Vanadium (II)sulfat
Vanadium (II) sulfat (VSO4) — qeyri-üzvi bir birləşmədir, vanadiumun və sulfat turşusunun duzudur, kristallohidratlar əmələ gətirir – suda həll olan qırmızı-bənövşəyi kristallardı.
Vanadium (II)sulfat | |
---|---|
Ümumi | |
Sistematik adı | Vanadium (II) sulfat |
Kimyəvi formulu | O₄SV[1] |
Molyar kütlə | 147,00 q/mol |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 13566-06-8 |
PubChem | 166848 |
ChemSpider | 145979 |
Fiziki xassələri
Vanadium (II) sulfat, məhlulunun diqqətlə qurudulması nəticəsində kristallohidrat şəklində çökür — qırmızı-bənövşəyi kristallardı. VSO4 • n H2O tərkibinin kristallohidratlarını əmələ gətirir, burada n = 6, 7. Vanadium (II) sulfat heptahidrat VSO4 • 7H2O vanadium kuporosu adlanır.
Alınması
Vanadium (V) oksidin sink tozu ilə reduksiya nəticəsində almaq olar:
Vanadiy (III) sulfatın sink ilə reduksiya nəticəsində :
Kimyəvi xassələri
Havada vanadium (II) sulfat oksigenlə asanlıqla oksidləşir:
Vanadium (II) sulfat qələvi metal və ammoniumun sulfatları ilə az həll olunan qarışıq duzlar əmələ gətirir M2V(SO4)3 x 6 H2O (M = NH4, K, Rb, Cs). Qələvi məhlulları ilə reaksiyaya daxil olur və qəhvəyi rəngdə vanadium (II) hidroksid əmələ gətirir hansı ki, çöküntü yaradır:
Bu reaksiyanın məhsulu su ilə sürətlə oksidləşərək vanadium (III) hidroksidə çevrilir. Vanadium (II) sulfat reduksiyaedici xüsusiyyətləri nümayiş etdirir. Beləliklə, qalay (II), mis (II), qızıl(III) duzlarının məhlullarından metalları reduksiya edir. Azot turşusu və nitratlar onunla reaksiyaya girdikdə ammonyak və onun törəmələrinə qədər, sulfitlər isə — hidrogen sulfidə qədər reduksiya olunur. Flüor ionlarının iştirakı ilə, vanadium (II) sulfatın reduksiyaedici xüsusiyyətləri artır, çünki üçvalentli vanadium ionlarını güclü flüor komplekslərinə bağlayır. Belə şəraitdə vanadium (II) sulfat, məsələn, kadmiyumu duzlu məhlulundan reduksiya edə bilir:
Flüor ionları olmadıqda, bu reaksiya əks istiqamətdə davam edir.
Mənbə
- Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
- Рипан Р., Четяну И. Неорганическая химия. Химия металлов. — М.: Мир, 1972. — Т. 2. — 871 с.
- Неорганическая химия / под ред. Ю.Д. Третьякова. — М.: Академия, 2007. — Т. 3. — 352 с.
- vanadium(2+) sulfate (ing.).