Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır.
Vandom sütunu | |
---|---|
fr. la colonne Vendôme | |
48°52′02″ şm. e. 2°19′45″ ş. u. | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Yerləşir | I arondisman (Paris)[1] |
Memar |
J.B.Leper J.Qonduen |
Sifarişçi | Napoleon |
Tikilmə tarixi | 1806-1810 |
Üslubu | ampir |
Hündürlüyü | 44,3 m |
Material | tunc |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00085790 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.[2] 1,5 milyon liver dəyərində olan bu tikili “Böyük Ordü sütunu” fr. Colonne de la Grande Armée adlandırılır. 1814 cü ildə sütun üzərində qoyulmuş olan IV Henrixin atlı hüykəli 1 mart 1833 cü ildə Napoleonun atlı heykəli ilə əvəz edilir.
12 aprel 1871 ci il. Kommuna dekret qəbul edir:
|
15 may 1871-ci ildə[4] monument Paris kommunası tərəfindən dağıdılır. Kommuna üzvü rəssam Qustav Kurbe sütunu Əlillər Evinin ərazisinə kıçürməyi təklif edir. Lakin inqilan əhval ruhiyyəli Paris sakinləri onu tamam uçurulmasını tələb edirlər. Sütunun qonşuluğunda yaşayan kommunaçı rəssam Qustav Kurbe həm siyasi, həm də estetik cəhətdən sütunun uyğunsuzluğunu əsas gətirərək sökülməsini israr edir və işə rəhbərliyi öz boynuna götürür.[4] Sütun iki uğursuz cəhddən sonra kəndir və bucurqadın köməyi ilə aşırılır.[4] Tunc lövhələr saxlanılır və Kommuna rejimi devrildikdən sonra 1873 cü ildə sütun onument yeni respublikanın pesidenti fr. Patrice de Mac-Mahon tərəfindən Qustav Kurbenin öz hesabına bərpa etdiir. Ölümünə qədər müflisləşmiş rəssam Qustav Kurbe xərci tam ödəyə bilmir.
Napoleonun heykəli
Sütunun üstündəki ilk Napoleonun heykəli heykəltaraş fr. Antoine-Denis Chaudet (1763−1810) tərəfindən hazırlanmışdır. 1814 cü ildə götürülərək 1818 ci ildə əridilir. Yuli monarxiyası 1833 cü ildə fr. Charles Émile Seurre-ə yeni heykəl hazırlamağı tapşırır. Bu heykəldə Napoleon “petit caporal” - kiçik onbaşı kimi təsvir edilir. Halhazıda bu heykəl Əlillər Evinin həyətində qoyulmuşdur. III Napoleon birinci heykəlin (heykəltaraş fr. Augustin-Alexandre Dumont tərəfindən) sürətini hazırlatdıraraq ikincini əvəz etdirir.
Abidə haqqında məlumat
Vandom sütununun hündürlüyü 44,3 m, diametri isə 3,65 m-dir. Sütun özü 96 daş barabanının üzərində qoyulmuşdur. Sütun özü isə doyüş səhnələrindən cızılmış 280 m uzunluğa malik 425 bürünc lövhələrdən ibarətdir.
NEAPOLIO IMP AVG MONVMENTVM BELLI GERMANICI ANNO MDCCCV TRIMESTRI SPATIO DVCTV SVO PROFLIGATI EX AERE CAPTO GLORIAE EXERCITVS MAXIMI DICAVIT Tərcüməsi: |
İstinadlar
- base Mérimée (fr.). ministère de la Culture, 1978.
- "MobileReference, Paris Sights, 2010, o. S." 2015-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
- "Destruction de la Colonne Vendôme à Paris en 1871". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Paul d’Abrest: Courbet und die Vendôme-Säule.. In: Adolf Kröner (Hrsg.): Die Gartenlaube, Heft 9, S. 148-150. Ernst Keil’s Nachfolger, Leipzig 1878, S. 148.