- Warsaw Uprising of 1944 at Polonia Today (ing.)
- Warsaw Rising: The Forgotten Soldiers of World War II. Educator Guide (ing.)
- Warsaw Uprising 1944 A source for checking data used in this page and offers of material and help. (ing.)
- Polish Resistance page provides information and maps which may be freely copied with attribution. (ing.)
- Warsaw Life: A detailed account of the 1944 Warsaw Rising, including the facts, the politics and first-hand accounts (ing.)
- Polish Boy Scouts Deliver "AK" Mail (ing.)
- The Warsaw Uprising daily diary, written in English by Eugenuisz Melech, on the events as they happened. (ing.)
- Anglo-Polish Radio ORLA.fm Has broadcast several historical programmes on the Warsaw Uprising (ing.)
- Website summarizing many publications against decision to initiate Warsaw Uprising (pol.)
- Dariusz Baliszewski, Przerwać tę rzeź! Tygodnik "Wprost", Nr 1132 (8 August 2004) (pol.)
- Warschau – Der letzte Blick German aerial photos of Warsaw taken during the last days before the Warsaw Uprising (alm.)
- Count Ralph Smorczewski – Daily Telegraph obituary (ing.)
- Interview with Warsaw Uprising veteran Stefan Bałuk The State We're in from Radio Netherlands Worldwide (ing.)
- 'Chronicles of Terror' — collection of civilian testimonies concerning Warsaw Uprising (ing.)