Vanikoro adası
Vanikoro adası (ing. Vanicoro) — kiçik dağlıq adadır və Sakit okeanın qər sahilindəki adaların toplusundan yaranıb. Santa-Krus — Yeni Hebrid adaları qövsünə aiddir. İnzibati cəhətdən Solomon adaları dövlətinin Temotu əyalətinin ərazisinə daxildir. Vanikoro adası Utupua adasından təxmini 40 kilometr şimal-qərbdə, Tikopia adasından isə 140 kilometr cənub-şərqdə yerləşmişdir.
Vanikoro adası | |
---|---|
ing. Vanicoro | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 173,2 km² |
Uzunluğu |
|
Eni | 13,6 km |
Hündür nöqtəsi | 923 m |
Əhalisi | 1.293 nəfər (2009-cu il) |
Yerləşməsi | |
11°37′00″ c. e. 166°58′00″ ş. u. | |
Ölkə | Solomon adaları |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Adanın ümumi sahəsi 173,2 km² təşkil edir.[1] adanın yaxınlığında Teanu, Nomianu, Nanunqa və Manieve adaları yerləşmişdir. Nanunqa adasından başqa digər adalar vulkan mənşəli adalardır. Sıx bitki örtüyü olan ada mərcan rifi qrupu ilə əhatə olunmuşdur. Ən yüksək nöqtəsi Mbaqne dağıdır (923 m).
Geologiya
Vanikoro adası da yaxınlıdakı adalar kimi Pliotsen və Pleystosen epoxalarında yaranmışdır. Adanın əsasını bazalt qatı təşkil edir. Vulkanitin dəqiq yaşı təyin edilməmişdir. Vanikoro adası da Santa-Krusun başqa adaları kimi Avstraliya və Sakit okean plitəsinin toqquşması nəticəsində yaranmışdır. Uzaq keçmişdə adada vulkanların fəallığı müşahidə olunmuşdur. Hal-hazırda adada yerləşən vulkanlar sönmüş vulkanlardır. Ancaq zaman keçdikcə onların səthi eroziyaya məruz qalır.
Tarixi
Ada haqqında məlumatlar yalnız XVIII–XIX əsrlərdə avropalılara məlum olmuşdur. Adanı fransız səyahətçi Jan Fransua de Laperuz öz ekspedisiyası zamanı kəşf etmişdir. Səyahətçinin komandanlığı altında hər iki fransız gəmisi 1788-ci ildə Vanikoro adası sahilindəki riflərdə qəzaya uğramışlar. Laperuzun ekspedisiyasından sağ qalanlar Jülyo-Sezar Dümin-Dirvilin komandanlığı altında 1828-ci ildə növbəti ekspedisiya zamanı adanı aşkar etmiş və burada itkin düşmüşlər. Yerlilərin məlumatlarına görə, son dörd matros 1825-ci ildə vəfat etmişlər.
Vanikoro adasının adı Jül Vernin "20 000 lye su altında" əsərində xatırlanır.
Əhalisi
Adada az sayda əhali məskunlaşmışdır. Əhalinin sayı təxminin 1293 nəfər (2009-cu il) təşkil edir.[2] Əhalinin əksəriyyəti melaneziyalılardan təkil olunmuşdur. Adada həmçinin tikopiya dilində danışan 200 nəfər polineziyalı yaşayır.
İqtisadiyyat
Yerli sakinlərin əsas məşğuliyyəti balıqçılıq və əkinçilikdir. Ada daima yaxınlıqdakı adalarla əlaqə saxlayır.
Ədəbiyyat
- Острова Ваникоро упоминаются в 19 главе, Части I романа Жюля Верна "20000 лье под водой".
- Hackman, B. D., Dennis, R. A., Lai, J. B. (1977): Vanikolo geological map sheet 1:50,000, published by Geological Surveys Division of the Ministry of Natural Resources, Honiara, Solomon Islands.
- Jean-François de Lapérouse: Zu den Klippen von Vanikoro. Weltreise im Auftrag Ludwigs XVI. 1785–1788. Nach Lapérouses Tagebüchern aufgezeichnet von M. L.-A. Milet-Mureau, übersetzt, bearbeitet und herausgegeben von Klaus Fischer. Verlag Neues Leben, Berlin 1987, ISBN 3-355-00540-1
İstinadlar
- "Острова Соломоновых Островов. (ing.)". 2008-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-27.
- Cf. Recensement national de 2009 Arxivləşdirilib 2011-12-16 at the Wayback Machine.