Vaqif Seyidov
Vaqif Seyidov (azərb. Seyidov Vaqif Cavad oğlu) — tibb elmləri doktoru, professor,[1] Əməkdar həkim[2]
Vaqif Seyidov | |
---|---|
Vaqif Cavad oğlu Seyidov | |
Doğum tarixi | |
Doğum yeri | Zəyəm qəsəbəsi, Şəmkir, Azərbaycan SSR |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | qastroenteroloji |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Üzvlüyü | Sankt-Peterburqda Petrovsk Akademiyasının müxbir üzvü |
Mükafatları |
Həyatı
Seyidov Vaqif Cavad oğlu 1 iyun 1941-ci ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuşdur. 1960–1966-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1966-cı ildə Elmi-Tədqiqat Klinik və Eksperimental cərahiyyə institutuna klinik ordinaturaya daxil olmuşdur.
Elmi fəaliyyəti
1970-ci ildə mədəaltı subtotal reaksiyasının qanın laxtalanma sisteminə təsiri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 1976–1979-cu illərdə isə doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərində Ümumittifaq Cərrahlıq Mərkəzinə və SSRİ Tibbi Elmlər Akademiyasının Bakulyev adına instituta ezam olunmuşdur. 1979-cu ildə Elmlər Akademiyasının tibbi üzrə ixtisaslaşmış şurasında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adına layiq görülmüşdür. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərahiyyə kafedrasında əvvəl dosent, sonralar isə professor vəzifəsində çalışmışdır. 1982–1983-cü illərdə Bakı şəhərinin, 1983–1994-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahi və eyni zamanda M. Topçubaşov adına Elmi-Cərrahi qastroeteroloji şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Əməkdar həkimi və SSRİ səhiyyə əlaçısı olmuşdur. Mədəaltı vəz və öd yollarında aparılan bir sıra orijinal əməliyyatların müəllifidir. Respublikada ilk dəfə qanın aortası üzərində rekonstruktiv əməliyyatları aparmışdır. Respublikamızda mədə rezeksiyası zamanı kompressioan qastroenteroanastomiozun işləyib tətbiq etmişdir. 230-dan artıq elmi işin, o cümlədən 9 monoqrafiya və metodik vəsaitin,[3] 7 ixtira və 20 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə Respublika, ümumittifaq və Beynəlxalq konfederasiyaların iştirakçısı olmuşdur.10-a qədər namizədə və doktorlara rəhbərlik etmişdir. 2002-ci ildə Sankt-Peterburqda Petrovsk Akademiyasının müxbir üzvü seçilmişdi.
Vəfatı
10 fevral 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4]
İstinadlar
- "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- "Məşhur azərbaycanlı professor vəfat etdi". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- "Professor Vaqif Cavad oglu Seyidov". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
- "Məşhur azərbaycanlı cərrah dünyasını dəyişdi — FOTO". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.