Vankuver marmotu
Vankuver marmotu (lat. Marmota vancouverensis) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Şimali Amerika gəmiricisi olan bu məməli heyvan Kanadanın Vankuver adası üçün endemikdir və əsasən adanın cənub hissələrində hündürlüyü 500 m-ə qədər olan dağlarda yaşayır. Bu marmotlar ayrıca növ olub nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Belə ki, təbii şəraitdə yaşayan cəmi 35-dən az növün qaldığı təsbit edilmişdir.
Vankuver marmotu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Vankuver marmotu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Vankuver marmotunun xəzi fəsillərə görə müxtəlif rəngdə olur. Yayın əvvəlində qəhvəyi, iyulda isə xəz tökülür və bədənin və başın yuxarı hissəsində ağ zolaqları olan qara rəngdə olur. Marmotun kütləsi də fəsillərə görə dəyişir və il ərzində 3-3,5 kq-la 5-6 kq arasında dəyişir. Bədəninin uzunluğu 68-70 sm olur.
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Richard W. Thorington Jr., Koprowski J. L., Steele M. A. Squirrels of the World. Baltimor: Johns Hopkins University Press, 2012. S. 288–289. ISBN 978-1-4214-0469-1
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.