Vaqif Abışov
Vaqif Şirin oğlu Abışov (27 fevral 1955, İmişli) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi" şöbəsinin aparıcı elmi işçisi.[1]
Vaqif Abışov | |
---|---|
Vəzifədədir | |
29 oktyabr 2016-cı ildən | |
Əvvəlki | Yaşar Kələntərli |
11 iyun 2011 – 2013 | |
Əvvəlki | Mikayıl Rəhimov |
Sonrakı | Teyyub Qənioğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 fevral 1955 (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix üzrə elmlər doktoru (2018) |
Elmi adı | aparıcı elmi işçi |
İş yeri | AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu |
Həyatı
Vaqif Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962–1972-ci illərdə İmişli şəhər N. Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır.
Vaqif Abışov 1973–1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1975–1980-ci illərdə Bakı şəhərində H. Z. Tağıyev adına Toxuculuq fabrikində müxtəlif vəzifələrdə işləmişdir.
Vaqif Abışov 1981–1986-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1986–1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992–1999-cu illərdə Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Ailəlidir, üç övladı var.
Elmi fəaliyyəti
Vaqif Abışov 1995-ci ildən "1917–1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləyərək, 2007-ci ildə onu müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Vaqif Abışov 2000–2003-cü illərdə AMEA Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir.
2018-ci il martın 28-də Vaqif Abışov "Şimali Azərbaycanda sovet hakimiyyəti qurulmasının tarixşünaslığı" adlı doktorluq dissertasiyasını müdafiə edib. 2019-cu il 12 aprel tarixində isə tarix üzrə elmlər doktoru elmi adı təsdiq olunmuş və diplomunu almışdır.[1]
Kitabları
- Azərbaycanlıların soyqırımı. Bakı: Nurlan, 2007, 178 s.
- История Азербайджана в архивных документах (1917–1920). На основе материалов Российского Государственного архива Социально-политической истории. Гл.редактор Я.М.Махмудов, составитель И.В.Нифталиев, ред. кол. Баку, Çaşıoğlu, 2010.
- Azərbaycanlıların soyqırımı (1917–1920-ci illər). Bakı: Turxan NPB, 2013, 272 s.
- Bakı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin mart-aprel ayları) . Bakı, Turxan, 2014.
- Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin aprel-may ayları). Bakı, Turxan, 2014.
- Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci il mart-aprel). Bakı, Turxan, 2014.
- Azərbaycan Sovet Sosialist Respublikası qurulmasının tarixşünaslığı. Bakı, Turxan, 2015
Məqalələri
- Azərbaycanda siyasi vəziyyət və erməni millətçi təşkilatların Azərbaycan əleyhinə fəaliyyətinin əsas istiqamətləri (1917-ci il). /Azərbaycan tarixi məsələləri. Bakı: Nurlan, 2005, 100 s.
- Cənubi Azərbaycanda erməni cinayətləri (1918-ci il). // İrs. Наследие. Международный Азербайджанский журнал. Москва, 2009.
- Şamaxı qəzasında erməni cinayətləri (mart-aprel 1918-ci il). // AMEA Tarix İnstitutu. Elmi Əsərlər. 28-ci cild. Bakı: 2009, səh. 166–172.
- Bakı Xalq Komissarları Sovetinin antiazərbaycan siyasətinin tarixşünaslığı. // AMEA Tarix İnstitutu. Elmi Əsərlər. 38-ci cild. Bakı – 2011, səh. 192–199.
- Армянские пристрастия "Института социальных и политических исследований Черноморско-Каспийского региона". http://strategiya.az/.04.05.2013%5B%5D . Qara dəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu"nun erməni təəssübkeşliyi. http://strategiya.az/.06.05.2013%5B%5D .
- Преступный соратник С.Шаумяна – палач азербайджанцев Степан Лалаев (Лалаян). Сб. Геноцид Азербайджанского народа 1918 года: организаторы и палачи. Баку: ИПО "Турхан", 2013, 272 с.
- Bakı quberniyasında azərbaycanlılara qarşı 1918–1920-ci illər soyqırımı. Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutu "Azərbaycan xalqına qarşı 1918–1920-ci illər soyqırımı" Beynəlxalq elmi-prakrik konfrans materialları. Quba şəhəri. 29 mart 2013.
- Изучение политической ситуации в Баку в 1917–1918 гг. В исследованиях 1920-ых годов. // Вестник Российского Университета Дружба народов. Сер. История России. 2014, № 2.
- 1917–1918-ci illərdə Bakıda siyasi hadisələrin öyrənilməsi 1950-ci illərin tədqiqatlarında. // Tarix və onun problemləri. Jur. 2014, № 2, s.367–373.
- Birinci dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı. // AMEA Tarix institutu. Elmi Əsərləri. 48, 49, 50 sayları, 2014.
- Birinci dünya müharibəsi illərində Bakıda bolşeviklərin hakimiyyət uğrunda mübarizəsinin tarixşünaslığı (sovet tarixşünaslığı) // Birinci dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş: "Tarixin qaranlıq səhifələri, keçmişin ibrət dərsləri və gələcəyə çağırış". Beynəlxalq elmi konfransın materialları. Bakı, 23–24 may 2014, s. 37–42.
- 28 Aprel işğalı Azərbaycan sovet tarixşünaslığında // AMEA Xəbərləri. Tarix, Fəlsəfə, Hüquq. 2014, № 1, s.76–81.
- Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi. (Tarixşünaslıq məsələsi). // AMEA Xəbərləri. İctimai elmlər seriyası. 2015, № 1, s.104–109.
- Azərbaycanın Şamaxı qəzasında türk-müsəlman soyqırımı (1918–1920-ci illər) // Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları. (1914–1920-ci illər). II Beynəlxalq elmi konfransın materialları. 2015, s.126–131.[1]
İstinadlar
- "Vaqif Şirin oğlu Abışov — tarixinstitutu.az". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.