Vaqif Bayramov (mayor)
Vaqif Dilqəm oğlu Bayramov (25 dekabr 1979, Naftalan – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (mayoru[1]). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Vaqif Bayramov | |
---|---|
Vaqif Dilqəm oğlu Bayramov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naftalan, Azərbaycan |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Mayor |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Həyatı
Vaqif Bayramov 1979-cu ilin 25 dekabr günündə Naftalan şəhərində anadan olub. Vaqif Bayramov ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb. Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.
Hərbi xidməti
Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
İstinadlar
- ""Dördgünlük müharibə"-Şəhidliyin Vaqif Bayramov zirvəsi". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.