Vaqif Cavadov
Vaqif Füzuli oğlu Cavadov (d. 25 may 1989) — Azərbaycan məşqçisi və keçmiş oyunçusu.
Vaqif Cavadov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Vaqif Füzuli oğlu Cavadov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.87 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 71 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu (futbol) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Həyatı
Vaqif 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub. Vaqif Cavadovun bir futbolçu kimi inkişafında onun böyük rolu vardır.
2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Vaqif 77 oyun keçirir və 20 qol vurur. Bu zaman ərzində o milli komadada əsas oyunçulardan birinə çevrilir və bir çox Avropa klublarının diqqətini cəlb edir. 2010-cu ilin yanvarında Vaqif Cavadov "Tvente"[1] komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır.[2]. Vaqif 7 nömrəli forma alır.
Lakin burada Vaqif möhkəmlənə bilmir və əsasən əvəzedici heyətdə oynamağa başlayır. 2010-cu ildə isə o "Bakı" futbol klubuna icarə əsasında keçir. Burada o 23 oyun keçirir və 4 qol vurur. Mövsümün sonunda Vaqif Cavadovun "Qəbələ" ilə razılaşması deyilsədə o Rusiya premyer-liqasının "Volqa" klubuna transfer edilir və burada "70" nömrəsi ilə çıxış etməyə başlayır.
Uğurları
- Qarabağ
Azərbaycan Milli Futbol Kuboku – 2008/09
- Tvente
Hollandiya çempionu – 2009/2010
Şəxsi uğurları
- Azərbaycanda ilin futbolçusu – 2009[3]
- "Qarabağ" futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2009[4]
- Topaz Premyer Liqası noyabr ayının futbolçusu (1): 2013[5]
İstinadlar
- "Cavadov: Çoxlarına, o cümlədən jurnalistlərə sübut etdim ki..." 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.
- "Vaqif 4,5 il "Tvente"də!!!". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-12.
- "Vaqif Cavadov 2009-un ən yaxşı futbolçusudur". 2009-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
- "Qarabağ 2013-ün ən yaxşısını seçdi". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.
- "Ötən ayın ən yaxşıları müəyyənləşdi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.