Venern gölü
Venern gölü — İsveçdə Vastra Göteland və Varmland rayonları arasında yerləşən göl. Ladoqa və Oneqa göllərindən sonra Avropanın ən böyük üçüncü gölüdür.
Venern gölü | |
---|---|
Vänern | |
| |
Ümumi məlumatlar | |
Tipi | Buzlaq |
Mütləq hündürlüyü | 44 m |
Eni | 60 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 1.790 km |
Sahəsi | 5.650 km² |
Həcmi | 153 km³ |
Dərin yeri | 106 m |
Orta dərinliyi | 27 m |
Yerləşməsi | |
58°55′00″ şm. e. 13°30′00″ ş. u. | |
Ölkə | İsveç |
Regionlar |
|
Rayon |
|
Ada | Dyuro adaları |
|
|
www.projektwebbar.lansstyrelsen.se | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Geoloji olaraq göl 10.000 il əvvəl buz dövrü nəticəsində əmələ gəlmişdir. Buzlar əridiyindən göl həmin dövrdəki İsveç torpaqlarında Botni körfəzi ilə Katteqat arasında boğaz funksiyasını daşıyırdı. Növbəti illərdə göl kiçildi. Göldə başqa heç bir yerdə rast gəlinməyən buz dövründən qalma növlər də yaşamaqdadır.
Coğrafiyası
Gölün sahəsi 5.655 km2-dir. Dəniz səviyyəsindən 44 m yüksəklikdədir və orta dərinliyi 27 m-dir. Ən dərin yeri 106 metrdir. Gölün orta hissəsindəki Dyoro adalarına milli park statusu verilmişdir. Gölün cənub-qərbində yerləşən Kinnekulle dağı vacib turizm qaynağıdır . Yüksəkliyi 270 m olan bu dağdan bütün gölü görmək mümükündür.
Canlılar
Göldə yaşayan ən əhəmiyyətli balıq növü Osmerusdur. Hər ha-ya 2.600 balıq düşür. Burada yaşayan başqa balıq növü isə qızılbalıqdır, ağırlıqları 15 kq-ya çata bilir. Dünyanın ən ağır qızılbalığı da Venern gölündə tutulmuşdur. Gölün sahilində yaşayan əsas quş növü isə qağayılardır.
Xarici keçidlər
- Rəsmi sayt Arxivləşdirilib 2012-11-16 at the Wayback Machine