Vaqif Qarayev
Vaqif Məmmədvəli oğlu Qarayev (rus. Гараев, Вагиф Мамедвели оглы; 24 yanvar 1955, Mingəçevir – 20 fevral 2021) — Rusiya Federasiyasının Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri. O, bu posta ölkə prezidenti Vladimir Putinin 2014-cü il 29 dekabr tarixli fərmanı ilə təyin olunub.
Vaqif Qarayev | |
---|---|
rus. Гараев, Вагиф Мамедвели оглы | |
Rusiya Federasiyasının Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri | |
Vəzifədədir | |
29 dekabr, 2014-cü ildən | |
Əvvəlki | Viktor Simirnov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral 2021 (66 yaşında) |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Həyatı
Vaqif Qarayev 1955-ci ilin 24 yanvar tarixində Azərbaycanın Mingəçevir şəhərində anadan olub. Ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. 1997-ci ildə Rusiya Diplomatik Akademiyasının ali kursunu bitirdikdən sonra diplomatik fəaliyyətə başlayıb. Azərbaycan, ərəb, erməni, fransız və türk dillərində sərbəst danışır. 1978-ci ildən etibarən diplomatik xidmətdədir.[1]
Xidmət yerləri
- 1994–1999 — Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi.
- 1999–2003 — Rusiya Federasiyasının Hələb şəhərində baş konsulu.
- 2004–2007 — Rusiya Xarici İşlər Nazirliyində Yaxın Şərq və Şimali Afrika üzrə baş müşavir.
- 2007–2011 — Rusiya Federasiyasının Ərbil (İraq) şəhərində baş konsulu.
- 2011–2014 — Rusiya Federasiyasının Bəsrə (İraq) şəhərində baş konsulu.
- 29 dekabr, 2014-dən[2] — Rusiya Federasiyasının Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri
Diplomatik rütbə
- Fövqəladə və səlahiyyətli səfiri Klass 2 (2002 15 yanvar)[3].
İstinadlar
- Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- "Указ Президента Российской Федерации от 29.12.2014 № 823 "О назначении Гараева В.М. Чрезвычайным и Полномочным Послом Российской Федерации в Королевстве Бахрейн"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-07.
- "Указ Президента Российской Федерации от 15.01.2002 № 53 "О присвоении дипломатических рангов"". 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.