Vaqif Hüseynov (dövlət xadimi, 1940)
Vaqif Rza oğlu Hüseynov (1940 – 1 iyul 2015, Qobustan) — Samux rayonu İcra hakimiyyətinin başçısı (?-11 may 1993)[1]
Vaqif Hüseynov | |
---|---|
Samux rayonu İcra hakimiyyətinin başçısı | |
– 11 may 1993 | |
Sonrakı | Rasim Mürsəlov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1940 |
Vəfat tarixi | 1 iyul 2015 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Vaqif Hüseynov 1993–1994-cü illərdə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.[2] O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq, oğlu və digər iki nəfərlə birlikdə həbs olunub.[2] Məhkəmə Vaqif Hüseynov barəsində ölüm hökmü çıxarıb.[2] Lakin sonradan onun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.[2]
Şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkən Vaqif Hüseynov 1 iyul 2015-ci ildə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında vəfat etmişdir.[2]
İstinadlar
- "R.B.Mürsəlovun Samux rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və V.R.Hüseynovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il tarixli, 573 nömrəli Fərmanı". 18 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2015.
- Keçmiş icra başçısı həbsxanada vəfat etdi Arxivləşdirilib 2015-07-02 at the Wayback Machine. qafqazinfo.az, 01.07.2015 (az.)
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.