Vanna Buakeva

Vanna Buakevaİqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçudur. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu.[1]

Vanna Buakeva
วรรณา บัวแก้ว
Şəxsi məlumatlar
Tam adı Vanna Buakeva
Doğum tarixi
Doğum yeri Tailand Sa Kaeo Tailand
Vətəndaşlığı Tailand Tailand
Voleybolçu məlumatları
Boyu 1.72 m
Çəkisi 54 kq
Zərbəsi 283 sm
Bloku 275 sm
Mövqeyi Libero
Karyerası
Komandası Azərbaycan İqtisadçı
Nömrəsi 2
Klub karyerası
1999–2002
2002–2003
2003–2008
2008
2009
2009–2010
2010
2010–2011
2011–2012
2012
2012–
Tailand Pepsi Bangkok
İtaliya Volley Spezzano
Tailand Tailand (azad agent)
Tailand Sang Som
Tailand Federbrau
Azərbaycan İqtisadçı
Tailand Federbrau
Tailand Nonq Khai
Tailand Saijo Denki
Tailand Federbrau
Azərbaycan İqtisadçı
Milli komanda karyerası
1996– Tailand Tailand
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı.

2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi. Bu intervalda 2007-ci ildə Asiya çempionatının bir daha bürünc medalını qazanmışdı. Bu səfər bu nailiyyətlə də bəs etməyib bir də şəxsi mükafat qazandı. Bu turnirin "Ən yaxşı müdafiəçi"si nominasiyasında qazanılmış mükafat idi.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.