Vaqif Buduqlu
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi[1].
Vaqif Buduqlu | |
---|---|
Vaqif Ziyəddin oğlu Piriyev | |
Doğum tarixi | |
Doğum yeri | Buduq, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bağbanlı, Quba rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA |
Təhsili | |
Mükafatları | |
Həyatı
Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi
2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[2]. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir.
25 avqust 2010-cu ildə vəfat etmişdir.
- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 20
Əsas elmi nailiyyətləri
- Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir.
- XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur.
- Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
- Son illərdə əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və "Naxçıvan Ensiklopediyası" üçün 40-a qədər məqələ yazmışdır.
- Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olur.
Əsas elmi əsərləri
- Azərbaycan hülakular dövlətinin tənəzzülü dövrundə. Bakı, "Elm", 1978, 10, 25 ç.v.
- Buduq və buduqlular. Bakı, Sabah, 1994, 6, 5 ç.v.
- Azərbaycanın tarixi. 7cilddə. III cild, Bakı, "Elm", 1999, 49 ç.v. (şərikli)
- Azərbaycanın tarixi. Ali məktəblər üçün dərslik. Bakı, ADN, 1994, 49 ç.v. (şərikli)
- Azərbaycanın tarixi coğrafiyası. Dərs vəsaiti, Bakı, Araz, 2002, 10 ç.v.
- Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Sabah, 2003, 30 ç.v.
- Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, "Müəllim" nəşriyyatı, 2006
İstinadlar
- "Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 2009-cu il tarixli, 611 nömrəli Sərəncamı". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2005-ci il tarixli, 1156 nömrəli Sərəncamı". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
Mənbə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.