Vaqifiyyə

VaqifiyyəŞiəlikin təriqətlərindən biri.

İslam

İslam Tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

Tarixi

Növbəxti «Firəquş-şiə» kitabında deyir: Yeddinci imam Musa ibn Cəfər Kazim vəfat etdikdən sonra şiələr həbs olunaraq bir daha Harun Ər-rəşidin zindanına atıldı və tərəfdarları arasında ixtilaf yarandığı üçün onlar beş dəstəyə bölündülər. Birinci dəstə imam Kazimin (ə) «Sindi be-şahək» zindanında vəfat etdiyini və ondan sonra oğlu imam Əli ibni Musa Rizanın (ə) imamətini qəbul etdi. İkinci dəstə imam Musa ibni Cəfərin ölmədiyini və heç vaxt ölməyəcəyini, yer üzü zülm və ədalətsizliklə dolduqdan sonra zühur edərək haqq-ədaləti bərqərar edəcəyini, üçüncü dəstə isə onun qaim olduğunu və vəfat etdiyini, lakin yenidən qayıdıb gizli olduğunu hesab edirlər. Tərəfdarları məxfi şəkildə onunla görüşür, onlara haram və halala dair hökmlər verir. Dördüncü dəstə imamın vəfat etdiyini qəbul etmiş, lakin yenidən İsa ibni Məryəm kimi qayıdıb qiyam edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini bildirmişlər. Beşinci dəstə belə bir əqidədə olmuşdur ki, imam Kazim (ə) vəfat etmişdir, lakin Allah-taala onu göylərə qaldırmış və qiyamət günü yenidən dünyaya qaytaracaqdır. Birinci dəstədən başqa qalan dörd dəstə imam Musa ibni Cə᾿fərin imaməti üzərində dayandıqları və onun qeybə çəkildiyini güman etdikləri üçün «Vaqifiyyə» (dayananlar) və ya«Vaqifə» adlandırılmışlar.

Əbül Həsən Əş᾿əri özünün «Məqalatul-islamiyyin», «Əbdül Qahir Bağdadi» «Əl-fərqu beynəl-firəq» və Şəhristani «Əl-miləl vən-nihəl» adlı kitablarında bu nəzəriyyəni irəli sürmüşlər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.