Vaqif Hüseynov (dövlət xadimi, 1947)
Vaqif Aslan oğlu Hüseynov (9 oktyabr 1947, Ağbulaq, Krasnoselsk rayonu) — İqtisad elmləri namizədi, Saatlı rayonu İcra hakimiyyətinin başçısı (2005–2008).
Vaqif Hüseynov | |
---|---|
Vaqif Aslan oğlu Hüseynov | |
Saatlı rayonu İcra hakimiyyətinin başçısı | |
2005 – 2008 | |
Əvvəlki | Gülhüseyn Əhmədov |
Sonrakı | Siraqəddin Cabbarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 oktyabr 1947 (76 yaş) |
Doğum yeri | |
Atası | Aslan Hüseyn oğlu |
Anası | Kəklik Nəcəf qızı |
Həyat yoldaşları | Elmira xanım, Fəridə xanım |
Uşaqları | Nazənin, Leyla |
|
|
Təltifləri |
Həyatı
Vaqif Aslan oğlu Hüseynov 9 oktyabr 1947-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Vaqif Hüseynov qonşu Toxluca kəndində I sinifə gedib, Ağbulaqda təhsilini davam etdirib və Ardanış kəndində məktəbi bitirib.[1]
1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı instituna daxil olub. 1971-ci ildə xalq təsərrüfatının planlaşdırılması üzrə iqtisadçı ixtisasına yiyələnib.
Bakı İdman malları fabrikində sıravi işçidən direktor müavini vəzifəsinədək yüksəlib.
1996-cı ilin oktyabrndan Azərbaycan Respublikası Kənd Təsərrüfatının Nümunəvi Özəl Təsərrüfatlarının Formalaşmasına Yardım Layihəsini Həyata keçirən mərkəzin işçi orqanına rəhbərlik etmişdir. 1999-cu ildən isə o Kənd Təsərrüfatında Özəl bölmənin inkişafına Yardım agentliyinin rəhbəri vəzifəsini icra etmişdir.[2]
13 dekabr 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Aslan oğlu Hüseynov Saatlı rayon İcra hakimiyyətinin başçısı təyin edilib[3].
25 aprel 2008-ci ildə prezident İlham Əliyevin 2775 saylı sərəncamı ilə V. A. Hüseynov Saatlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[4].
Mənbə
- Eldar İsmayıl. "Məndən ötrü Ermənistan yoxdu, yox". Bakı, "Nurlan", 2002. səh.182-də
- Eldar İsmayıl. "Vətənimdir Azərbaycan". Bakı, "Elm və təhsil", 2012. səh.36-da
İstinadlar
- Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 129.
- Eldar İsmayıl. "Oğuz yurdun övladları". Bakı, "Təbib", 1999. səh.342
- VAQİF HÜSEYNOV SAATLININ İCRA BAŞÇISI OLDU
- "V. A. Hüseynovun Saatlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.